"Olmuş hadisələr əsasında çəkilib" – Məşhur aktyor Aprel Döyüşlərindən bəhs edən filmdən DANIŞDI

"Olmuş hadisələr əsasında çəkilib" – Məşhur aktyor Aprel Döyüşlərindən bəhs edən filmdən DANIŞDI2016-cı ilin Aprel döyüşləri tarixə Azərbaycan əsgərlərinin şücaəti, Azərbaycan Ordusunun qələbəsi ilə düşüb. Həmin döyüşlər barədə beynəlxalq ictimaiyyətə həqiqəti çatdıracaq, 2016-cı ilin Aprel döyüşləri haqqında əsl həqiqətlərdən, bu döyüşlərin gercək qəhrəmanlarından bəhs edən bir film çəkilib. Aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin, əsgər və zabitlərinin göstərdiyi şücaət əsasında ssenariləşdirilən "4 gün" adlı ekran işinin çəkilişləri döyüşlərin reallaşdığı ərazilərdə aparılıb. Xüsusilə Naftalan və Mingəçevirin yaxınlığında, Tapqaraqoyunlu kəndində, Yevlax, Bərdə, Gəncə və bu ərazilərə yaxın kənd və qəsəbələrdə aparılan çəkliş 20 gün müddətində aparılıb.

Filmdə Elvin Əhmədov, Tural Baxış, Rauf Şahsubarov ,Rüfət Nəzər,Türkay Cəfərli , İlqar Musayev ,Rüfət Ümidov kimi tanınmış aktyorlar obraz canlandırıblar. İkinci dərəcəli və epizotik rollarda Gəncə Dövlət Teatrının aktyorları və əsgərlər çəkilib.

"4gün" filminin baş rollarından birini canlandıran kinorejissor, aktyor Elvin Əhmədov BiG.AZ-a açıqlama verib. Leytenant Ülvi Məmmədov obrazını canlandıran aktyor bütün obrazlarında olduğu kimi bu rolunun da öhdəsindən layiqincə gəlməyə çalışdığını bildirib:

"Leytenant Ülvi Məmmədov Lələ-Təpə torpaqlarını işğaldan azad edən kəşfiyyat qrupunun komandiridir. Bütün obrazlarımda olduğu kimi bu rolumun da yaxşı alınması üçün çalışdım. Ümid edirəm ki, yaxşı da alındı. Çəklişlərə mart ayının 4-də başlanıldı və 20 gün davam etdi. Filmdə çəkilən bütün hadisələr həqiqətən baş verib. Olmuş hadisələr əsasında çəkilib. Təkcə personajların adı fərqlidir. Təbii ki, zəhmətimizə dəyərli tamaşaçılar qiymət verəcək. Başda Aprel döyüşlərinin şəhidləri olmaqla bütün şəhidlərə olan borcumuzun bir hissəsini bu serial vasitəsilə ödəyə bilmək böyük fəxrdir".

"Olmuş hadisələr əsasında çəkilib" – Məşhur aktyor Aprel Döyüşlərindən bəhs edən filmdən DANIŞDIİTV-nin və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birgə layihəsi olan "4 gün" serialının çəkilişi ilə bağlı Aprel döyüşlərində iştirak etmiş bir çox hərbçilərlə söhbətlər aparılıb.

Serial 1 aprel saat 20:00 -da İctimai TV-də nümayiş olunacaq.

Qeyd edək ki, Aprel döyüşləri Dağlıq Qarabağda atəşkəs haqqında saziş(1994) imzalandıqdan sonra ən şiddətli döyüş kimi tarixə düşüb. Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş döyüşdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub.

Lamiyə Məmmədova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1936   Tarix: 01 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yağış nə vaxt dayanacaq? - Hava ilə bağlı vacib açıqlama

"Yaxın günlərdə dağlıq rayonlarına qar yağacaq". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Direktor bu gün Bakıda və Abşeron yarmadasında, eləcə də bölgələrdə yağıntılı hava şəraitinin davam edəcəyini vurğulayıb

11:37 1765
.

İsrailin hücumları nəticəsində Qəzzada 10 min insan yoxa çıxıb

İsrailin hücumları nəticəsində Qəzzada 10 min insan yoxa çıxıb. BİG.AZ xəbər verir ki, itkin düşənlərin dağıntılar altında qalıb. Digər tərəfdən, İsrailin Qəzzada hücumlarına məruz qalanların 72%-i qadın və uşaqlardır. Qəzzada hökumətin media ofisinin yaydığı açıqlamada İsrailin 210 gündür Qəzzaya dava

14:36 124
.

Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb

Ukrayna Prezidenti Volodimir Zelenskiyə və dövlətin yüksək hərbi-siyasi rəhbərliyinin bəzi nümayəndələrinə qarşı sui-qəsd hazırlayan agent şəbəkəsi ifşa edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Saxlanılanlar arasında V. Zelenskini

17:46 207
.

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Qeyd edək ki, bu il müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda olacaq. Xatırlada

10:20 278
.

Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI

Müharibə və qəzaları saymasaq, son illər Azərbaycanda kişilər fərqli səbəblərdən dünyasını dəyişirlər. Təsadüfi deyil ki, ölkədə uzunömürlü pensiyaçılar arasında da qadınlar üstünlük təşkil edirlər. Bəs kişilər niyə tez ölür?. Terapevt Sübhan Hacıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, nəinki Azərbaycanda

16:06 329
.

Bakıda oteldə zəhərlənərək ölən vəzifəli şəxslərlə bağlı QORXUNC İDDİA

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib. -a istinadla xəbər verir ki, oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. -ın əldə etdiyi məlumat

15:10 1057
.

"Ali Baş Komandan ərazi bütövlüyümüzü tam bərpa etməklə xalqı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi mənzərəyə qovuşdurdu"

"Azərbaycan Respublikası Qafqaz bölgəsinin yeni və dayanıqlı təhlükəsizlik sistemini yaratmaqla bərabər, Avrasiya məkanında etibarlı təhlükəsizlik mühitinin formalaşmasına əməli töhfələr verir, qlobal miqyasda təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılmasında öncül mövqe tutur və bu statusun

13:50 95
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

06.05.2024 291
.

Bakıda hoteldə zəhərlənmə: İki nəfər öldü - FOTO

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib. xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirili

14:00 566