Dövlət böyük güzəşt edə bilər - bu borcların silinməsi gözlənilir

Dövlət böyük güzəşt edə bilər - bu borcların silinməsi gözlənilirAzərbaycanda kapitalın və əmlakın amnistiyasının tətbiqi nəzərdən keçirilir.

BiG.AZ xəbər verir ki, bu barədə Trend-ə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, burada məqsəd iqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsidir:

"Azərbaycanda əvvəllər də iqtisadi siyasətdə amnistiya elementləri olub. Prezident İlham Əliyevin təsdiq etdiyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Qanun əslində müəyyən dərəcədə vergi amnistiyası kimi qəbul edilə bilərdi.

Bu qanunla faiz və maliyyə sanksiyaları üzrə borclar silinmişdi. Dünya təcrübəsində də amnistiyanın müxtəlif növlərinə, həmçinin uğurlu və uğursuz nəticələrinə rast gəlmək mümkündür.

Rusiyada 2015-ci ildən başlayaraq elan edilən iki amnistiya çərçivəsində 10 milyard avro vəsait deklarasiya edilib, bu ilin martında bitən üçüncü amnistiyanın nəticələri isə hələ açıqlanmayıb.

Gəlirlərin və kapitalın amnistiyası Hindistanda beş dəfə, Portuqaliyada dörd dəfə, Fransa, Avstriya və İrlandiyada iki dəfə keçirilib.

Dünyada tətbiq edilən kapital, əmlak, vergi və gəlir amnistiyaları gözləntiləri müxtəlif səviyyələrdə doğruldub".

V.Qasımlı bildirb ki, sahibkarların vergi, statistika və digər dövlət orqanlarına təqdim etdikləri hesabatları müqayisə edəndə, həmçinin ev təsərrüfatlarının gəlirləri və xərclərini tutuşduranda "müşahidə olunmayan iqtisadiyyatın" konturlarını görmək olur:

"Vergi və gömrük orqanlarının 2019-cu ildəki "kölgə iqtisadiyyatı" ilə səmərəli mübarizəsi nəticəsində büdcəyə proqnozdan əlavə 1 milyard manat vəsait daxil oldu.

Azərbaycanda müşahidə olunmayan iqtisadiyyatın ÜDM-də payı rəsmi rəqəmlərə əsasən 8,7 faiz təşkil edir. Sərəncamda qalan gəlirlərin istifadəsi hesabının təhlili göstərir ki, ölkədə illik qənaətin həcmi 20-25 milyard manatdır.

Buna görə də, dəqiq qiymətləndirmə çətin olsa da, kapital və əmlak amnistiyası elan olunacağı təqdirdə əhəmiyyətli bir məbləğin leqallaşması potensialının olduğunu demək mümkündür.

Əslində kapital və əmlak amnistiyası "kölgə iqtisadiyyat"a qarşı mübarizənin məntiqi davamı ola bilər. Xüsusən, "Vergi Məcəlləsi"nə edilən dəyişikliklər sahibkarları stimullaşdırıcı və inzibati yollarla öz bizneslərini "ağartmağa" sövq edir".

Direktorun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, kapitalın leqallaşdırılması onun sahiblərinin maraqlarını ifadə etməlidir:

"Xüsusən də, kapitalın gəlirliliyi (Return On Equity) elə bir səviyyədə olmalıdır ki, leqallaşmadan sonra kapitaldan xalis gəlir əldə etmək imkanı çoxalsın.

Əgər fürsət dəyəri (opportunity cost) uyğun olacaqsa, amnistiya kapital sahiblərini onu leqallaşdırmağa cəlb edəcək.

Bu gün bütün dünyada səhmlərin dəyəri düşdüyündən investorlar "nağd pul şah"dır deyirlər. Bu da bir şansdır ki, əllərdəki nağd pul leqallaşmağa meyllənsin.

Bu ilin martında Azərbaycanda 20 min manatdan artıq bəzi pul sahibləri Maliyyə Monitorinqi Xidmətinə deklarasiya olunacağını bilib dollarlaşmaya getmədilər. Amnistiya belə kapital sahiblərinə də cəlbedici ola bilər".

"Əlbəttə, inkişaf etməkdə olan ölkə kimi Azərbaycanda kapital və əmlak amnistiyasını çətinləşdirən amillər də var" - deyə, Vüsal Qasımlı əlavə edib:

"Məsələn, pandemiya başlayandan inkişaf etməkdə olan ölkələrdən 90 milyard dollar sərmayə çıxıb".

V.Qasımlı əlavə edib ki, ölkəmizin beynəlxalq miqyasda şəffaflıq təşəbbüslərinə qoşulması da kapital və əmlak amnistiyası üçün əlverişli haldır:

"Azərbaycan maliyyə monitorinqi orqanlarının - Eqmont Qrupunun üzvüdür, Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi – MONEYVAL-da iştirak edir və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu – FATF-la əməkdaşlıq edir".

V.Qasımlının fikrincə, amnistiya nəticəsində leqallaşan kapital ölkədə investiya qoyuluşunun artımı, qiymətli kağızlar bazarının inkişafı, bank sektorunda canlanma, nağdsız dövriyyənin böyüməsi, büdcə gəlirlərinin artması və iqtisadi fəallığın yüksəlməsi ilə nəticələnə bilər:

"Bunun üçün amnistiyanın forması, şərtləri, müddəti, məqsədləri, əhatəsi müəyyənləşdirilməli və ən əsası qarşılıqlı etimad mühiti təmin olunmalıdır.

Kapital və gəlir amnistiyası elə həyata keçirilməldir ki, deklarasiya olunan vəsaitin həm də sərmayə kimi yatırılması imkanları olsun.

Məsələn, deklarasiya olunan kapitalın hazırda tikintiyə istiqamətlənməsi daha çox multiplikativ effekt yaratmaq gücündədir.

Deklarasiya olunan vəsaitlər banklar, investisiya fondları, marketmeyker institutları, investisiya şirkətləri, fond birjası, finteklər, investisiya bankları, sənaye parkları, aqroparklar, texnoparklar və başqa vasitələrlə real iqtisadiyyata yönlədirilə bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4047   Tarix: 07 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir"

"Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib. Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetr

14:25 136
.

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI

Bakıda 4 dostun hoteldə zəhərlənməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb. "Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dostlardan ikisinin öldüyü hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən "My Music" hotelində baş verib. Belə ki, Qarada

15:48 453
.

Bakıda 17 min manata pişik satılır - VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir. -ın məlumatına görə, it 10 min manata, pişik 17 min manata satılır. Satışda olan "Kanqal", "Malino", "Alman iti" kimi cins heyvanlar ən bahalılar hesab edilir. Ev heyvanlarının satışı ilə məşğu

06.05.2024 620
.

İtaliyada çirkab su təmizləmə zavodunda qəza: 5 ölü, 1 yaralı

İtaliyanın Siciliya adasındakı Kasteldaccia qəsəbəsində çirkab su təmizləmə zavodunda qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 5 işçi qazdan zəhərlənərək ölüb. İtaliya mediasının yaydığı məlumata görə, Palermo şəhəri yaxınlığındakı Kasteldaccia şəhərində 1 işçi isə terapiyaya aparılıb. Polisi

12:29 76
.

Əfqanıstana güclü yağışlar yağıb: 15 ölü - VİDEO

Əfqanıstanın bir çox bölgələrində şiddətli yağışlar daşqına səbəb olub. BİG.AZ xəbər verir ki, sel nəticəsində 8 nəfər, ildırım vurması nəticəsində 7 nəfər ölüb. Bu barədə Əfqanıstan Milli Təbii Fəlakətlərin İdarə Edilməsi İdarəsi açıqlama yayıb. Açıqlamaya əsasən, 142 hektar kənd təsərrüfatı torpaqlarını

13:23 82
.

"Monte-Karlo Əfsanələri" adlı sirk proqramı "Sea Breeze"də BAŞLAYIR

İlk dəfə "Sea Breeze"də Sirk Oskar mükafatçısı Allahverdi İsrafilovun təşkilatçılığı ilə iyunun 1-dən "Monte-Karlo Əfsanələri" adlı beynəlxalq sirk proqramı başlayır. Bu barədə -a Bakı Dövlət Sirkindən məlumat verilib. Bildirilib ki, ənənəyə sadiq qalaraq şounun ilk günü xeyriyy

11:02 153
.

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Qeyd edək ki, bu il müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda olacaq. Xatırlada

10:20 265
.

Həkim məsləhəti: Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". Bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymuş yağlar mövcud xəstəliklərdən asılı olmayaraq, bütün insanlarda gündəlik kalori qəbulunun 10%-

06.05.2024 412
.

Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ

Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib. Layih

12:52 306