Bu ölkə koronavirusla bağlı vəziyyəti nəzarət altına aldı

Bu ölkə koronavirusla bağlı vəziyyəti nəzarət altına aldı

Norveçdə yeni növ koronavirus (Covid-19) epidemiyası nəzarət altına alınıb və xəstəliyin ötürülmə sürəti 0.7-ə qədər azalıb.

BiG.AZ-ın T24-ə istinadən verdiyi xəbərə görə, bu barədə Norveçin səhiyyə naziri Bent Höye bildirib.

Norveçdə koronavirus daşıyıcısının orta hesabla 0,7 nəfəri yoluxdurduğunu deyən Höye, hökumətin bu göstəricini ən çox bir nəfərlə məhdudlaşdırmağa çalışdığını qeyd edib.

Norveç hökuməti məktəblərin bağlanması daxil məhdudlaşdırıcı tədbirlərin aprelin sonuna qədər uzadılıb-uzadılmayacağı barədə qərarı aprelin 8-də elan edəcək.

İlk koronavirus xəstəsinin fevralın 26-da qeydə alındığı bu ölkədə artıq 5 866 nəfər bu xəstəliyə yoluxub, 78 nəfər isə dünyasını dəyişib.

Bu ölkə koronavirusla bağlı vəziyyəti nəzarət altına aldı

Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1042 Tarix: 07.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər