İsrail evdə oturan əhaliyə ƏRZAQ PAYLAYIR - FOTO

İsrail evdə oturan əhaliyə ƏRZAQ PAYLAYIR - FOTO

Bir çox ölkələrdə olduğu kimi, İsraildə də dünyanı bürüyən COVİD-19 virusuna qarşı mübarizə çərçivəsində ciddi karantin tədbirləri aparılır.

BiG.AZ-ın ribalych.ru-ya istinadən verdiyi xəbərə görə, yeni qaydalara əsasən, mağaza və aptekə getmək üçün məhdud vaxt ayrılıb, evdən 100 metrdən çox məsafəyə getməyə icazə verilmir. Demək olar ki, heç bir nəqliyyat vasitəsi işləmir.

Lakin insanlara dövlət tərəfindən maddi dəstək göstərilir: xüsusi işçilər sakinləri rifahları və ehtiyacları barədə soraqlaşır, onlara "ərzaq səbətlər"i paylayırlar.

İsrail evdə oturan əhaliyə ƏRZAQ PAYLAYIR - FOTO

Hər səbətdə ən zəruri mallar - konserv, şirniyyat, şəkər, çörək, düyü, sirkə, ton balığı, kakao, kartof, yerkökü, sarımsaq, hətta şampun, sabun və tualet kağızı olur.

İsrail evdə oturan əhaliyə ƏRZAQ PAYLAYIR - FOTO

Qeyd edək ki, ölkə ərazisində 2495 nəfərdə koronavirus aşkarlanıb, 5 nəfər bu xəstəlikdən ölüb, 65 nəfər sağalıb.

Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 2032 Tarix: 26.03.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol