Şəhərə gələ bilməyənlərə kirayə haqqında güzəşt olunacaqmı?

Şəhərə gələ bilməyənlərə kirayə haqqında güzəşt olunacaqmı?Ölkə ərazisində koronavirus (COVID-19) təhlükəsinin qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən, xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması dayandırılıb.

Bu vəziyyət daha çox Bakı və Sumqayıt şəhərlərində kirayə mənzillərdə yaşayanları narahat edir. Hazırda həyata keçirilən tədbirlərlə əlaqədar bu şəxslər Bakı və Sumqayıta gələ bilmirlər. Mövcud vəziyyətlə bağlı şəhərlərə giriş-çıxışın qadağan olunmasının müddəti uzadılarsa, kirayə pulu məsələsində güzəşt olunacaqmı?

Vətəndaşları düşündürən suallardan biri də odur ki, bu istiqamətdə hər hansı bir tənzimlənmə mexanizmi olacaqmı? Əgər yardım olacaqsa, hansı meyarlar (ailə vəziyyəti, iş yeri, aylıq məvacib və s. - red.) əsas götürülməlidir?

Mövzu ilə əlaqədar bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Oxu.Az-ın suallarını cavablandırıb.

O bildirib ki, dövlət əvvəlcə bu mövzuda hansı şəxslərin köməyə ehtiyacının olduğunu dəqiqləşdirməlidir:

"Əksər hallarda kirayə qalan şəxslər ev sahibi ilə müqavilə bağlamır. Bunun da səbəbi həm icarəyə verən, həm də icarəçinin vergidən yayınmaq istəyidir. Bu baxımdan dövlətə bu məsələ ilə bağlı təklif vermək çətindir. Ciddi sual yaranır ki, dövlət kimə kömək etməlidir? Bəziləri bu məqamdan sui-istifadə edərək, Bakıda, Sumqayıtda, Abşeronda kirayədə yaşadıqlarını deyəcəklər. Bu məqamların tam aydın olması üçün siyahıya almaq prosesinə diqqət olunmalıdır. Çünki bu məsələdə dəqiqləşdirmə aparılması çətindir.

Qanuni əsasla götürsək, mənzili icarəyə verənlə rəsmi müqaviləsi olan şəxslərin vəziyyəti nəzərə alına bilər. Çünki bu şəxslər iradəsindən asılı olmayan səbəblərdən icarəyə götürdükləri sahəni istifadə edə bilmir.

Daha bir misal biznes sahəsindədir. Turizm sektorunda xidmət göstərən və çalışdığı obyekti icarəyə götürən şəxslər də çətinlik çəkir. Bu halda o sahibkarların icarə haqqını ödəyə bilməməsi ilə bağlı qanuni əsas var. Çünki həmin sektorda gəlir mənbəyi yoxdur".

Ə.Həsənov bu cür problemlə qarşılaşan şəxslərin, xüsusilə kirayə mənzillərdə yaşayan və mövcud səbəblərdən mənzildən istifadə edə bilməyənlərin dövlətə müraciət edə biləcəyini deyib:

"Dövlət yalnız şəhərdə kirayə mənzillərdə yaşayan şəxslərin zəruri əşyalarının onlara qaytarılması prosesində kömək edə bilər. Eyni zamanda, mənzili icarəyə verən şəxslər (əgər müqavilə yoxdursa - red,) icarəçilərdən kirayə pulu tələb edə bilməz. Paralel olaraq müqavilə olmadığı üçün dövlətdən də heç nə tələb edə bilmirlər.

Məsələyə daha geniş yanaşaq. Regionlardan Bakıya və digər şəhərlərə gələn şəxslər nə üçün kirayədə yaşayırlar? Burada müxtəlif sahələrdə çalışdıqları üçün. Nəzərə almaq lazımdır ki, insanların çoxu əmək müqaviləsi olmadan, yəni qeyri-rəsmi çalışırlar. Nazirlər Kabinetinin qərarında mövcud vəziyyətlə bağlı işə çıxa bilməyən şəxslərin (əmək müqaviləsi ilə çalışanlar - red.) aylıq məvaciblərinin ödəniləcəyi qeyd olunub".

Ekspert dövlətin heç bir gəlir yeri olmayan və həqiqətən də maddi köməyə ehtiyacı olan şəxslərə minimum əmək haqqı məbləğini keçməmək şərtilə yardım məsələsinin gözdən keçirilə biləcəyini deyib:

"Bu yanaşma bütün işsiz şəxslərə şamil edilmir. Nəzərə almaq lazımdır ki, işləməyən insanların bir qismi əlavə gəlir sahəsi olduğundan, işə ehtiyacı olmadığından çalışmır. Amma mövcud vəziyyətdə ölkə üzrə bütün sahələrdə problem yarandığından dövlət bütün işsiz şəxslərə müvəqqəti sosial yardım etməlidir. Gərək ehtiyacı olmayan şəxslər həmin yardımdan imtina etsinlər. Bununla da hazırda işsiz qalan və kirayə mənzillərinin, eləcə də digər ehtiyaclarını ödəməkdə çətinlik çəkən şəxslərə dəstək olmaq olar.

Təklif edilə bilər ki, ölkə üzrə qəbul edilən yaşayış minimumu məbləğində müvəqqəti sosial yardım nəzərdə tutulsun. Dövlət elan etsin ki, bir neçə ay ərzində işləməyən bütün şəxslərə aylıq müəyyən vəsait ayrıla bilər. Eyni zamanda, insanlara çağırış da etmək olar ki, ehtiyacı olmayan şəxslər həmin vəsaiti götürməsinlər. O zaman bu çətin vəziyyətdən müəyyən qədər çıxış yolları tapmaq olar.

Məsələn, yardımı o şəxslər götürməlidir ki, ailədə çalışan bir və ya bir neçə şəxsin aylıq gəliri minimum əməkhaqqından azdır. Bir ailədə kişinin və ya qadının aldığı məvacib minimum əməkhaqqından azdırsa, onlara yaşayış minumumu məbləğində sosial yardım göstərilməsi gözdən keçirilə bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1047   Tarix: 28 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 461
.

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələr

04.05.2024 163
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

04.05.2024 155
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 121
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 82
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 111
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 80
.

COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

04.05.2024 170
.

Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO

Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır. 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü ik

04.05.2024 177