Azərbaycanda koronavirusa yoluxan vəzifəli şəxs və oğlu ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxan vəzifəli şəxs və oğlu ilə bağlı RƏSMİ AÇIQLAMACəlilabad Rayon İcra Hakimiyyəti icra başçısının müavini Alıcı Dilavərovun koronavirusa yoluxması ilə əlaqədar yayılan məlumat barədə açıqlama yayıb.

Məlumatda bildirilir:

"Sosial şəbəkələrdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovun koronavirusa yoluxması ilə əlaqədar qarayaxma kampaniyasına başlanılıb.

Məsələnin mahiyyətindən xəbəri olmayanlar guya Alıcı Dilavərovun Türkiyədən gəlmiş oğlunu karantindən çıxararaq, ad günü keçirdiyini və bunun nəticəsində çoxlu insanın koronavirusa yoluxduğunu iddia edirlər.

Tam məsuliyyətlə bildiririk ki, bütün bunlar reallıqdan uzaq, qərəzli və böhtan xarakterlidir.

Belə ki, Alıcı Dilavərovun iki oğlundan heç biri nəinki Türkiyə Respublikasına, hətta digər xarici ölkələrə heç vaxt getməyiblər. Araşdırma zamanı onların xarici pasportlarının belə olmadığı müəyyənləşdirilib.

Əslində, Alıcı Dilavərov öz vəzifə funksiyasını yerinə yetirərək, karantin rejimi dövründə əhali ilə sıx təmasda olub, onları maarifləndirib və karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırıb.

Həmçinin o, xarici ölkələrdən gətirilərək, rayon mərkəzi xəstəxanasında karantinə alınan vətəndaşların problemləri ilə tanış olmaq üçün mütamadi şəkildə onlarla görüşüb və problemlərinin aradan qaldırılmasına müvafiq kömək göstərib. Ola bilsin ki, onun koronavirus xəstəliyinə yoluxması həmin proseslə əlaqədardır.

Əlavə olaraq bildiririk ki, rayon icra hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq koronavirusa qarşı mübarizənin gücləndirilməsi üçün bütün zəruri tədbirləri görür, əhali arasında izahat işlərinin aparılmasına, yaşayış məntəqələrinin dezinfeksiya olunmasına, karantin tədbirlərinin tələblərinə əməl olunmasına prioritet məsələ kimi baxır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5930   Tarix: 01 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yol kənarında faciəvi şəkildə ölən Rəşad və Yaşarın FOTOSU

Xəbər verdiyimiz kimi, martın 17-nə keçən gecə Ağdaşda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə gecə saat 22 radələrində baş verib. Adil Qasımov adlı şəxs idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə Ləki qəsəbəsi ərazisində hərəkətdə olarkən yolun kənarında dayana

11:08 0
.

Bərdədə it dişləyən azyaşlının vəziyyəti AÇIQLANDI

Bərdədə it dişləyən azyaşlının vəziyyəti açıqlanıb. Bərdə Rayon Mərkəzi Xəstəxanasından APA-ya bildirilib ki, azyaşlıya ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı vaksin vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb

18.03.2024 452
.

Tamstore 25-ci marketini açır – işçi sayı 1200-ü keçdi

"Tamstore" marketlər şəbəkəsi 19 mart tarixində Qaradağ rayonu, Bakı-Ələt yolunun 17-ci kilometrində 25-ci Super formatlı marketi ilə müştərilərin xidmətinə gəlir. Açılışla bağlı 700-dən çox məhsulda endirim kampaniyası həyata keçiriləcək. Qeyd edək ki, Tamstore Qaradağ filialında "Cofe

18.03.2024 264
.

"Xocalı rayonunda kütləvi məzarlığın aşkarlanması Ermənistanın dövlət olaraq cinayətkar mahiyyətini ifşa etmiş olur" - Politoloq

Xocalı rayonunda kütləvi məzarlıqda aşkar edilmiş 18 insan qalığından daha birinin şəxsiyyəti məlum olub. Politoloq Tural İsmayılov -a bildirib ki, Xocalı rayonunda kütləvi məzarlığın aşkarlanması və 90-cı illərdə Xocalıda Ermənistanın vəhşi cinayətinə qurban gedən vətəndaşlarımızın kimliyinin üzə çıxmas

18.03.2024 422
.

Şəkidə 13 yaşlı məktəbli vəfat edib

Şəkidə 13 yaşlı yeniyetmə xəstəxanada qanaxmadan vəfat edib. APA-nın məlumatına görə, bu gün axşam saat 18 radələrində 2011 təvəllüdlü Şəki şəhər sakini Tunar Asim oğlu Məmmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Həkimlərin səyinə baxmayaraq T. Məmmədov xəstəxanaya daxil oduqdan bir müddə

18.03.2024 434
.

Ququşdan Azərbaycanla bağlı suala reaksiya

Məşhur Azərbaycan əsilli İran müğənnisi Ququş (Faiqə Atəşin) yutub layihəsində izləyicilərinin suallarını cavablandırıb. Axşam.az xəbər verir ki, ifaçı Azərbaycan dilində albom təqdim etməməsi haqda "Bir İran azərbaycanlısı olaraq niyə Azərbaycan dilində albom təqdim etməmisiniz? Biz çox istəyiri

18.03.2024 558
.

"Milyonçu" filmindəki kimi... - 1 milyonu uddu

Türkiyənin "Kim Milyoner Olmaq İster" yarışmasına qatılan gənc iştirakçı 1 milyon TL-lik mükafatı qazanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. Belə ki, məşhur aktyor Kənan İmirzalıoğlunun təqdimatı ilə keçirilən "Kim Milyoner Olmaq İster"

18.03.2024 943
.

Azərbaycanda 5-dən çox uşağı olanların SAYI

Mövcud qanunvericiliyə uyğun olaraq beşdən çox uşağı olan qadınlara dövlət tərəfindən aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir. xəbərt verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, son beş ildə bu müavinətin məbləği 3,5 dəf

18.03.2024 453
.

Fransa yenidən savaş meydanı oldu - VİDEO

Fransanın paytaxtı Paris yaxınlığında martın 14-də 18 yaşlı motosikletçi polis avtomobili ilə toqquşaraq öldürülüb. BİG. xəbər verir ki, onun ölümü insanlar arasında etiraza səbəb . Milli medianın yaydığı məlumata görə, polis tərəfindən təqib edilən Vanyss adlı yeniyetmənin ölümünə doğma şəhəri Courneuved

18.03.2024 229