İşsizlər üçün birdəfəlik ödəmələrin kimlərə veriləcəyi açıqlandı

İşsizlər üçün birdəfəlik ödəmələrin kimlərə veriləcəyi açıqlandıİşsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) ailədə əmək qabiliyyətli, lakin faktiki işsiz olan və sosial ödəniş almayan övladlara da veriləcək.

BiG.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, əgər ailədə ər və arvad ikisi də işsizdirsə, onlardan birinə, eyni zamanda ailənin digər üzvləri (məsələn ailənin oğlu və ya qızı) işsizdirsə və sosial ödəniş almırsa, onlara da veriləcək.

2020-ci il 1 aprel tarixinə qədər işsiz kimi qeydiyyata alınanlarla yanaşı, xüsusi karantin rejiminin davam etdiyi dövrdə də işsiz kimi qeydiyyata alınan şəxslər də bu birdəfəlik ödəməni alacaqlar. Artıq bir dəfə müraciət etmiş şəxsin təkrar müraciətinə ehtiyac yoxdur.
Həmçinin şəxsiyyət vəsiqəsinin müddəti bitmiş şəxslər üçün də xüsusi karantin rejimi dövrünə müraciət imkanı yaradılıb. Belə ki, onların şəxsiyyət vəsiqəsinin müddəti xüsusi karantin rejiminin sonunadək uzadılıb.

Birdəfəlik ödəmə ilə bağlı müraciət imkanlarını bir daha xatırladırıq:
e-sosial.az portalında "e-xidmətlər" bölməsinə daxil olaraq "Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi" linkinə daxil olaraq. Bunun üçün "ASAN imza" və ya elektron imza tələb olunur.
Daha rahat yolu: e-sosial.az portalında "onlayn müraciət" bölməsindən istifadə etməklə hər hansı bir qeydiyyat proseduru tələb olunmadan işsiz və ya işaxtaran kimi uçota alınmaq olar. Burada müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, "İstiqamət" bölməsində "məşğulluq sahəsində göstərilən xidmətlər", "Xidmət növü" bölməsində isə "vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması" bölmələrini seçmək lazımdır.

İnternetə çıxış imkanları olmayan işsizlər isə qeydiyyata alınmaq üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzlərinin telefon nömrələrinə (Telefon nömrələri: http://sosial.gov.az/laq-nomrlri) zəng edə bilərlər.

Ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin 12 aprelədək olan dövr üçün QRAFİKi də təqdim edilib (http://sosial.gov.az/post/3321). Hələ ki, vətəndaş olduğu rayon üzrə qrafikdə qeyd edilən gün e-qaydada müraciət edir. Sonrakı günlərdə isə hər bir işsiz şəxs istənilən gün e-qaydada müraciətini edə biləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2462   Tarix: 09 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO

Azərbaycanda hər yeddi uşaqdan biri qeyri-qanuni nikahdan doğulur. Bu, Dövlət Statistika Komitəsinin məlumatlarda qeyd edilib. Millət vəkili Fəzail Ağamalı bildirib ki, həmin nikahlar Avropa ölkələrində azalsa da, ölkəmizdə artmaqdadır:. "Gənclərin atdığı bu addım hər iki tərəf və gələcəkdə doğulaca

29.04.2024 350
.

Anar Məmmədli saxlanıldı

Hüquq müdafiəçisi Anar Məmmədli saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, yaxınları A.Məmmədlinin Nərimanov rayonu ərazisində saxlanılması barədə məlumat yayıb. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza A.Məmmədlinin saxlanılmasını təsdiq edib: "Onun barəsində araşdırm

29.04.2024 442
.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29.04.2024 356
.

İmtahan nəticələri açıqlandı

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) Axşam.az-a verilən məlumata görə, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə ( ) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edə

15:35 221
.

Masallıda qıza görə dava: Təhqir olunan gənc özünü asdı

Aprelin 24-də Masallının Boradigah qəsəbəsində özünü asaraq intihar edən 15 yaşlı Şahin Quliyev barədə bəzi detallar üzə çıxıb. Yeniyetmənin atası Sahib Quliyev -a bildirib ki, oğlu bir ay ərzində mütəmadi olaraq həmyaşıdları tərəfindən təhqir olunub:. "Mən Rusiyada yaşayırdım, hadisəni eşidən kim

12:02 463
.

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Bu ilin yanvarında Binəqədi rayonundakı mebel sexində 10 nəfərin ölümünə səbəb olan partlayışa görə həbs edilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə ibtidai araşdırma davam edir. "Qafqazinfo" xəbər verir ki, təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısına çıxarılıblar. Prokuro

17:20 58
.

Baboşa pərəstiş edən iş adamı tənqid edildi - VİDEO

Aparıcı Sevinc Telmanqızının təqdimatında TV Müsavat-ın canlı efirində "Canlı debat" verilişi təqdim olunub. Sevinc Telmanqızı verilişdə tiktokerlərdən və onlara pərəstikarlıq edənlərdən danışıb. Ətraflı videoda:

10:51 876
.

"Formula-1" yarışları yenidən İstanbulda keçiriləcək

"Formula-1" yarışları 2026-cı ildə yenidən İstanbulda olacaq. Bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib. Onun sözlərinə görə, tender prosesi ilə bağlı birinci mərhələ bitib və ərazi təslimi ilə bağlı ikinci mərhələ başlayıb. "Daha sonra 2026-cı ildən etibarə

15:23 153
.

Əli Mirəliyev efirə parikdə gəldi

Müğənni Əli Mirəliyev "El canlı" verilişində qonaq olub. Axşam.az xəbəbr verir ki, ifaçı proqrama parikdə qatılıb. "Hər zaman başına parik qoyan və saç əkdirən həmkarlarımı ələ salmışam. İndi deyəcəklər ki, "Sən xeyir ola, başına protez saç qoydun?" Cavab verirəm ki, bunu mə

10:17 600