Sumqayıtda dezinfeksiya tədbirlərindən narazılıq: İcra hakimiyyəti açıqlama verdi - VİDEO

Sumqayıtda dezinfeksiya tədbirlərindən narazılıq: İcra hakimiyyəti açıqlama verdi - VİDEOSumqayıt sakinləri şəhərdə aparılan dezinfeksiya tədbirlərindən narazıdır.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

Ölkə ərazisində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən dezinfeksiya tədbirlərinin daha da gücləndirilməsinə qərar verilib. Buna baxmayaraq, Sumqayıt şəhərində vəziyyət bir qədər başqadır.

Belə ki, vətəndaşlar mərkəz küçələr istisna olmaqla, şəhərin başqa istiqamətlərində dezinfeksiya işlərinin aparılmadığını iddia edirlər:

"Yalnız İcra Hakimiyyətinin qarşısı, Sülh prospekti və bəzi mərkəzi yollarda dezinfeksiya xidmətinin xüsusi geyimli əməkdaşları gözə dəyir. Onların da necə dezinfeksiya etdiyini görürsünüz. Həmin şəxslərin əllərində olan xüsusi qablarda heç bir məhlul yoxdur. Sdəcə, görüntü yaradırlar".

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

İcra Hakimiyyətindən Oxu.Az-a bildirdilər ki, şəhər daxilində həyata keçirilən dezinfeksiya işləri görüntü xarakterli deyil:

"Biz deyilənlərlə razı deyilik. Çünki bu iddialar dezinfeksiya işlərində gecə-gündüz çalışan əməkdaşlara qarşı haqsızlıq olardı. Xüsusi ayrılmış kommunal texnikalar hər gün dezinfeksiya işlərini həyata keçirir. Şəhərin mərkəzi hissəsindən başlayaraq, texnikalar vasitəsilə yollar yuyulur. Dünən də şəhərin əsas giriş yolu olan, uzunluğu 5 kilometrə yaxın Sülh prospekti hər iki istiqamətdə dezinfeksiyaedici məhlullarla yuyulub.

Yuyulma zamanı müxtəlif dezinfeksiyaedici məhlullardan istifadə olunur. Həm çiləmə, həm də xüsusi texnika vasitəsi ilə yollar dezinfeksiya olunur. Dezinfeksiya işləri hər gün sakinlərin gözü qarşısında aparılır. Onu da qeyd edim ki, Sumqayıt şəhərində həyata keçirilən işlər görüntü üçün deyil, əhalinin təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirilir. Ola bilsin ki, videonu lentə alan şəxs uzaq məsafədə olub. Xüsusi geyimli əməkdaşlar əsasən, səkilərdə çiləmə üsulu ilə dezinfeksiya işlərini həyata keçirirlər. Eyni zamanda, texnika vasitəsi ilə də xüsusi məhlulla yollar yuyulur".

İcra Hakimiyyətindən o da qeyd olunub ki, dezinfeksiya işləri yalnız mərkəzi küçələrdə deyil, şəhərin müxtəlif ərazilərində, binaların həyət və girişlərində də aparılır:

"Sumqayıt şəhərində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, qabaqlayıcı tədbirlər həyata keçirilir, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır.

Bununla yanaşı, mütəmadi olaraq yaşayış binalarının həyətlərində, blokların girişlərində, liftlərdə, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər həyata keçirilir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2234   Tarix: 31 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995