Milyonların sevimlisi, məşhur "üçlüy"ün ən "zəifi" - FOTO

Milyonların sevimlisi, məşhur "üçlüy"ün ən "zəifi" - FOTOHər kəsin sevdiyi şəxslə müəyyən qədər bənzərliyi olur. Uşaq vaxtı ekranlardan sevərək izlədiyim, güldüyüm, amma hər zaman yazığım gəldiyi Georgi Vitsının bu gün 102 yaşı tamam olur. Bəli, məhz Vitsın. Soyadındakı ikinci "i" onu çox incidirdi, belə yazılmasını heç istəmirdi. Səbəbi vardı...

Yüzdən çox filmdə rol alan Vitsın ömrünün son illərində nə filmdə görünürdü, nə də teatrda. Heç kimlə danışmır, müsahibə vermirdi. Onun ölümü də həyatı kimi müəmmalı oldu. Dünyasını dəyişəndə reytinq xətrinə KİV nümayəndələri "Aktyor kasıblıq içində can Verdi" məzmunlu haray-həşir qopartdılar. Amma qızı və həyat yoldaşı susmayan zənglərə cavab vermədilər və bütün yardımları geri çevirdilər.

Ekranların sevimli sərxoş, cüvəllağı, oğru personajlarının mahir ifaçısı əslində teatrda çalışır və dramatik obrazlar oynamaq arzusunda idi. Rejissor Qriqori Kozentsov çəkəcəyi "Belinski" filmində Qoqol obrazı üçün aktyor axtarışında idi.

Günlərin bir günü Georgini görən rejissor "Nəhayət ki, axtardığımı tapdım" deyə sevinmiş və onu bu rola təsdiqləmişdi. Onun çəlimsiz fizionomiyası, uzun burnu rola çox uyğun idi. Və bu rolla Vitsın kinoda debütünü edir.

Aktyor eyni zamanda Leonid Qaydayın "Пёс Барбос и необычный кросс" filmində onun həyatını büsbütün dəyişən, kino karyerasını saat kimi tənzimləyən "Trus" (qorxaq) obrazına da dəvət alır. Çəkilişlər təxminən eyni vaxtda başlasa da, komik rol ekranlara daha tez çıxır. Beləliklə də gələcəyin məşhur dram aktyoru "məhv olur".

SSRİ də çox məşhur olan bu film Morqunov, Nikulin və Vitsın "üçlüy"ünü digər komediyalara daşıyır. Bir-birinin ardınca sıralanan komik filmlər "Qoqol"u kölgədə buraxır. Georgi alkoqol düşkünü obrazlarını o qədər inandırıcı yaradırdı ki, ictimaiyyətdə onun həyatda da belə olması haqda şübhələr yaranırdı.

Əslində isə o, papiros çəkmir, dilinə bir damcı spirtli içki vurmurdu. Çəkilişlərin birində onu pivə içmək üçün dilə tutsalar da, qətiyyətlə rədd edir. Məcburən içkini itburnu şirəsiylə əvəzləyirlər. Amma süni pivə köpüyü yarada bilmirlər deyə onu heç olmasa bircə qurtum pivə içməsi üçün yalvar-yapış edərək razı salırlar.

Vitsın ətdən də imtina edib yoqayla məşğul olurdu. Evində göyərçin və tutuquşu saxlayır, zamanının çoxunu onlara həsr edirdi. Məşhurlaşdıqca daha çox təkliyə çəkilir, ünsiyyətdən qaçırdı. Çəkilişlər arası fasilədə kimsəylə danışmaz və başı üstə dayanmağı sevərmiş. Evini qala kimi saxlayır, kimsənin özəlinə qarışmasına şərait yaratmırdı. Həyatını teatra həsr edən, bir çox teatrlarda butafor, əlbisəçi, qrimçi işləmiş həyat yoldaşı Tamara Miçurina, qızı Nataşa və özündən başqa heç kim onların özəlini bilməzdi. Ən adlı-sanlı şəxslərin belə üzünə bağlı olan qapısını isə elə birinin üzünə açırdı ki... Kanalizasiya quyusuna sərələnmiş adamı (səfili) dartıb çıxardıb evinə aparan, onu orda qoyub özü çıxıb gedən ürəyə malik idi Vitsın...

Onun nə doğum günü bəlli idi, nə də doğulduğu şəhər. Fin şəhərciyi Tereokidə doğulmuşdu, amma uzun müddət sənədlərində Peterburq yazılırdı. Təvəllüdü dəqiq deyildi deyə, 80 illik yubileyini iki dəfə qeyd etdilər. O isə "İstədiyiniz vaxtda keçirə bilərsiniz, amma mənsiz" deyərək iştirakdan imtina etmişdi.

Tamaşaçılarını çox sevsə də, görüşdən imtina edirdi. Kimsəyə demədiyi səbəbi vardı. Var-dövlət yığmaq üçün şansı da, imkanı da vardı.

"Kimsəyə ağız açma ki, heç kimin qarşısında əyilməyə məcbur olmayasan", - deyən sənətkar mənəvi azadlığını ömrünün sonuna kimi qorudu. Hətta yaşadığı evi qızına verib həyat yoldaşı ilə kiçik bir mənzilə daşınmışdı. 1993-cü ildə məşhur "üçlüy"ün (Morqunov, Nikulin, Vitsın) şərəfinə yaradılmış muzey isə nəinki onu sevindirməmiş, əksinə əsəbləşdirmişdi.

"Чем больше узнаю людей, тем больше люблю собак" ifadəsini tez-tez təkrarlayırdı. Sahibsiz küçə itlərini yedizdirər, quşları yemləyərdi. Ona görə də dəfnində çox qəribə mənzərə yaranmışdı - quşlar məzarının üstündə dövrə vurur, itlərsə qəbristanlığı dörd bir tərəfdən əhatəyə almışdılar. Vitsının əcdadları "вицы"dan səbətlər hörər və həyatlarına belə davam edirmişlər. Bu "ы" ona doğmaydı, nəslin yadigarı idi. Sənədindəki hərf səhvi onu incidirdi. O, məşhurluğundan istifadə edib bunu redaktə etdirə bilərdi, amma etmədi...

Yaşa dolduqca sevimli aktyorumun simasında, gözlərində olan kədəri daha yaxşı anlayır, onu daha çox sevirəm. Doğum günün mübarək, əziz Vitsınım. Zeleneqorskda abidəsi qoyulan sənətkar mənə görə "Mr.Bean"dən daha istedadlıdır.(oxu)

Milyonların sevimlisi, məşhur "üçlüy"ün ən "zəifi" - FOTOMilyonların sevimlisi, məşhur "üçlüy"ün ən "zəifi" - FOTOMilyonların sevimlisi, məşhur "üçlüy"ün ən "zəifi" - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2910   Tarix: 19 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

II Albert ailəsi ilə bağlı şayiələrə son qoydu

Monako şahzadəsi II Albert və şahzadə Şarlin doqquz yaşlı əkizlər Jak və Qabriella ilə birlikdə Hamburqda "Monako dünyası" sərgisinin açılışında iştirak ediblər. Axşam.az xəbər verir ki, monarxların gəlişi Almaniyanın ən məşhur turistik yerlərindən biri olan Miniatür Möcüzələr ölkəsi muzeyind

27.04.2024 231
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21.04.2024 261
.

"Titanik" sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb

Okeanda 112 il əvvəl batan məşhur "Titanik" gəmisinin sərnişinlərindən birinin qızıl cib saatı Böyük Britaniyada hərracda rekord qiymətə satılıb. -ın xəbərinə görə, bu barədə "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb. Həmin aksessuar amerikalı milyoner Con Ceykob Astor

28.04.2024 266
.

Bir pişiyin müsbət və mənfi cəhətlər: Heyvan sahiblərinin NƏZƏRİNƏ

Hansı ev heyvanı almağa qərar verdikdən sonra cinsiyyət məsələsini həll etməyə dəyər. Aydındır ki, erkək və dişi pişiklər həm görünüş, həm də davranış baxımından fərqlənəcəklər. xarici KİV-ə istinadən xəbər verir ki, buna görə mütəxəssislər bu məsələni əvvəlcədən təhlil etməyi məsləhət görürlər. Bi

27.04.2024 358
.

14 yaşlı qızını 100 minə satan ailə canlı yayımda SAXLANILDI - FOTO

Türkiyənin ATV- kanalında yayımlanan "Esra Erol" verilişində azyaşlı gəlin qalmaqalı üzə çıxıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqrama 14 yaşlı qızlarını axtarmağa çıxan ailə qızın əmisi oğlu Cuma tərəfindən qaçırıldığını iddia ediblər. Lakin itkin düşdüyü üçün axtarışda ola

27.04.2024 391
.

"Toyota Prius"ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO

"Toyota Prius"ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur. Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan "Prius"ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taks

21.04.2024 321
.

Sevgilisini evdə abort etdirdi

Rusiyanın Sankt-Peterburq şəhərində 25 yaşlı Özbəkistan vətəndaşı sevgilisinin təkidi ilə kortəbii abort etdirib. yerli mediaya istinadla bildirir ki, qadın hamilə olduğunu 2023-cü ilin oktyabrında bilib. Amma Əli adlı sevgilisi bu xəbərə mənfi reaksiya verib. Uşağın dünyaya gəlməsinin qarşısını alma

27.04.2024 780
.

Kondisioner alarkən nələrə diqqət etməliyik? - VİDEO

Havaların istiləşməsi ilə kondisionerlərə tələbat artıb. -ın məlumatına görə, elektronika mağazalarında kondisioner qiymətləri 700 manatdan 2 900 manata qədər dəyişir. Mütəxəssislər bildiriblər ki, kondisioner alarkən ilk önəm verilməli məsələ otağın ölçüsüdür. Ətraflı süjetdə:

21.04.2024 382
.

Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO

Arb-də yayımlanan "Səni axtarıram" verilişində yaşanan hadisə diqqət çəkib. xəbər verir ki, efirə üz tutan şikayətçi qadının ərinin söylədikləri hər kəsi təəccübləndirib. Özündən yaşca böyük qadınla ailə quran gənc oğlan buna məcbur edildiyini iddia edib. Həbsxanaya düşməkdən qorxduğunu deyə

28.04.2024 984