AQTA bəzi ölkələrlə bağlı məhdudiyyəti aradan qaldırdı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq olunan müvəqqəti məhdudiyyətlərlə bağlı məlumat yayıb.
AQTA-dan BiG.AZ-a daxil olan məlumatda bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) dünyanın bir sıra ölkələrində müxtəlif növ heyvanlarda baş vermiş xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması barədə məlumatlar yayıb:
"OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddətləri başa çatmış və ölkələrin sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlərə yenidən baxmaq zərurəti yaranıb.
Bu məqsədlə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) rəsmi məlumatları nəzərə alınaraq, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması ilə bağlı tətbiq olunan bəzi müvəqqəti məhdudiyyətlərin aradan qaldırılması qərara alınmışdır. Qərara əsasən yüksək patogen quş qripi, nyukasl, nodulyar dermatit, dabaq, xırdabuynuzlu heyvanların çiçək və blutanq xəstəlikləri ilə əlaqədar Rusiya, Tatarıstan, Çuvaşiya, Bolqarıstan, İran, Almaniya, İsrail, Çeçenistan, Gürcüstan, Qazaxıstan və Almaniyanın bir sıra inzibati ərazilərindən diri quş və quş məhsullarının, iribuynuzlu heyvanlar və onların məhsullarının, heyvan və heyvan mənşəli məhsulların, xırdabuynuzlu heyvanlar və onların məhsullarının, diri heyvan və genetik materialların idxalına qoyulmuş müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
Eyni zamanda yüksək və zəif patogen quş qripi xəstəliyi qeydə alınmış Polşa, Çexiya, Macarıstan, Slovakiya, Almaniya, Rumıniya, Ukrayna, Danimarka, Səudiyyə Ərəbistanı, Bolqarıstan, Hindistan və ABŞ-ın bir sıra ərazilərindən diri quş və quş məhsullarının idxalında OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipinin tətbiqinə uyğun olaraq icazə verilib.
Eyni zamanda müvafiq tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 462 Tarix: 06 may 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Məşhur tarixçi alim dəvət aldığı verilişdə narahatlıq yaşadı
Türkiyənin məşhur tarixçi alimi İlber Ortaylı TV100 kanalında qonağı olduğu verilişdə səhəttində problem yaşayıb. türk mediasına istinadən xəbər verir ki, canlı yayımlanan veriliş İlber Ortaylının səhətində yaranan problemə görə dayandırılıb. Tarixçi alim verilişi tərk etdiyi zaman aparcıya "B
04.12.2024 286 Dünənki partlayışdan şoka düşən qadın öldü
Xəbər verdiyimiz kimi, dekabrın 3-də Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində partlayış baş verib. "Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, partlayış zamanı qonşu qadın şok keçirib. 1952-ci il təvəllüdlü qadın bu gün vəfat edib. İlkin məlumata görə, sözügedən hadisəni
04.12.2024 629 15 yaşlı qızın sümükləri səbəbsiz şəkildə qırılır
Türkiyənin Samsun şəhərində 15 yaşlı qız tibbdə ilk dəfə təsdiq edilən sağalmaz xəstəliyə tutulub. türk mediasına istinadən xəbər verir ki, yeniyetmənin sümükləri heç bir səbəb olmadan körpücük hissədən ayrılır. Yaşadığı çətinlikləri izah edən Asel Sena Tengiz adlı bu xanım "Xəstəliyimin bir i
04.12.2024 289 Məşhur musiqiçi xalq artistinə 47 dəfə elçi gəlib
Xalq artisti Gülyaz Məmmədovaya gənclik illərində 47 dəfə elçi gəlib. axşam.az-a istinadən bildirir ki, bu barədə "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyeva bildirib. O, verilişində qonaq olan tarzən Mehman Mikayılovun sənətçi üçün 47 dəfə elçi göndərdiyini açıqlayıb:. "Mehma
04.12.2024 569 Ayı iki gün ərzində supermarketi "ələ keçirdi"
Yaponiyanın Akita şəhərində ayı supermarketə girərək işçilərdən birinə hücum edib. Onu tutmaq iki gün çəkib. bildirir ki, CNN-in məlumatına görə, bu müddət ərzində heyvan ət bölməsini tədqiq etməyə və bir neçə rəfi zədələyə bilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu drondan istifadə edərkən tapıbla
04.12.2024 196 Reels videolarını daim İZLƏMƏYİN – TƏHLÜKƏLİDİR!
Qısa videoların (Reels, Shorts) daimi izlənməsi insanın ağıllı düşünmə qabiliyyətini azalda bilər. Müasir dövrdə bir dəqiqəyə qədər olan videolar daha çox populyarlıq qazanır. Bu səbəbdən "beyin çürüməsi" (ingiliscə "brainrot") termini getdikcə daha çox işlənməyə başlanılıb. -ya istinadə
04.12.2024 124 Bu ölkədə nənələr və valideynlərin dostları analıq məzuniyyətinə çıxa biləcəklər
İsveçdə nənələrə, babalara və ailə dostlarına valideyn məzuniyyətinə icazə verilir. -ın xarici KİV-ə istinadla məlumatına görə, artıq analar və atalar 45 günlük ödənişli valideyn məzuniyyətini qohum olmayanlara və ya qəyyumlara köçürə bilərlər. Valideyn uşağı tək böyüdürsə, ona ayrılan 480 gündən 9
04.12.2024 162 "Kral Kaybederse" nin çəkilişləri başlayıb
"Kral Kaybederse" serialının çəkilişləri başlayıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Yanvar ayında Star tv-də yayımlanacaq serialın baş rolları Halit Ergenç, Aslıhan Gürbüz və Merve Dizdara aiddir. [hh4-unikal]
04.12.2024 190 Bakıda fantastik qiymətə alça satılır
Başa çatmaqda olan payız mövsümdə Bakıda fantastik qiymətə alça satışa çıxarılıb. Ekzotik meyvə mağazasından Qaynarinfo-ya verilən məlumata görə, Avstraliyadan gətirilən göyçənin 5 ədədi 50 manata, 10 ədədi 70 manata, 15 ədədi isə 90 manata 10 təklif edilir. Məlumata görə, hazırda mağazada cümə endirim
04.12.2024 1097