Deputatlar: "Hərbçilərə mənzil verilməsi dövlət üçün prioritet məsələlərdən biridir"

Deputatlar: "Hərbçilərə mənzil verilməsi dövlət üçün prioritet məsələlərdən biridir""Dövlət özünü mənzillə təmin eləmək imkanı nisbətən zəif olan insanları daim diqqətdə saxlayır və onların sosial rifahının yaxşılaşdırılması üçün addımlar atır. Bu qrupa hərbçilər də aiddir. Hərbçilərə mənzillərin verilməsi hamımızın ürəyindən olan hadisədir"

Bunu Milli Məclisin deputatı Bəxtiyar Sadıqov "MediaPost"a açıqlamasında hərbçilərin mənzillə təmin olunmasına münasibət bildirərkən deyib.

O, belə layihələrin dövlətin əsas sosial siyasəti olduğunu bildirib:

"Prezident İlham Əliyev bəyan edib ki, ölkə siyasətinin mərkəzində vətəndaş dayanır. Bu bəyanat adi söz deyil, müxtəlif vaxtlarda müxtəlif addımlarla öz təsdiqini tapır. Bilirsiniz ki, qaçqınlara və məcburi köçkünlərin yaşadıqları çadır şəhərcikləri ləğv olundu və dövlət hesabına tikilmiş təmirli mənzilllərlə əvəz edildi. Daim şəhid ailələrinə, müharibə əlillərinə mənzillər verilir. Bu sistem təkcə dediyim kateqoriyalar üçün yox, elə jurnalistlər üçün də qurulub. Onlara da dövlət hesabına tikilib təmir olunmuş evlər verilir".

Deputatlar: "Hərbçilərə mənzil verilməsi dövlət üçün prioritet məsələlərdən biridir"Bəxtiyar Sadıqov deyib ki, ömrünü şərəfli peşəyə həsr edən hərbçi xidmətə gedərkən özünün və ailəsinin sosial təminatından narahat qalmır:
"Sosial təminatı ödənilmiş hərbçi sona qədər vətən keşiyinin ön cərgəsində dayanır. Çox xoş olan haldır ki, hərbçilər sırasında məcburi köçkünlərin övladları, işğal altında olan rayonlardan gələn çox saylı gənclər var. Həmin insanlar əhalinin maddi imkanı zəif olan kateqoriyasına aiddir. Bu yaşlarında onların da özlərini mənzillə təmin etmək imkanı yoxdur. Belə məqamlarda dövlətin həyata keçirdiyi sosial layihələr köməyə gəlir.

Ümumiyyətlə, qanunvericiliyə əsasən, 25 il qüsursuz xidmət etmiş hərbçilər dövlət tərəfindən təmirli mənzillərlə təmin edilir. Bundan əlavə, hərbi şəhərciklər də tikilir. Xidmət müddətlərində onlar evlərlə də təmin olunurlar. Yaxud da mənzil kirayə etmələri üçün onlara aylıq kirayə haqqı ödənilir. Müharibə şəraitində olan bir dövlətdə o insanlar ki, həyatlarını vətənin müdafiəsinə həsr edir, deməli hər an onlar döyüşə hazırdırlar. Təəssüf ki, bu gün düşmən təxribatı nəticəsində əsgər və zabitlərimiz şəhid olurlar. Demək istəyirəm ki, onların ailələri heç vaxt diqqətdən kənarda qalmırlar. Belə olanda şəhid ailələri də mənzillərlə təmin olunurlar. Bu gün söhbət təkcə hərbçilərdən getmir, düzdür, onlar bizim üçün dəyərlidirlər. Özləri də Aprel döyüşlərində sübut elədilər ki, onlar istənilən vaxt torpaqlarımızı azad etməyə qadirdirlər. Ancaq söhbət həm də hərbçilərin ailələrindən gedir. Onların yaşayış şəraitinin yaxşılaşdırılması, mənzillə təmin olunmaları, bütün sosial məsələləri həmişə ölkə rəhbərliyinin diqqətdədir. Bu işlər onun üçün həyata keçirilir ki, hərbçilər xidmətə gedəndə rahat olsunlar ki, ailələri dövlət himayəsindədir. Onlar ürəklə vətəni müdafiə edirlər. Bu gün Ali Baş Komandanın əmri olsa ordumuz yenə ürəklə hücuma keçib torpaqlarımızı azad edəcək. Ona görə dövlətimizin bu siyasətini hamımız təqdir edirik".

Milli Məclisin deputatı Vüqar Bayramov dövlət hesabına inşa edilən binalarda hərbçilərin də mənzillərlə təmin olunmasının Azərbaycan dövləti üçün əhəmiyyətli məsələ olduğunu bildirib:

"Azərbaycanda hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılması dövlət üçün prioritet məsələlərdən biridir. Azərbaycan dövləti hərbi qulluqçuların həm sosial təminatının gücləndirilməsi, həm də mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı mütəmadi addımlar atır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidentinin hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı xüsusi tapşırığı var. Həmin tapşırığa uyğun olaraq Hövsanda inşa edilən yaşayış kompleksində olan mənzillərin bir qismi hərbçilərə təqdim olundu

Deputatlar: "Hərbçilərə mənzil verilməsi dövlət üçün prioritet məsələlərdən biridir"Qeyd etmək lazımdır ki, həmin yaşayış kompleksində 3000 mənzil var. Kompleks olaraq inşa edilmiş ərazidir. Burada park, sosial obyektlər, təlim-tədris binaları, ticarət obyektləri fəaliyyət göstərir. Bu da xüsusilə hərbçi ailələri üçün mənzil təminatı baxımından kifayət qədər uyğun bir layihədir. Belə layihə ondan xəbər verir ki, növbəti dövrlərdə də hərbçilərin həm mənzil təminatının gücləndirilməsi, həm də digər sosial təminatının yaxşılaşdırılması Azərbaycan dövləti üçün əhəmiyyətli məsələ olaraq qalacaq. Bu da diqqətin təzahürüdür. Hərbçilər və hərbçi olmayan Azərbaycan vətəndaşlarının sosial təminatının daha da yaxşılaşdırılması sosial siyasətin əsas hədəfidir".
Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Suraxanı rayonunun Hövsan qəsəbəsində salınan yeni yaşayış kompleksinin açılışı olub.

Ölkə başçısının "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Fərmanı ilə yaradılan komissiyanın müraciəti əsasında hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədilə kompleksdə tam təmirli 436 mənzil ayrılıb.

Mənzillər tam təmirli olmaqla yanaşı, zəruri mebel avadanlıqları, fərdi kombi sistemi ilə də təchiz edilib. Kompleksin daxilində yaşayış üçün bütün infrastruktur yaradılıb. Belə ki, 1920 şagird yerlik məktəb binası, hər biri 90 yerlik iki uşaq bağçası inşa olunaraq sakinlərin ixtiyarına verilib. 20 hektar ərazidə inşa olunan kompleksin həyətində işıqlandırma sistemləri qurulub, yaşıllıq sahəsi salınıb, ətraf abadlaşdırılıb, uşaqların asudə vaxtının səmərəli təşkili üçün park və mini futbol meydançaları yaradılıb. Bütün bunlar da şəhərcik sakinlərinin rahatlığının təmin olunmasına əlverişli şərait yaradır.

Mənzillər təqdim olunan hərbi qulluqçular və onların ailə üzvləri yaradılan şəraitə, göstərilən qayğıya görə Ali Baş Komandana, Birinci vitse-prezidentə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Dövlətin daim qayğısı ilə əhatə olunan hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə icra olunan mühüm layihələr bundan sonra da ardıcıl xarakter alacaq. Hər bir hərbiçi, müharibə əlili, şəhid ailəsi tam əmin ola bilər ki, dövlətimiz daim onların yanında olacaq və öz qayğısını yüksək səviyyədə göstərməyə davam edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 721   Tarix: 08 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ukraynada vəziyyət: Rusiyanın 2024-cü il üçün əsas məqsədi açıqlandı

Ukrayna rəsmiləri vurğulamağa davam edir ki, Rusiyanın 2024-cü il üçün əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tamamilə ələ keçirilməsidir. Bu barədə ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı gündəlik hesabatda bildirilib. "Ukrayna rəsmilər

04.05.2024 168
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

04.05.2024 170
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

04.05.2024 634
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

04.05.2024 1003
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

04.05.2024 327
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

04.05.2024 175
.

Astarada 22 yaşlı velosipedçi körpüdən çaya düşərək ölüb

Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb. "Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayın

04.05.2024 119
.

Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımınd

04.05.2024 299
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 320