Deputat: "Azərbaycan Ordusunda bütün qabaqlayıcı tədbirlər görülüb"

Deputat: "Azərbaycan Ordusunda bütün qabaqlayıcı tədbirlər görülüb""Azərbaycanda elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər davam etdirilir. Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədi ilə sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir. Belə gücləndirilmiş tədbirlər Azərbaycan Ordusunda da davam etdirilir".

Bunu "MediaPost"a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O, bütün qoruyucu tədbirlərin hələ ölkədə virusun geniş yayılmadığı vaxtdan başladığını bildirib: "Artıq Ermənistanda koronavirusa yoluxanların sayı 571 nəfərə çatıb. Çünki virusun profilaktikası üçün zəruri tədbirlər görülmür. Pandemiya təhlükəsini ciddiyə almaq üçün də vətəndaşlıq sevgisi olmalıdır.

Bu gün Azərbaycan Ordusunda bütün qabaqlayıcı tədbirlər görülüb və bu işlər tam sürətilə davam edir. Ona görə ordumuzda koronavirusa yoluxma halları yoxdur. Dezinfeksiya işlərinə hələ ölkədə virusun geniş yayılmadığı vaxtdan başlanılıb. Ona görə valideynlər də, hərbçi yaxınları da bu gün onlardan tam arxayındırlar. Bilirlər ki, dövlətin hərbi qulluqçulara diqqəti, qayğısı hansı dərəcədədir".

Deputat: "Azərbaycan Ordusunda bütün qabaqlayıcı tədbirlər görülüb"Siyasi şərhçi Azər Həsrət isə orduda görülən dezinfeksiya işlərinə görə şəxsi heyətin xidməti rahat formada davam etdirdiyini deyib:

"Azərbaycan Prezidenti, Ali Baş Komandanı İlham Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi qulluqçuların sağlamlığını həmişə ön planda saxlayırlar. Bunun nəticəsidir ki, virusa qarşı əsgərlərimizin immuniteti güclüdür, fiziki sağlamlığı yerli-yerindədir. Gərək olmayan narahatlığa ehtiyac yoxdur. Tapşırıqlara əsasən, profilaktik tədbirlər, dezinfeksiya işləri görülür və görülən işlərə daim nəzarət var. Biz ölkəmizin gücünə, onun bütün probleləri həll etmə bacarığına inanırıq. İndiyə qədər hansı problemlər çözülməyib ki bunun da öhdəsindən gəlməyək? Birlikdə olmağımız gücümüzdür. Bu gün ölkə rəhbərliyi də, ordu da, hüquq-mühafizə orqanları da, vətəndaşlar da birlik nümayiş etdirir".

O, bütün dünyanın bu virusla mübarizə apardığını bildirib. A.Həsrət əlavə edib ki, Aərbaycan Ordusu bu mübarizəni necə aparacağını yaxşı bilir:

"Dünyada mövcud olan koronavirus təhlükəsi hər bir ölkənin vətəndaşını narahat edir. Gün ərzində yoluxanların sayı sürətlə artır. Belə bir vəziyyətdə Azərbaycan yoluxma sayı az olan ölkələr sırasındadır. Düzdür, biz heç bir insanın yoluxmasını istəməzdik, ancaq bu, pandemiyadır. Təhlükə qaçılmazdır, gərək fərd olaraq hər birimiz diqqətli olaq.

Ordumuzda görülən işlər onu göstərir ki, Müdafiə Nazirliyinin rəhbərliyi virusla mübarizənin necə aparıldığını yaxşı bilir. Bütün tədbirləri elə görüblər ki, hərbçilər arasında virusa yoluxanlar olmasın. Əsgərlərlə valideyn görüşlərinin müvəqqəti dayandırılması, dezinfeksiya işlərinin gücləndiriməsi yoluxma ehtimalını minimuma endirmək deməkdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1193   Tarix: 01 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523