10 illik ailə həyatına son - Oksana boşanır + Fotolar

10 illik ailə həyatına son - Oksana boşanır + Fotolarİş xanımı Oksana Samoylova reper həyat yoldaşı Ciqandan boşanmaq qərarına gəlib. "Qafqazinfo" bildirir ki, bu barədə o, İnstaqram hesabında məlumat verib.

"Dörd övladının olduğu halda qərarlar qəbul etmək necə də çətindir, amma mənə seçim imkanı qoymadılar. Mən boşanıram. 10 illik xoşbəxt ailə həyatı onun tərəfindən yalan imiş, mən isə sadəcə yaşayırdım və ona inanırdım. O, elə şeylər deyirdi ki, uşaqlarımızın sağlamlığına and içirdi, şaiyə və söz-söhbətlərə inanmamağım üçün yalvarırdı və and içirdi ki, yalnız məni sevir və heç vaxt xəyanət etməyib. Və mən inanırdım, çünki mən belə yalan danışa bilmərəm, çünki mən xeyirxah və sadəlövhəm, belə necə etmək olar axı, çünki biz xoşbəxt idik, başa düşürsünüz? Həqiqətən.

Biz çox mübahisə etmirdik, mən görürdüm ki, o, məni sevir, bizdə hər şey yaxşı idi, bizim gözəl uşaqlarımız var və gözəl həyatımız var idi. Və mən hətta təsəvvür edə bilməzdim ki, belə bir vəziyyətdə, mehriban yaşaya-yaşaya, insan evdən çıxıb xəyanət edə bilər. İkinci səbəbini siz onun səhifəsində görürsünüz, və, düşünürəm ki, nə baş verdiyini başa düşürsünüz. Mən həmişə ailənin, uşaqların ana və atasının olmasının tərəfdarı olmuşam, amma indiki vəziyyətdə mən sadəcə başqa cür hərəkət edə bilmərəm. Mən övladlarımın bütün bu cəhənnəmi görmələrini istəmirəm. Ariela artıq hər şeyi başa düşür və mənim ürəyim ağrıdan parçalanır. Bundansa, ancaq ananın olması daha yaxşıdır.

Onun bizim ailəmiz və özü ilə etdikləri, - bu, onun məsuliyyətidir, yalnız onun. Mən bilmirəm, o bütün etdiklərini nə vaxt dərk edəcək vəziyyətdə olacaq, və, ümumiyyətlə, olacaqmı. Mən bilmirəm, sabah və ya bir aydan sonra nə olacaq. Mən bilmirəm, dörd uşaqla nə edəcəyəm, amma mən güclü olmalı olacağam, və, çox güman, nə vaxtsa olduğumdan daha güclü", - Samoylova yazıb.
Xatırladaq ki, 31 yaşlı Oksana Samoylova ilə 34 yaşlı Ciqanın ailə həyatında problemlər bir ay əvvəl, Davidin doğulmasından sonra başlayıb. Reper alkoqola qurşanıb və İnstaqramda açdığı canlı yayımlar zamanı övladlarının yanında qeyri-etik ifadələrdən istifadə edib. Bundan sonra Ciqan reabilitasiya mərkəzində iki həftəyə yaxın müalicə olunub. Həmin müddətdə onun ailəsi Mayamidə olub.
Bu yaxınlarda ailə Amerikadan Rusiyaya qayıdıb və özünütəcrid tədbiləri görüb. Yeri gəlmişkən, Ciqan karantin qaydalarına tam əməl etməyib və qayıtdıqdan cəmi bir neçə gün sonra evdə dostlarının iştirakı ilə parti təşkil edib. İlk dövrlərdə Oksana Samoylova şərh vermirdi və deyirdi ki, yaranan vəziyyətdə ona övladlarının atasına kömək etmək daha vacibdir. Həmin müddət ərzində isə Ciqan aktiv şəkildə İnstaqramda ailə fotolarını paylaşır, həyat yoldaşına sevgisini etiraf edirdi.
Oksana Samoylova və Ciqanın münasibətləri 2008-ci ildə başlayıb. Onlar gecə klubunda tanış olublar və həmin andan, demək olar, heç vaxt ayrılmayıblar. 2011-ci ildə onların böyük qızı – Ariela dünyaya gəlib, bir ildən sonra isə cütlük dəbdəbəli toy edib. 2014-cü ildə onların ortancıl qızı – Leya, 2017-ci ildə isə kiçik qızı – Maya anadan olub. 2019-cu ilin payızında Samoylova növbəti dəfə ana olacağını təsdiqləyib, bu ilin fevralında isə cütlüyün dördüncü – David adlı oğlu dünyaya gəlib.

10 illik ailə həyatına son - Oksana boşanır + Fotolar10 illik ailə həyatına son - Oksana boşanır + Fotolar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5685   Tarix: 01 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Kızıl goncalar"ın aktyorları sevgilidir - Foto

"Kızıl goncalar" serialında yaşanan eşq gerçək olub. Axşam.az xəbər verir ki, aktyorlar Mert Turakla Melis Çınar sevgilidir. Cütlük ötən gün paparatsilərin obyektivinə tuş gəlib. Turak aralarındakı münasibəti təsdiqləyərək "Olan oldu. Ən azından birlikdə poz verək ki, yaxşı düşək"

12:50 186
.

"Estetik deyil, fotoşopdur" - Rafet El Roman

Son zamanlar üzündəki dəyişikliklə gündəmə gələn türkiyəli müğənni Rafet El Roman estetik etdirməsi ilə bağlı iddialar haqqında danışıb. Axşam.az xəbər verir ki, ifaçə şəkillərinə fotoşop edildiyini və estetik əməliyyat olunmadığını açıqlayıb. "5 ay əvvəl botoks edib, peşman olduğumu açıqladım

03.05.2024 386
.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 377
.

"Ərimi bu xanımlara qısqanıram, gözü qaça bilər..." - VİDEO

Müğənni Qumral ərini açıq-saçıq geyimli xanımlara qısqandığını bildirib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. İfaçı ərinin geyimlərinə bəzən irad tutduğunu da açıqlayıb:. "Bəzən həyat yoldaşım geyimlərimə qarışır, deyir ki, bunu geyinmə

04.05.2024 835
.

Serenay Sarıkaya "Esengül" rolunu oynaya bilər

Türkiyəli arabesk müğənnisi Esengülün həyatı barədə film çəkiləcək. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Esengül rolunu Serenay Sarıkayanın oynayacağı iddia olunub. Qeyd edək ki, Serenay Bergen rolundan son anda imtina etmişdi

03.05.2024 285
.

"İnsanlara sosial problem yox, boşanma maraqlıdır"

"Ehtiyac yoxdur bahalı mahnı alıb, bahalı klip çəkdirim. Tamaşaçı deyir, get otur mətbəxdə oxu. Niyə özümü dərdə salım. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Cümə axşamı" proqramında deyib. Sənətçi artıq keyfiyyətli mahnıların sevilməməsindən şikayətlənib. O bildiri

04.05.2024 293
.

Uşaqlıq fotosunu paylaşdı

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı uşaqlıq fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Safurə Fərhad Əliyevlə ailəlidir. F.Əliyev mərhum energetika naziri Natiq Əliyevin oğludur. Fərha

12:10 222
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntüləri yayımlanıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Həmin fotoları təqdim edirik:

00:48 957
.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

02.05.2024 1860