Azərbaycanın əməkdar məşqçisi: "Bizi saxlayan elə futbol imiş"

Azərbaycanın əməkdar məşqçisi: "Bizi saxlayan elə futbol imiş""Futbolsuz yaşamaq çox çətin imiş. Mən bunu illərlə ömrünü-gününü futbola həsr edən bir şəxs, əməkdar məşqçi kimi deyirəm".

BiG.AZ Sport24.az-a istinadən xəbər verir ki, bu sözlərin müəllifi Azərbaycan futbolunda "Mamed müəllim" kimi tanınan Məhəmməd Məmmədovdu.

Uşaqlığından həyatını futbola bağlayan sabiq qolkiper "Kəpəz"də oynayıb, elə indi də məşqçi qismində fəaliyyətini doğma klubunda davam etdirir.

Koronavirus pandemiyası ilə bağlı Məmmədov sevimli peşəsindən ayrı düşüb. Yalnız müvafiq icazə sənədi ilə özünə doğma məkan saydığı stadiona gəlib gedə bilir:

"Sən demə bizi saxlayan elə futbol imiş. Sağlam qalmağımızın, xoşbəxt görünməyimizin səbəbkarı bu idmandı. Sizi inandırım ki, bu sahədə çalışan insanlar üçün çox çətindi. Çünki həyatmızı futbola həsr etmişik. Futbolçu yetişdirə bilməsək də, xalqın övladlarının sağlamlığının keşiyində durmuşuq. Nə etmək olar, qərar tək bizə yox, hamıya aiddi".

Meydansız, məşqsiz qalan əməkdar məşqçi telefon vasitəsi ilə yetirmələrinə tapşırıqlarını verir:

"Qruplarda olan uşaqların valideynləri ilə hər zaman təmasdayıq. Ev tapşırıqları veririk, yüngül fiziki hərəkətləri yerinə yetirməyi, topla oynamağı tövsiyyə edirik. Açığı, yetirmələrim üçün çox darıxmışam. Çünki həftənin 7 günü onlarla bir yerdə olmuşuq, məşqlər, oyunlarda görüşmüşük. İndi hardasa 2 aya yaxındı ki, bundan məhrumuq. Əziyyət çəkirik, evdə oturmaqla mümkün deyil. Stadion mənim ikinci evimdi. Bəzən uşaqlarla telefonla danışıram, şəkillərinə baxıram. Yəqin ki, belə getməyəcək. Yaxınlarda idman qurğuları yenidən istifadəyə veriləcək. Onda itirdiyimiz ayları sığortalamağa çalışacağıq. Dövlət tərəfindən qoyulmuş qayda-qanunlara əməl etmək lazımdı. Bütün bunlar bizim sağlamlığımız üçündü".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1021   Tarix: 07 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Luka Modriç "Real Madrid"in tarixinə düşdü

Luka Modriç adını "Real Madrid" klubunun tarixinə yazdırıb. Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Onun sözlərinə görə, xorvatiyalı yarımmüdafiəçi "Real Madrd" klubunun forması ilə yaşıl meydanlara çıxan ən yaşlı futbolçu adına yiyələnib - 38 il 238 gün. Beləliklə, Luk

05.05.2024 280
.

"Qarabağ" hücumçusu ilə müqavilənin müddətini uzadıb

"Qarabağ" klubu futbolçusu Nəriman Axundzadənin müqaviləsinin müddətini uzadıb. "Report" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 20 yaşlı hücumçu ilə yeni anlaşma daha 4 il müddətinə nəzərdə tutulub. Nəriman Axundzadə ilə 2028-ci ilin iyununa qədə

05.05.2024 165
.

Qurban Qurbanov: "Məşqçilik düşüncələrim Voronejdə yarandı" - VİDEO

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 52 yaşı tamam olur. xəbər verir ki, Peşəkar Futbol Liqası bu münasibətlə Qurbanovla söhbətləşib. "Məşqçilik düşüncələrim Voronejdə yarandı. Bu istək mənə məşqçi olmaqda kömək etdi", - deyə Q.Qurbanov bildirib. O, futbolçu karyeras

13.04.2024 355
.

Xarici klubların maraqlandığı futbolçu "Qarabağ"da qalacaq

Mövsümün ikinci yarısında xarici klubların diqqət mərkəzinə düşən futbolçu "Qarabağ"da qalacaq. xəbər verir ki, Premyer Liqa klubu 27 yaşlı oyunçunun sözləşməsini uzadıb. Tərəflər arasında razılıq əldə olunub və yaxın zamanda rəsmi açıqlama olacaq. Qeyd edək ki, Bəhlul 2021-ci ilin yayında

04.05.2024 212
.

"Barselona" iki futbolçusu ilə bağlı qərar verib

İspaniyanın "Barselona" klubunda icarə əsasında çıxış edən Joau Kanselu və Joau Feliks in taleyinə aydınlıq gəlib. "Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "Barsa" rəhbərliyi Kanselonun xidmətində maraqlıdır və müdafiəçi ilə yeni mövsümün əvvəli müqavil

27.04.2024 316
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21.04.2024 513
.

UEFA-dan yeni qərar

UEFA İcraiyyə Komitəsi Avro-2024-də çıxış edəcək milli komandaların iştirak ərizəsində icazə verilən oyunçu limitinin artırılması ilə bağlı qərar qəbul edib. "Qafqazinfo" UEFA-nın saytına istinadən xəbər verir ki, komandalar iştirak ərizələrinə 26-ya qədər oyunçu daxil edə bilərlər. Əvvəllə

03.05.2024 347
.

"Fənərbağça"nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

"Fənərbağça" klubunun yaşayan əfsanəsi Türkiyə klubunu çalışdırmaq barədə düşünür. Məlumata görə, Aleks De Souza "Antalyaspor" klubunun baş məşqçisi vəzifəsinə gətirilə bilər. Sergen Yalçının "Beşiktaş"a keçmə ehtimalını düşünən "Antalyaspor" rəsmiləri Aleks D

04.05.2024 247
.

Azərbaycanlı cüdoçu: Avropa çempionu olmaq xəyalım idi

Avropa çempionu olmaq xəyallarımdan biri idi. "Report"un məlumatına görə, bunu Xorvatiyanın paytaxtı Zaqrebdəki qitə yarışında qızıl medal qazanan Azərbaycan cüdoçusu Elcan Hacıyev deyib. 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı çempion olacağına çox inandığını bildirib: "Arenay

28.04.2024 277