Həkim: "Nyu-York xətəxanalarında koronavirusa yoluxmuş həkimlər də işləyirlər"

Həkim: "Nyu-York xətəxanalarında koronavirusa yoluxmuş həkimlər də işləyirlər"Nyu-York xəstəxanalarının birində işləyən, adının çəkilməsini istəməyən reanimatoloq koronavirus ətrafında olan vəziyyətin bəzi gözəgörünməz məqamlarını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə yazı "Meduza" onlayn qəzetində dərc edilib.
O bildirib ki, pasiyentlərin artmasına baxmayaraq, vəziyyəti ağır olanların sayında artım müşahidə edilmir: "Əlimizdəki məlumatlara görə, vəziyyəti ağır olanların sayı azalıb. Nyu-Yorkda gündəlik çox böyük miqdarda testlər keçiririk. Görünən odur ki, ağciyərlərin süni ventilyasiyasına ehtiyacı olanların sayı artmır. Ancaq bu, hələlik bir neçə günün göstəricisidir".
Reanimatoloq koronavirusa yoluxmuş həkimlərin işlərinə davam etdiyini də açıqlayıb: "Xəstə həkimlərin arasında həm vəziyyəti ağır olan, həm də ümumiyyətlə simptomsuz olanlar var. Bununla belə, biz bilmirik, bunlar xəstəxanada, yoxsa başqa yerdəmi yoluxublar. Simptomsuz həkimlər maska taxaraq fəaliyyətini davam edirlər. Ancaq bu, hər kəsin şəxsi seçimidir, imtina etmək də olar".

Bundan başqa, həkim digər xəstəliklərlə bağlı xəstəxanaya müraciətlərin azaldığını da bildirib. Onun sözlərinə görə, pandemiyadan öncə reanimasiya müxtəlif xəstəliklərdən əziyyət çəkənlərlə dolu idi: "Bizim pasiyentimiz olmuş kontingent, yəni yaşlılar, qocalar evindən gələnlər indi koronavirusla bağlı müraciət edirlər. Bu o deməkdir ki, risk qrupu koronavirusa tamamilə düçar olub".

Qeyd edək ki, ABŞ-da qeydə alınmış koronavirus hallarının sayı 245 000-ə çatıb. Ölkədə ümumilikdə 6 000-dən çox insan pandemiyanın qurbanı olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 034 000-i ötüb. Bunların 220 023 nəfəri sağalıb, 54 463 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1548   Tarix: 03 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428