Virusun yoluxa bildiyi məsafə, əsas əlamətləri... Pulmonoloq COVİD-19-un fərqlərini AÇIQLAYIB

Virusun yoluxa bildiyi məsafə, əsas əlamətləri... Pulmonoloq COVİD-19-un fərqlərini AÇIQLAYIBBaşqa koronaviruslar kimi (eləcə də qripdə olduğu kimi) Covid-19 zamanı infeksiya əsasən respirator damcılar formasında 2 metr məsafəyə kimi yoluxa bilir.

Bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Pulmonologiya şöbəsinin həkim-pulmonoloqu, professor Əlizamin Sadıqov yeni koronavirusla bağlı məqaləsində bildirib.

BiG.AZ e-tibb.az-a istinadən onun "COVID-19: Xəstəliyin simptomları, müalicə prinsipləri və tibb işçilərini bu ölümcül infeksiyadan necə qorumalı?!" məqaləsini təqdim edir:

COVID-19 infeksiyasına yoluxma ilk olaraq simptomatik COViD-19 xəstəsində baş verir, lakin infeksiyanın presimptomatik və ya asimptomatik şəxslərin dentransmissiyası istisna olunmur. Başqa koronaviruslar kimi (eləcə də qripdə olduğu kimi) infeksiya əsasən respirator damcılar formasında 2 metr məsafəyə kimi yoluxa bilir. İnfeksiyaya yoluxma ilə simptomların başlanması arasında tipik vaxt intervalı 5 və ya 6 gün olur, lakin bu vaxtın 12-dən 14-günə uzanması mümkündür.

COVID-19 əksər xəstələrdə kəskin febril hərarət (>38 C) və respirator simptomların üstünlüyü ilə klinik təzahür edir. Lakin digər sələflərindən fərqli olaraq (SARS və MERS) COVID-19 zamanı myalgiya (əzələ ağrıları) ön planda olan simptomlardan biri ola bilər və hətta tənginəfəslik kimi simptomdan daha aparıcı ola bilər.

Ahıl xəstələrdə (> 65 yaş) və tibbi komorbidləri olan pasientlərdə xəstəlik daha ağır formada nümayiş olunur. Bu populyasiyalar kəskin respirator distress sindrom (ARDS) və multi-organ yetməzliyinə görə daha potensial namizəddirlər. Onların daha çox təxirəsalınmaz qayğıya ehtiyacları vardır və bunlarla əlaqəli onlarda ölüm riski daha yüksəkdir. ARDS daxil olmaqla ağır xəstəlik adətən simptomların başlamasından 1 və ya 2 həftə sonra baş verir. Bunun əksinə olaraq cavan pasientlər xəstəliyi daha yüngül keçirirlər və əksər hallarda heç bir hospitalizasiya olmadan tam müalicə oluna bilirlər. Digər əksər viral pnevmoniyalarda olduğu kimi COVID-19 pasientlərin də müalicəsi dəstək xarakteri daşıyır. Xəstələrdə ya viral pnevmoniya ya da ikincili bakterial pnevmoniya səbəbindən ARDS inkişaf edə bilər. Bu halda spesifik mikrobiologiya mütləq nəzərə alınmalıdır (Coronavirus) və respirator dəstək yalnız invaziv mexanik ventilyasiyadan ibarət olmalıdır. Yalnız bundan sonra ARDS sübut bazalı rəhbərliyinə əsaslanaraq ventilyator dəstəyin rejimi təyin edilməlidir. Ağır, refraktor hallar zamanı bunlar aşağı tidal volume, pronpozisiyası və ya ekstrakorporal membran oksigenasiyası (EKMO) aid edilə bilər.

Antibakterial terapiyanın tətbiqi üçün kifayət qədər baza olmadığına görə onların seçiminə mümkün qədər az yer verilməlidir. Kortikosteroidlərin istifadəsindən alınan faydalar məlum deyildir. Uhanda çalışan həkim kolleqalar demək olar ki, əksər hallarda korikosteroidlər tətbiq etmişdirlər, lakin buna baxmayaraq ölüm göstəricisi 3% olmuşdur. Yalnız bir tədqiqat, hansı ki, case-by-case bazada aparılmışdır, göstərmişdir ki, sutka ərzində 80 mg iki dəfə olmaqla methylprednisolonenin tətbiqi ölüm riski azaltmaqda faydalı ola bilər.

Eyni sözləri Delagil və ya Plaquenil haqda da demək olar. Kritik ağır xəstələrdə bu preparatların tətbiqi anti-inflamator və immunomodulator pozisiyadan qiymətləndirilə bilər və faydalı ola bilər. Lakin bildiyiniz kimi, hazırda FDA COVID-19 infeksiyası zamanı heç bir dərman preparatının istifadəsinə dəstək verməmişdir.

Remsedivir, yəni RNA polymeraz inhibitor kimi koronaviruslara qarşı in vitro anti-viral aktivlik nümayiş etdirir və preparat ekstremal situasiya nəzərə alınaraq tətbiq olunarsa yalnız emergency investigational new drug (eIND) etibarnaməsi ilə mümkün ola bilər. ARDS infeksiyanın gecikmiş ağırlaşması olduğu üçün hipotezlərdən biri ondan ibarətdir ki, COVID-19 pasientlərdə anti-viral preparat xəstəliyin erkən mərhələsində tətbiq edilməlidir və bu effektiv ola bilərdi. Buna nümunə olaraq influenza (qrip) zamanı neyroaminidazainhibitorlarının xəstəliyin ilk 48 saat ərzində tətbiqindən alınan nəticələri göstərmək olardı. Lakin hazırda COVID-19 zamanı bunu təsdi edən məlumatlar yoxdur.

Tibb işçilərimizi bu ölümcül infeksiyadan nece qorumalı?

Qeyd etmək lazımdır ki, tibb işçiləri infeksiyaya nosocomial yolla yoluxmaya çox yüksək riskdədirlər. Bunu biz Çin, İtaliya, İspaniya və İran tibb işçilərinin infeksiyaya yoluxma hallarını nəzərə alaraq söyləyə bilərik. Ona görə də tibb işçilərinin bu infeksiyadan qorunması çox vacibdir və mühüm əks-epidemik tədbirlərin tətbiqini tələb edir.

Tibb işçilərinin bu infeksiyadan qorunmasını nəzərə alan vacib tədbirlərə nələr daxildir?

1) COVID-19 xəstə olan pasientin otağına daxil olan tibb işçilərinin sayı mümkün qədər minimallaşdırılmalıdır.

2) Xəstə ilə kontaktda olan və xəstə otağına daxil olma məcburiyyətində qalan tibb işçiləri yalnız PPE (personal protective equipment-facemask,cown,glowes,eyeglasses) təmin edildikdən sonra yerinə yetirilə bilər.

3) Konsultativ xidmətlər mümkün qədər telemedicine ilə təmin edilməlidirlər.

4) Endotracheal intubasiya, bronchoscopy və bəlğəmin induksiyası kimi aerosol generasiya riski yüksək olan procedurlar yalniz yüksək ixtisaslı mütəxəssislər və təkmilləşmiş tibb personalları tərəfindən yerinə yetirilə bilər.

5) Qeyri-invaziv ventilyasiya (NIV) və nebulayzerlərin tətbiqi kimi aerosol generasiya edən procedurlar kənarlaşdırılmalıdırlar. Qeyri-invaziv ventilyasiyaya ehtiyacı olan pasientlər bu prosedurun əvəzinə erkən intubasiya yerinə yetirilməlidir. Nebulayzer terapiyanın əvəzinə dozalandırılmış inhalyatorlardan

istifadə olunmalıdır. Yüksək tezlikli nazal oksigen terapiyanın (HFNO) rolu inkar edicidir, lakin əgər tətbiq edilərsə yalnız hava-damcı infeksiyasından izolyasiya olunmuş otaqda tətbiq oluna bilər.

6) Diaqnostik testlərin tətbiqi maksimal olaraq azladılmalıdır və laboratoriyaya göndərilən materialların COVID-19 xəstəsinə aid olması haqda öncədən məlumat verilməlidir.

7) Image öyrənmələr minimallaşdırılmalıdır. Radioqrafların əldə olunması və qeyd edilməsi yüksək ixtisaslı rentgen texnik tərəfindən yerinə yetirilməlidir. (Yalnız PPE ilə təmin edildikdən sonra) Praktik olaraq, döş qəfəsi radioqraflar ilə müqayisədə pasientin yerləşdiyi məkanda (point-of care ultrasonography) ultrasəs müayinəsi kimi görüntülər üçün nelamodula və komperativ həssaslığa malikdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4152   Tarix: 05 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Qeyd edək ki, bu il müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda olacaq. Xatırlada

10:20 265
.

Braziliyada daşqın oldu: 84 ölü, 111 itkin

Braziliyanın cənubunda yerləşən Rio-Qrandi-du-Sul ştatında ötən həftədən bəri effektiv olan yağışlar nəticəsində daşqın olub. BİG.az xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 84 nəfərə, itkin düşənlərin sayı isə 11 nəfərə çatıb. Bu barəfə Ştatın Mülki Müdafiə nazirliyi açıqlama edib. Yağışla

12:56 84
.

Putinin andiçmə mərasimi keçirilir - Canlı

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, tədbir Kremldə təşkil olunub. Rusiya liderinin andiçmə mərasimində minlərlə qonaq iştirak edir. Xatırladaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V.Putin seçkilərdə 87,28

13:01 244
.

İsrailin hücumları nəticəsində Qəzzada 10 min insan yoxa çıxıb

İsrailin hücumları nəticəsində Qəzzada 10 min insan yoxa çıxıb. BİG.AZ xəbər verir ki, itkin düşənlərin dağıntılar altında qalıb. Digər tərəfdən, İsrailin Qəzzada hücumlarına məruz qalanların 72%-i qadın və uşaqlardır. Qəzzada hökumətin media ofisinin yaydığı açıqlamada İsrailin 210 gündür Qəzzaya dava

14:36 82
.

"Mədəniyyət Nazirliyi modellərə 50 manat ayırır?"

"Bir ildir Bakıdayam və işsizəm. Bunun səbəbi isə budur: "Azerbaijan Fashion week" dəvət edir və 50 manat qonorar verir. Bilmirəm, yeyinti var və ya yoxdur. Çünki müqavilə imzalanmır, sığortamız yoxdur, vergi ödəmirik. Agentliklər çəkilişə çağırır və müqavilə bağlamır, əmək kitabçamı

14:50 283
.

Əfqanıstana güclü yağışlar yağıb: 15 ölü - VİDEO

Əfqanıstanın bir çox bölgələrində şiddətli yağışlar daşqına səbəb olub. BİG.AZ xəbər verir ki, sel nəticəsində 8 nəfər, ildırım vurması nəticəsində 7 nəfər ölüb. Bu barədə Əfqanıstan Milli Təbii Fəlakətlərin İdarə Edilməsi İdarəsi açıqlama yayıb. Açıqlamaya əsasən, 142 hektar kənd təsərrüfatı torpaqlarını

13:23 82
.

Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI

Müharibə və qəzaları saymasaq, son illər Azərbaycanda kişilər fərqli səbəblərdən dünyasını dəyişirlər. Təsadüfi deyil ki, ölkədə uzunömürlü pensiyaçılar arasında da qadınlar üstünlük təşkil edirlər. Bəs kişilər niyə tez ölür?. Terapevt Sübhan Hacıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, nəinki Azərbaycanda

16:06 216
.

Meyxanaçı ilə aparıcının toyudur

Aparıcı Nübar Əbilin toyudur. Axşam.az xəbər verir ki, o, bu haqda özü məlumat yayıb. Aparıcı toy dəvətnaməsini paylaşaraq mayın 25-də ailə qurcağını bildirib. Nübar meyxanaçı və ssenarist Pərviz Haşımovla ailə qurur. Qeyd edək ki, N.Əbil hazırda AzTV-də aparıcılıq edir. P.Həşimov "Qız atası"

11:48 706
.

Vyetnamda sendviçdən 560-dan çox insan zəhərlənib

Vyetnamda çörəkbişirmə zavodunda hazırlanan sendviçdən 560 nəfər zəhərlənib. BİG.AZ xəbər verir ki, zəhərlənən insanlar xəstəxanaya yerləşdiriliblər. Onların tam olaraq nədən zəhərləndikləri məlum deyil. BBC-nin məlumatına görə, zəhərlənən 560 nəfərdən 12-nin vəziyyəti ağırdır və indiyədək 200 nəfə

13:34 81