İsraildə koronavirusla mübarizə aparan azərbaycanlı tibb bacısı: "Vəziyyət çox qəlizdir"

İsraildə koronavirusla mübarizə aparan azərbaycanlı tibb bacısı: "Vəziyyət çox qəlizdir"Koronavirusun bütün dünyaya meydan oxuduğu bir zamanda günün əsas qəhrəmanlarından biri tibb işçiləridir desək, yanılmarıq.

Gecə-gündüz bilmədən virusla mübarizə aparan səhiyyə işçiləri çalışırlar, itkilər maksimum az olsun və xəstəliyə qalib gələk.

Koronavirusla mübarizə aparan tibb işçiləri hazırda təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində işlərini sevərək davam etdirirlər.

Belə fəallardan biri də İsraildə yaşayan və gününün yarıdan çoxunu xəstəxanada heç bir təmənna güdmədən, könüllü olaraq təcili tibbi yardım maşınında keçirən Sara Mirzəyevadır.

BiG.AZ xəbər verir ki, gənc tibb bacısı Sara Mirzəyeva İsraildəki hazırkı vəziyyət və pandemiya ilə bağlı modern.az-ın suallarını cavablayıb:

- Sara, bildiyimiz qədəri ilə tibb bacısı kimi fəaliyyət göstərirsən. Neçə ildir, İsraildə çalışırsan?

- İsraildə Magen David Adomda təcili tibbi yardım mütəxəssisi kimi fəaliyyət göstərirəm. Artıq 5 ildir ki, könüllü olaraq bu işin içindəyəm. Son 2 ili xidməti borcumu yerinə yetirirəm və davam etməkdə qərarlıyam.

- İsraildə hazırkı vəziyyəti təsvir etməni istərdik...

- İsraildə bu gün diaqnoz qoyulanların sayı 4347-yə yüksəldi və daha 3 xəstənin ölümü ilə ölənlərin sayı 15-ə çatdı. 80 xəstənin vəziyyəti isə ağırdır.
Virusa yoluxanların və vəziyyəti ağır olanların arasında heç bir xəstəliyi olmayan 22 yaşlı bir gənc də var. Yəni xəstəliyin ağırlaşması üçün hansısa orqanda ciddi problemlərin olması mütləqdir deyə, bir şey yoxdur.

- Yəqin ki, əvvəlki vaxtlara nisbətdə indi sizə müraciət edənlər çox olur. Yəni daha çox hərəkətdə olursunuz, elədirmi?

- Bəli, əvvəlkinə nisbətdə indi vəziyyət daha qəlizdir. Günü-gündən xəstələrin sayı artdığına görə daha çox müraciət almalı, daha çox işləməli oluruq. Hər gün istirahət etmədən və ara vermədən iş başındayıq, həm də heç bir təmənna güdmədən. İş vaxtının qurtarmağına gəldikdə isə bizdə dəqiq qrafik indiki halda mümkün deyil.

Yəni normalda axşam 19:00-da işdən çıxmalıyam, amma təcili xəstə olarsa, onu xəstəxanaya çatdırmamış və rahat etməmiş evə qayıtmıram. Buna görə də bəzən evə gecə saatlarında gəlib çıxıram.

- Bakıda insanlar maska və spirt tapa bilmədiklərindən şikayətlənirlər. Bu çatışmazlığın bir çox ölkələrdə də olduğu deyilir. İsraildə bu barədə vəziyyət necədir?

- Hazırda anbarlarda qoruyucu vasitələrin çatışmazlığı yoxdur, dövlət mövcud durumun belə davam etməsi üçün çox çalışır. İnsanların maska və spirt tələbatına gəldikdə isə bu rəqəmlər, tələbat günü-gündən artır. Hazırda avadanlıqların, demək olar ki, hər növünə qlobal tədarükdən qat-qat böyük tələbat var.

Koronavirusa yoluxanların sayı artdıqca, biz gələcəkdə tibbi vasitələrin çatışmazlığı kimi qorxunu indidən yaşayırıq. Çünki maska, əlcək bu kimi virusdan qoruyucu vasitələr yetərli olmasa ölkənin halını, yaranacaq itkiləri düşünə bilmirik. Amma yenə də ümidimizi itirməməyə çalışırıq.

- Azərbaycanlıların kompakt şəkildə yaşadığı ölkələrdən biri də İsraildir. Sizə müraciət edən xəstələr arasında azərbaycanlılar olubmu?

- Virusa yoluxanlar arasında müxtəlif ölkələrin vətəndaşları var. Amma indiyədək azərbaycanlılar arasında virusa yoluxma kimi hal qeydə alınmayıb. Ümumilikdə isə burada müxtəlif xəstəliklərdən müalicə alan həmhyerlilərim yetərincədir.

- Koronavirusa yoluxan insanlarla ilkin təmasda siz olursunuz. Hansı şübhələrlə müraciət edirlər? Belə deyək, xəstəliyin birinci mərhələsində nə kimi problemlər olur?

- Demək olar ki, hamıda xəstəliyin ilkin simptomları eynidir. Yəni bizə müraciət edənlər qızdırma, öskürək, nəfəs çatışmazlığıdan şikayətlənirlər. Test vasitəsi ilə müəyyənləşdiririk ki, virus var ya yox.

- Bildirilir ki, xəstəliyə yoluxanlar arasında daha çox kişilər yer alır. İsraildə bu hal necədir? Kişilər daha çox yoluxur ya qadınlar?

- Təkamüllə qadınlar daha güclü bir immunitet sistemini inkişaf etdirir. Bunun səbəblərindən biri də qadınların uşaq sahibi olmağının vacibliyidir. Qadınların daxilində xarici bir cisim var, buna görə bədənin müdafiə sistemi baxımından daha güclü olmaları lazımdır. Kişilər, ümumiyyətlə, qadınlardan daha az sağlam həyat tərzi keçirirlər.

Qadınlarla müqayisə etsək görərik ki, kişilər qadınlara nisbətdə çox siqaret çəkirlər, içki içirlər və nəticədə onlarda daha çox qan təzyiqi, ürək xəstəliyi olur. Ona görə də pandemiyanın yayıldığı bir vaxtda kişilər daha çox təhlükədədir.

- İnsanların xəstəliyin son mərhələsində, yəni artıq can verərkən sizdən nə isə bir istəkləri olurmu?

- Həqiqətən də bu mənzərə çox acınacaqlıdır. Çünki qarşında biri canı ilə əlləşir, son nəfəsini verir, amma sən nə etsən də faydası olmur. Hətta xəstələr son mərhələdə belə sağalmağa böyük ümidli olur. Son nəfəsdə də "məni xilas edin, sağalmaq istəyirəm" kimi arzu ölmür...

- Virus səbəbi ilə dünyasını dəyişənlər necə dəfn edilir? Yəni İsraildə də dəfn mərasiminə heç kimi buraxmırlar?

- Yox, burada hələ ki elə bir qayda tətbiq olunmayıb. Dünyasını dəyişən şəxslərin dəfn prosesi yaxınlarının iştirakı ilə baş tuta bilər. Amma cənazə mərasiminə toplu halda yox, 10 nəfər olmaqla iki qrup şəklində, növbəli gəlmək olar.

- İsrail vətəndaşları karantin rejiminə necə əməl edir? Yəni evdə vaxt keçirməyə etiraz etmirlər ki?

- Bütün digər ölkələrdəki kimi, İsraildə də evə qapanmaq asan məsələ olmadı. Amma yerli əhali xəstəliyin fəsadlarını gördükdən sonra vəziyyətin ciddiliyini anlayaraq hazırkı rejimə alışmağa çalışır.

- Hər gün virusa yoluxmuş insanlarla təmasda olursunuz. Xəstəliyə yoluxma qorxunuz yoxdur? Yaxud da evdən belə işləməyinizə etiraz etmirlər ki?

- Açığı deyim ki, xəstəlikdən qorxum yoxdur. Çünki düşündükdə ki, xəstələrin mənə ehtiyacları var, xalqa xidmətimlə xeyir verə bilərəm, onda mənə xüsusi güc gəlir. Ümumiyyətlə, işim bu olduğu üçün qorxu haqqında düşünmürəm. Valideyinlərimə gəldikdə isə mənə görə çox narahatdırlar, yalnız etiraz etmirlər.

- Tibb işçisi və xəstəliyin içərisində olan biri kimi, virusu ciddiyə almayan insanlara nə demək istərdin?

- Elə adam var ki, "nə olar olsun, alnıma nə yazılıbsa, o da olacaq" deyərək bu cür ciddi məsələyə səhlənkar yanaşır. İnsan özünü sevməyə bilər, yalnız ailəsinə, sevdiklərinə görə, onları qorumaq üçün evdə qalmalı, Səhiyyə Nazirliyinin tələblərinə əməl etməlidir.

Tibb mütəxəssisi olaraq çox sevdiyim Azərbaycan xalqını səbirli, dözümlü tanıdıdığım üçün onları birliyə dəvət edərək "evdə qalın!" deyirəm. İnanıram və dua edirəm ki, dünyamız bu bəladan xilas ediləcək, koronavirus adlı müharibə sülhlə bərqərar olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2941   Tarix: 01 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826