SOCAR-ın "Azneft"İB-nin baş direktoru: Dənizə gedən işçilər həkim yoxlamalarından keçəcəklər - MÜSAHİBƏ

SOCAR-ın "Azneft"İB-nin baş direktoru: Dənizə gedən işçilər həkim yoxlamalarından keçəcəklər - MÜSAHİBƏKoronavirusla mübarizə üçün SOCAR-ın hasilat hissəsində, xüsusilə dəniz obyektlərində görülən işlərlə bağlı "Azneft" İstehsalat Birliyinin baş direktoru Şahmar Hüseynovun "Report"a müsahibəsi:

- SOCAR bütün idarə və müəssisələrində koronavirusla mübarizə tədbirlərinin həyata keçirildiyi barədə mütəmadi məlumatlar yayır. Bəs, "Azneft"in obyektlərində xüsusi olaraq hansı tədbirlər həyata keçirilir?

- Koronavirus (COVID-19) epidemiyasının qarşısının alınması məqsədilə SOCAR-ın "Azneft" İstehsalat Birliyində (İB) preventiv tədbirlər davam edir. Dəniz obyektlərində çox sayda işçilərin məhdud bir ərazidə - dəniz özüllərində, yaşayış blokunda və evciklərdə, yataqxanalarda bir yerdə təmasda olmamaları üçün istehsalatın ahəngini pozmadan əməkdaşların sayının azaldılması və təxliyə edilməsi təmin edilib.

- Dənizdə çalışan işçilərdə xəstəlik əlamətləri olarsa, onların təcridi, təxliyəsi üçün hansı addımlar atılır?

- Dəniz özüllərində hansısa xəstəlik şübhəsi olan işçilərin təxliyə olunanadək digər işçilərdən təcrid edilmiş vəziyyətdə saxlanılması məqsədilə xüsusi evciklər yaradılıb. Xəstəlik şübhəsi olan işçilərin digər insanlardan təcrid olunmuş halda təxliyə olunmalarını təmin etmək üçün daim hazır vəziyyətdə xüsusi təchiz olunmuş helikopter, gəmilər ayrılıb.
SOCAR-ın "Azneft"İB-nin baş direktoru: Dənizə gedən işçilər həkim yoxlamalarından keçəcəklər - MÜSAHİBƏHazırda dəniz obyektlərində işçilərin ərzaq, eyni zamanda dezinfeksiya məhlulları və qoruyucu vasitələrlə təminatı yüksək səviyyədə yerinə yetirilir. Bildiyiniz kimi, aprelin 2-də SOCAR-ın prezidenti cənab Rövnəq Abdullayev əməkdaşların iş və məişət şəraiti, koronavirus epidemiyasının yayılmasına qarşı həyata keçirilən profilaktik tədbirlərlə yerində tanış olmaq üçün Neft Daşlarına səfər etdi. Neftçilərlə görüşən Rövnəq müəllim böyük fədəkarlığa, hətta qəhrəmanlığa görə, onlara öz təşəkkürünü bildirdi. Hesab edirəm ki, bu neftçilərimiz üçün böyük stimuldur.
- SOCAR prezidenti Rövnəq Abdullayev Neft Daşlarında neftçilərlə görüşdə artıq növbələrin dəyişəcəyini bildirmişdi. Hazırki vəziyyəti nəzərə alsaq, bu proses necə həyata keçiriləcək? Hansı təhlükəsizlik tədbirləri görülür?
- Hazırda işçilərin növbə dəyişməsi ilə bağlı məsələlər nəzərdən keçirilir və yaxın vaxtlarda öz həllini tapacaq. Belə ki, qrup halında dənizə yola düşəcək işçilər sabahdan (4 aprel) başlayaraq xüsusi ayrılmış karantin zonalarına yerləşdirilərək həkim yoxlamalarından keçəcəklər. Yoxlamalar başa çatdıqdan sonra isə növbə dəyişməsi prosesi həyata keçiriləcək.

SOCAR-ın "Azneft"İB-nin baş direktoru: Dənizə gedən işçilər həkim yoxlamalarından keçəcəklər - MÜSAHİBƏNəzərinizə çatdırım ki, SOCAR prezidentinin müvafiq əmrinə əsasən, İB-nin idarəetmə aparatında koronavirus epidemiyasının yayılmasının vaxtında qarşısının alınması, lazımi-zəruri profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə yaradılan fövqəladə əksepidemik qərargah hazırda tam gücü ilə fəaliyyət göstərir. Qərargahda mütəmadi olaraq idarələr, dəniz obyektləri ilə "skype" və "whatsapp" bağlantısı qurulur, koronavirus epidemiyasının yayılmasının vaxtında qarşısının alınması, həyata keçirilən zəruri profilaktik və təxirəsalınmaz tədbirlərlə bağlı müzakirələr aparılır.
Hazırda bütün dünya koronavirusla mübarizə, hətta müharibə aparır. Bu mübarizədə isə həkimlər, polislər və neftçilər ön cəbhədə öz fəaliyyətlərini uğurla davam etdirirlər. Fədakar həkimlərimiz insanlara, xüsusilə də xəstələrə xidmət edir, şərəfli peşə sahibi olan neftçilərimiz isə ölkəmizin dayanıqlı iqtisadi inkişafını təmin etmək üçün var qüvvələri ilə çalışırlar. İnanıram ki, biz tezliklə bu çətin günləri də arxada qoyacağıq. Bir daha qeyd edirik ki, "Azneft" İstehsalat Birliyində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün zəruri olan bütün addımlar atılır, profilaktik tədbirlər daha da gücləndirilir, mövcud vəziyyət daim nəzarət altında saxlanılır.

SOCAR-ın "Azneft"İB-nin baş direktoru: Dənizə gedən işçilər həkim yoxlamalarından keçəcəklər - MÜSAHİBƏSOCAR-ın "Azneft"İB-nin baş direktoru: Dənizə gedən işçilər həkim yoxlamalarından keçəcəklər - MÜSAHİBƏSOCAR-ın "Azneft"İB-nin baş direktoru: Dənizə gedən işçilər həkim yoxlamalarından keçəcəklər - MÜSAHİBƏSOCAR-ın "Azneft"İB-nin baş direktoru: Dənizə gedən işçilər həkim yoxlamalarından keçəcəklər - MÜSAHİBƏSOCAR-ın "Azneft"İB-nin baş direktoru: Dənizə gedən işçilər həkim yoxlamalarından keçəcəklər - MÜSAHİBƏ


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1618   Tarix: 03 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni ili ölkədə yoxsa xaricdə qeyd etmək daha sərfəlidir? - TURİZM EKSPERTİNDƏN AÇIQLAMA

Yeni ilə sayılı günlər qalır. Hər il olduğu kimi yeni ili evdə qeyd edənlərlə yanaşı əksər insanlar yeni ili müxtəlif rayonlarda və xaricdə qeyd etməyə üstünlük verir. Ölkə daxilində isə restoranlar, otel və istirahət mərkəzləri hər il olduğu kimi bayram öncəsi qiymətləri artırırlar. Bəs görəsən bu i

12:54 159
.

Kürdəmirdə canavarlar kəndə hücumu etdi (FOTO)

Kürdəmirdə canavarlar təsərrüfata hücum edib, 10 baş xırdabuynuzlu heyvan tələf olub. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ərşəli kəndində qeydə alınıb. Belə ki, yırtıcılar kənd sakini Qurbanov Nofəl Mirzəağa oğlunun təsərrüfatına hücum çəkib. Nəticədə fermerə məxsus 10 ba

10:14 369
.

Xalq artisti yeni doğulan nəvəsi ilə foto paylaşdı

Xalq artisti Simarə İmanova ilk dəfə nəvəsi ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni yeni doğulan nəvəsinin fotosuna "Bəzən elə anlar olur ki, onu sözlə ifadə etmək olmur. Bax, bu, o anların ən gözəlidir" sözlərini yazıb. Qeyd edək ki, ifaçının oğlu Məhəmməd Fatimə adlı xanımla ail

12:16 252
.

Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

"Mövcud hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında qar yağışı müşahidə olunur. Ayrı-ayrı ərazilərdə temperaturun aşağı düşməsi yolların hərəkət hissəsində sürüşkənliyin və buzlaşma ehtimalının artmasına səbəb ola bilər". xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyini

14.12.2025 451
.

Tropik qasırğa Şri-Lankanı cənginə alıb: Ölənlərin sayı 643 nəfərə çatıb

Şri-Lankada bir neçə həftədir müşahidə edilən "Ditva" tropik qasırğası nəticəsində ölənlərin sayı 643 nəfərə çatıb. xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Hallar Mərkəzi yayıb. Bildirilir ki, təbii fəlakət nəticəsində daha 184 nəfər itkin hesab olunur. "Ditva" Şri-Lankad

14.12.2025 511
.

72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalıb öldü

Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb. xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib. 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında VAZ-21011 markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb, nəticəsində onun avtomobi

14.12.2025 515
.

"Nə? Harada? Nə zaman?" oyunu üzrə VIII Azərbaycan Çempionatı keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi, Xəzər İntellektual Gənclər Klubu, Atəşgah İntellektual Oyunlar Klubu və Gənc Könüllülər İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə VII Azərbaycan Çempionat

11:59 134
.

Əmlakları xanımı və digər yaxınlarının adına imiş

"Qumar kralı" Yusif Baqiyev və onunla birgə ittiham olunanların cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham elan edilib. İttihamda deyilir ki, Yusif Baqiyev, Ramil Saadov, Pərvi

15:14 116
.

"Belarusski" mağazasından 36 min manatlıq oğurluq - Fəhlə müdirin kassanı yardı

"Aznur" MMC-yə məxsus "Belarusski" mağazasında oğurluq baş verib. Qaynarinfo-nun məlumatına görə, mağaza müdirinin otağındakı seyfdən 36 404 manat pul oğurlanıb. Hadisəni mağazanın fəhləsi törədib. O, oğurluqdan bir gün sonra polis tərəfindən saxlanılıb. Nadir Şahinliyə (şərti) qarş

16:04 0
.

TOP MP3