Koronavirusu ilk dəfə aşkarlayan həkim hər şeyi açıqladı və yoxa çıxdı - "Bilsəydim, bunun sonrası nə olacaq..." - FOTO

Koronavirusu ilk dəfə aşkarlayan həkim hər şeyi açıqladı və yoxa çıxdı - "Bilsəydim, bunun sonrası nə olacaq..." - FOTOMartın əvvəlində Çinin "Jenyu" nəşri yeni koronavirus infeksiyasının (COVİD-19) yayılmağa başladığı Vuhandakı Mərkəzi Xəstəxananın qəbul şöbəsinin rəhbəri Ay Fenin məqaləsini dərc edib. Həkim məqalədə klinika rəhbərliyini bu xəstəlik və onun nəyə gətirib çıxaracağı ilə bağlı məlumatları ört-basdır etməkdə ittiham edib.

BiG.AZ virtualaz.org-a istinadən bildirir ki, lakin tezliklə məqalə internetdən çıxarılıb və Ay Fenin özünün saxlanılması barədə şayiələr yayılıb.

Nəşrin yazdığına görə, 2019-cu il dekabrın 18-də Vuhan Mərkəzi Xəstəxanasına indiyə qədər müşahidə olunmayan qəribə tənəffüs yolu iltihabı ilə 65 yaşlı bir kişi müraciət edib. O, bir neçə gün xəstə yatdıqdan sonra klinikaya müraciət edib və ona antibiotik təyin edilib. Ancaq dərmanlar kömək etməyib, xəstənin temperaturu yüksək olaraq qalıb. Bronxoskopiya, kompüter tomoqrafiya edilib və ondan analizlər götürülüb.

Qəbul şöbəsinin müdiri Ay Fen müayinə etdiyi bu şəxsdə yeni koronavirus infeksiyası olduğunu düşünüb. Məlum olub ki, xəstəlikdən əvvəl həmin şəxs Vuhan "Huanan" dəniz məhsulları bazarında işləyib. Bu bazarda ekzotik heyvanlar və bitkilər satılırdı. Məhz mutasiya olunmuş COVID-19-un törədicisinin də həmin məhsullar olduğu ehtimal edilir. Dekabrın 27-də eyni simptomları olan ikinci bir xəstə Vuhan Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, əvvəlki xəstədən 20 yaş kiçik olub və xroniki xəstəliklərdən əziyyət çəkməyib. Lakin ondakı daha ağır yoluxma idi. Bu xəstəxanaya köçürülənə qədər ikinci xəstə Vuhanda başqa bir klinikada on gün müalicə alıb, lakin buna baxmayaraq vəziyyəti get-gedə pisləşib.

Uxanlı həkim Ay Fen

Üç gün sonra Ay Fen ikinci xəstənin analizlərinin nəticələrini alıb. Orada ağciyərlərdə aşkarlanan patologiyalar, tənəffüs orqanlarında bakteriyalar, SARS koronavirusu qeyd olunmuşdu. "Jenyu" nəşrinə verdiyi müsahibədə həkim Ay Fen siyahını soyuq tər içində yenidən oxuduğunu xatırlayıb. O, bildirib ki, SARS koronavirusu 2003-cü ildə pnevmoniyanın törədicisi idi. "O zaman virusu məhv etmək mümkün olmuşdu, amma yoluxanlar arasında ölüm doqquz faizə çatırdı, 50 yaşdan yuxarı xəstələrin hər iki nəfərdən biri vəfat edirdi. O vaxt xəstəxanamızın pulmonologiya şöbəsinin müdiri, atipik pnevmoniya ilə mübarizədə fəal iştirak edən həkimlərdən biri mənim otağımın yanından keçirdi. Mən onunla görüşdüm və analizin nəticələrini göstərdim. Baxdı və dərhal bunun çox pis olduğunu söylədi", - Ay Fen qeyd edib.

Ay Fen dərhal xəstəxana rəhbərliyinə məlumat verib və analiz nəticələrinin fotoşəkilini başqa bir klinikadakı tanış həkimə göndərib. Onlar birlikdə bu xəstəliyin Vuhan dəniz məhsulları bazarından çıxması qənaətinə gəliblər. Bir neçə saatdan sonra bu məlumat Çinin "WeChat" şəbəkəsində tibbi qruplara yayılıb. Tezliklə SARS-in yeni bir növünün yayılması barədə şayiələr internet istifadəçiləri tərəfindən paylaşılmağa başlanıb.

Həmin axşam Ay Fen rəhbərlikdən bir neçə mesaj alıb. Ona yeni xəstəlik barədə məlumatların yayılmaması barədə xəbərdarlıq edilib və itaətsizlik göstərəcəyi təqdirdə məsuliyyət daşıyacağı ilə hədələnib: "Mən bütün gecə yuxuya gedə bilmədim, narahat oldum və baş verənlər barədə düşündüm. Mənə elə gəldi ki, hər şeyin iki tərəfi var. Hərəkətlərim bəzi mənfi nəticələrə səbəb olsa da, Vuhan həkimlərinə ehtiyatlı olmaq lazım olduğunu xatırlatmaqda səhv bir şey yoxdur ", - həkim deyib.

Ertəsi gün səhər Ay Fen xəstəxananın intizam komissiyasına çağrılıb və sərt şəkildə töhmət alıb. O, günahını öz üzərinə götürsə də, məlumatı "WeChat"da müzakirə edən daha səkkiz həkim cəzalandırılıb. Onlardan biri də Vuhan Mərkəzi Xəstəxanasında işləyən oftalmoloq Li Venlian idi. Bir ay sonra media onun iki dəfə polisə çağrıldığını, ictimai qaydanı pozmaqda günahlandırılmasını və əsassız şayiələr yaymayacağına söz verən bir sənədi imzalamağa məcbur edildiyini yazacaqdı.

Rəhbərləri ilə görüşdükdən sonra Ay Fen vəzifəsindən uzaqlaşdırılmasını istədi, lakin rədd edildi: "Axşam evə qayıtdıqda həyat yoldaşıma əgər bir şey olsa, uşağı sən böyütməlisən söylədiyimi dəqiq xatırlayıram", - həkim deyib. Qohumlarına koronavirus və onun nəticəsi barədə məlumat verməməyi qərara alıb, lakin izdihamlı yerlərə getməmək və küçədə tibbi maskalarsız gəzməmək barədə xəbərdarlıq edib.

Elə həmin gün Çin səlahiyyətliləri Vuhanda naməlum mənşəli bir neçə sətəlcəm xəstəliyinin aşkarlandığı barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat veriblər. Bu problemin mövcud olduğunu ilk rəsmi tanıma idi. Yeni xəstəliyin hələ bir adı da yox idi və heç kim bunun necə ötürüldüyünü və təhlükəli olduğunu tam əminliklə söyləyə bilməzdi.

Epidemiya

Yanvarın 1-də Ay Fen işə qayıdıb. O, hətta həkimlərin potensial təhlükə barədə xəbərdarlıq edilməməsindən narahat idi. İnfeksiyanın mövcudluğunu tanımağa yalnız şəxsi söhbətlərdə icazə verildi, mesajlaşma və ya SMS-də bu barədə yazmaq mümkün deyildi. Bundan əlavə, hakimiyyət həkimlərə və tibb bacılarına çaxnaşma yaratmamaq üçün qoruyucu vasitələr taxmağı qadağan etmişdi. Ay Fen işçilərinə qoruyucu kostyumları xalatların altında gizlətməyi əmr etdi, çünki başqa heç nə edə bilməzdi.

Cəmi bir gündə eyni əlamətlərlə daha yeddi nəfər onun şöbəsinə gətirildi. Vəziyyət hər saatda pisləşirdi. Başlanğıcda bir çox xəstənin eyni növ dəniz məhsulları bazarı ilə əlaqəli olduğunu düşünürdülər, lakin tezliklə bu kimi hallar azaldı. Heç vaxt "Huanan"a getməyən insanlar da xəstələnməyə başlayıb və bəzən bütün ailələrdə xəstəlik aşkarlanıb.

Ay Fen rəsmi versiyadan fərqli olaraq, yeni koronavirusun insandan insana da keçə biləcəyindən şübhələnməyə başlayıb: "Dəniz məhsulları bazarı yanvarın 1-də bağlandı. İnsanlar bu virusu bir-birinə yoluxdura bilmirsə niyə xəstə sayı bu qədər artır?", həkim öz-özünə sual edib. Xəstəxana rəhbərliyi təcili yardım otağında tibb bacılarından biri xəstələndikdən sonra da onu dinləməkdən imtina edib. Yanvarın 16-da keçirilən təcili iclasda, Vuhan həkimləri bir daha virusun insandan insana ötürülməsinin istisna olunduğunu bildiriblər.

Yalnız SARS koronavirusunu 2003-cü ildə kəşf edən məşhur Çin epidemioloqu, 83 yaşlı akademik Çjun Nanşanın müdaxiləsi fikirləri dəyişdirə bilər. O, Vuhana dəvət olunub və dərhal şəhərin bir epidemiya astanasında olduğunu anlayıb. 19 yanvarda jurnalistlərə açıqlamasında yeni koronavirus infeksiyanın insandan insana ötürüldüyünü söyləyib. Ertəsi gün rəsmi Pekin böhranı nəzarətə götürüb. Vuhanda və şəhərin yerləşdiyi Hubei əyalətində bütün kütləvi tədbirlər dərhal ləğv edilib, sərt karantin elan edilib, giriş-çıxış bağlanıb və COVID-19 olan xəstələr üçün müvəqqəti xəstəxanaların inşasına başlanılıb.

Ay Fen deyir ki, şəhər bağlandıqdan bir neçə saat əvvəl bir tanış həkim onu çağırıb nə baş verdiyini soruşub. Ay Fen bu məlumatların onların arasında qalmasını istəyib və cavab verib ki, təkcə yanvarın 21-də 1523 nəfər xəstə onun şöbəsinə gətirilib. Bu həmişəkindən üç dəfə çoxdur. Xəstələrin 655-də yüksək hərarət müşahidə olunub.

Və bu yalnız başlanğıc idi. Həkimin söylədiklərinə görə, xəstəxanaya hər gün daha çox xəstə gəlirdi. Həddindən artıq olduğundan xəstəxana reanimasiyaya xəstələri qəbul etməyi dayandırıb və onları dəhlizlərə qoymaq məcburiyyətində qalıblar. Hətta xəstələrdən bəziləri qəbul vaxtı çatmadan xəstəxananın yaxınlığında ölürdü.

"O an qəbul şöbəmizdə elə bir vəziyyət yaranmışdı ki, onu sağ qalanlar heç vaxt unutmayacaqlar. Baş verənlər onların həyata baxışlarında dərin izlər buraxdı", - həkim Ay Fen qeyd edib.

Xəstəlik həkimlərin özlərini də bir tərəfdən öldürürdü. Yanvar və fevral aylarında Mərkəzi Xəstəxananın 200-dən çox işçisi bu virusa yoluxmuşdu. Mart ayının ortalarında bəzilərinin vəziyyəti ağır olaraq qalırdı, dörd nəfər ölmüşdü - o cümlədən, şayiələr yaymamaq üçün polisə çağırılan oftalmoloq Li Venlian da. Yanvar ayının sonundan etibarən isə xəstəxana rəhbərliyi, yeni növ koronavirus infeksiyası haqqında məlumat yayılmasının qarşısını alan insanlar epidemiyanın qarşısını ala bilmədiklərinə görə bir-birinin ardınca virusa yoluxmağa başladılar.

Senzura

Nəşrin yazdığına görə, həkim Ay Fen hələ dekabr ayında rəhbərliyin tələblərinə əməl etdiyinə görə peşman olduğunu etiraf edib:"Əgər bundan sonra nə olacağını bilsəydim, töhmətləri barədə narahat olmazdım. Bunu görüşdüyüm hər kəsə söyləyərdim", - həkim bildirib.

Mart ayının 10-da Ay Fenin epidemiyanın necə başladığı xəbəri "Jenyu" nəşrində yayımlanır. Cəmi üç saat sonra məqalə nəşrin veb saytından və onu yenidən çap edən digər Çin saytlarından çıxarılıb və jurnalın özü də rəflərdən itib. "BBC News"un məlumatına görə, həmin gün prezident Si Tsinpin Vuhana səfər edib. Bəlkə də, bu uğursuz təsadüf senzuranın kəskinləşməsinə səbəb olub.

Məqalənin internet resurslarından silinməsi Çindəki internet istifadəçilərini qəzəbləndirib. Mətni Çin sosial şəbəkələrində kopiyalamağa başlayıblar. Bu dəfə də senzura qadağan olunmuş mətni sosial şəbəkələrdən silməyə başlayıb. Lakin Ay Fenin məqaləsi morze əlifbasına köçürülüb.

Martın 29-da Avstraliya televiziyası Ay Fenin məqaləsi yayımlandıqdan sonra onun yoxa çıxdığını açıqlayıb. Süjet müəllifləri həkimin səlahiyyətli şəxslər tərəfindən gizli saxlandığını bildiriblər. Hazırda həkim Ay Fenin harada olması, sağ olub-olmaması məlum deyil. Hətta bəzi şayiələr də var ki, fevral ayında ölən həkim Li Venlian kimi Ay Fen də yeni növ koronavirusa yoluxub və ölüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9887   Tarix: 05 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında Azərbaycanla Ermənistanın delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. "Report"

28.04.2024 355
.

Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan erməni sürücü saxlanılıb

Zəngəzurda iranlı turistləri daşıyarkən qəzaya urğayan avtobusun sürücüsü saxlanılıb. Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qoar Abramyan sosial şəbəkə hesabında bildirib. O, qeyd edib ki, qərar cinayət işi çərçivəsində qəbul edilib. Xatırladaq ki, hadisə dünən Ermənistanın Qərb

28.04.2024 331
.

Humanitar yardım daşıyan 1063 tırdan yalnız 49-u Qəzzanın şimalına çatıb

Qəzza zolağındakı Fələstin hökuməti, ABŞ və İsrailin iddialarının əksinə olaraq, bir həftə ərzində Qəzza zolağına daxil olan 1063 humanitar yardım maşınından yalnız 49-nun Qəzza zolağının şimalına çatdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media İdarəsinin rəhbəri Selam

10:33 89
.

Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video

İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub. Belə ki o, açıqlamasında bildirib: "İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkən

15:56 204
.

Rusiyada zəlzələ oldu

Rusiyanın Kuril adalarına yaxın ərazidə zəlzələ olub. BİG.AZ xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb. Zəlzələ 4.4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların episentri Şimali Kurilsk şəhərindən 42 kilometr cənubda, 95 kilometr dərinlikdə yerləşir

16:56 175
.

Samirə Yusifqızı: "İt kimi öləcəksiniz"

"Bir çoxunun üzünə yalandan gülürəm. Həmişə üzümdə təbəssüm olur. Amma ürəyimdəki ürəyimdədir. Onların özünə demədən ürəyimdən silmişəm. Bunu yəqin ki, özləri də hiss edirlər, bilirlər. Çünki 90 faiz insan üzünə gülüb, bir addım o tərəfə aralanan kimi min cür söz danışırlar. Onlardan nə keçəcəyi

14:14 367
.

Zaurla Günay Nəzringilin toyundan küsüb gedib?

Xalq artisti Mələkxanın Eyubovanın qızının toyundan küsüb gedən məşhurun kimliyi ortaya çıxıb. OLAY yazır ki, bu barədə "PrimeTime" iddia yayıb. Belə ki, muğam ustadının qızı Nəzrinin özəl günündə TV ulduzları Zaur və Günay Baxşəliyevlər yer problemi ilə bağlı məclisi tərk edib. Hətta bu barəd

16:56 603
.

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Bizim.Media xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü 21 yaşlı Nəbi Səhrab oğlu Nəbizadə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındak

28.04.2024 307
.

Almatı görüşündən gözləntilər nədir? - RƏY

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Almatıda görüşəcəklər. Politoloq Elşən Manafov -a bildirib ki ,Almatıda baş tutacaq növbəti görüş tərəflər arasındakı problemlərin vasitəçilərsiz çözülə biləcəyi ilə bağlı prezident İlham Əliyevin irəli sürdüyü təklifləri

17:03 148