Karantində kimlər Ramazan ayının orucunu tuta bilməz?

Karantində kimlər Ramazan ayının orucunu tuta bilməz?Azərbaycan üfüqünə uyğun olaraq bu il müqəddəs Ramazan ayı Miladi tarixlə aprelin 25-nə təsadüf edəcək.

BAKU.WS xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da müqəddəs Ramazan ayı böyük coşğu ilə qarşılanır və əhali bu ayda oruc tutmaq, savab iş görmək və xeyirxah işlərə təşəbbüs göstərir.

Hazırda dünyada koronavirus infeksiyası tüğyan etdiyi üçün Ramazan ayında oruc tutmağın nə qədər düzgün olması, insan sağlamlığına xeyirli və ziyanlı tərəfləri və dini qaydalara əsasən bu vəziyyətlərdə oruc tutmağın nə dərəcədə düzgün olması ilə bağlı bir sıra suallar ortaya çıxıb.

İlk öncə bildirək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə də çıxışı zamanı koronavirus xəstələrinin oruc tutmasının düzgün olmadığını bildirib. O həmçinin vurğulayıb ki, koronavirus xəstəliyinə görə "oruc tutmaq mümkün olmayacaq" demək də düzgün deyil. Çünki belə bir şey ola bilməz: "Bunu kim desə, deməli, ya din xadimi, ya da dindar deyil.

Deməli sağlam, səhhəti normal olan və heç bir şikayəti olmayan şəxslərin Ramazan ayında oruc tutmasında heç bir dini qadağa mövcud deyil.

Bundan əlavə günün böyük hissəsini yeməkdən uzaq durmaq və oruc tutmaq ömrü uzadır, həmçinin bir çox xəstəliyin qarşısını alır. Bu fikirlər "New England" tibbi jurnalında dərc edilən məqalədə də öz əksini tapıb. Bildirilib ki, günün 6-8 saatını qidalanıb yerdə qalan 16-18 saatını yeməkdən imtina bir çox xəstəliyin qarşısını almaqla yanaşı, qan təzyiqini aşağı salır və ömrü uzadır.

Orucun piylənmə, şəkər və ürək çatışmazlığının müalicəsində bir üsul kimi təqdim edilə biləcəyi vurğulanan məqalədə bunun üçün "gündəlik məhdud istehlak" və "həftədə iki gün oruc tutmaq" kimi iki üsul təqdim edilib. İnsan və heyvanlar üzərində aparılan təcrübəyə istinad edilən araşdırmada həmçinin göstərilir ki, vaxtaşırı oruc tutmaqla maddələr mübadiləsini də bərpa etmək mümkündür. Həmçinin bu üsul hüceyrə sağlamlığına müsbət təsir göstərib.

Orucun faydalı tərəfləri olduğu halda, xəstə insanların oruc tutmaq arzusu isə heç də qəbulolunan deyil. Çünki İslam dininin qaydaları insanların özlərinə ziyan vurmasına, xəstəliklərini şiddətləndirməsinə və həyatı üçün təhlükə yaradacaq hallara yol verməsinə izacə vermir.

Ramazan ayında kimlərə oruc tutmaq vacib deyildir?

Dörd təbəqədən olan adamlar oruc tutmaya bilərlər; onlar həm qəza orucundan, həm də kəffarədən azaddırlar:

Həddi-büluğa çatmamış uşaqlar;
Psixi cəhətdən qeyri-normal şəxslər;
Qocalıb əldən düşmüş şəxslər;
Aclıq və susuzluğa heç cür tab etməyən daimi xəstələr.
Daha dörd təbəqədən olan şəxslər isə Ramazan ayında oruc tutmaya bilərlər; bunun üçün onlara kəffarə də düşmür, sadəcə olaraq itirdikləri hər gün əvəzinə bir gün qəza orucu onlara vacibdir:

Hamilə qadınlar. Onlar itirdikləri hər günün əvəzində ehtiyaclılara 750 qram yemək verməli, ana olduqdan sonra isə qəza oruclarını tutmalıdırlar;
Körpəsinə süd verən qadın (əgər oruc tutduğu təqdirdə südünün kəsiləcəyindən qorxarsa). Onlar da hər gün üçün 750 qram ehsan etməli, südvermə müddəti bitdikdən sonra qəza orucu tutmalıdır.
Qadınlar paklıq vəziyyətləri pozulduğu günlərdə oruc tutmamalı, lakin sonra mütləq qəza etməlidirlər (hər gün müqabilində bir gün hesabı ilə);
Ramazan ayında müvəqqəti xəstələnmiş şəxslərin səhhətinə oruc tutmaq təhlükə törədirsə, xəstə olduqları günlərdə orucdan azaddırlar. Əgər gələn ilin Ramazan ayına kimi sağalsalar, mütləq qəza orucu tutmalıdırlar. Gələn ilə kimi sağalmasalar, qəza orucu vacib olmaz, yalnız hər gün üçün 750 qram ehsan etmələri kifayətdir.
Qeyd edək ki, səfərdə olan şəxs vətənə dönənə kimi orucdan azaddır, amma qayıdandan sonra mütləq qəza etməlidir (hər gün üçün bir gün hesabı ilə).


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2201   Tarix: 08 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 34 mini keçdi

Qəzza zolağında ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 34454-ə çatıb. Bu barədə Fələstinin səhiyyə nazirliyi məlumat yayıb. Son 24 saatda Qəzza zolağında 66 nəfərin öldüyü, 138 nəfərin yaralandığı bildirilib. Keçən ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlar nəticəsində ümumilikd

29.04.2024 280
.

Ərdoğanın bu hərəkəti gündəm oldu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun yeni baş katibi ola biləcək Niderlandın baş naziri Mark Rutte ilə birgə mətbuat konfransı keçirib. Mətbuat konfransının sonunda Rutte Ərdoğanın əlini sıxmaq istəsə də buna nail ola bilməyib. Olay aprelin 26-da İstanbulda baş verib. Bundan sonra hər ik

29.04.2024 614
.

Dünyanın ən ucaboylu qadını vəfat etdi

Dünyanın ən uzun boylu qadınlarından biri sətəlcəm nəticəsində yaranan ağırlaşmalardan dünyasını dəyişib. xarici KİV-ə istinadən xəbər verir ki, iyirmi yaşlarının əvvəllərində olan Maria Feliciana 2 metr 25 santimetrlik boyu ilə məşhurlaşıb. Uzun illər o, dünyanın ən uzun qadını sayılırdı, lakin sonrada

29.04.2024 648
.

Rusiya: "Biz Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib. Açıqlamada Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatlarını

29.04.2024 313
.

İmtahan nəticələri açıqlandı

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) Axşam.az-a verilən məlumata görə, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə ( ) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edə

15:35 71
.

Avropa İttifaqı "TikTok"u bloklamağa hazırlaşır

"TikTok" sosial şəbəkəsi ABŞ-də olduğu kimi Avropa İttifaqında (Aİ) da qadağan edilə bilər. Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib. Fon der Lyayen xatırladıb ki, Avropa Komissiyası hələ ötən ilin fevralında dünyada öz işçilərinə iş telefonlarında "TikTok"

10:43 193
.

Qayda pozdu - 1678 manat cəriməsi olduğu üzə çıxdı

Avtomobili qeydiyyat nişansız idarə etməklə yanaşı, 1678 manat cərimə borcu olan şəxs saxlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, "Khazar" markalı, 99-GJ-880 dövlət qeydiyyat nişanlı avtomobil

12:59 224
.

"Threads" Türkiyədə bağlandı

Türkiyədə "Threads" sosial şəbəkəsinə giriş bağlanıb. Axşam.az xəbər verir ki, "Meta" şirkətinə məxsus olan şəbəkə Rəqabət Qurumunun qərarı ilə bu gündən etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır. Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbi

29.04.2024 331
.

Zaurla Günay Nəzringilin toyundan küsüb gedib?

Xalq artisti Mələkxanın Eyubovanın qızının toyundan küsüb gedən məşhurun kimliyi ortaya çıxıb. OLAY yazır ki, bu barədə "PrimeTime" iddia yayıb. Belə ki, muğam ustadının qızı Nəzrinin özəl günündə TV ulduzları Zaur və Günay Baxşəliyevlər yer problemi ilə bağlı məclisi tərk edib. Hətta bu barəd

29.04.2024 2274