Ekspertlər: "Azərbaycan Ordusu ermənilərin istənilən təxribatının qarşısını almağa qadirdir"

Ekspertlər: "Azərbaycan Ordusu ermənilərin istənilən təxribatının qarşısını almağa qadirdir""Ermənistan hökuməti ölkə daxilində mövcud olan və getdikcə dərinləşən problemlərdən vətəndaşların diqqətini yayındırmağa çalışır".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O, Yerevanda hakimiyyət dəyişsə də siyasətin əvvəli kimi qaldığını deyərək yeni hökümətin də problemlərin həlli üçün heç nə etmədiyini bildirib:

"Üç milyonluq dövlətdə artıq 300-ə qədər koronavirusa yoluxma halı var. Ermənistan dövlətinin zəifliyi özünü virusla mübarizədə ciddi tədbirlər görməməkdə də göstərir. Bu baxımdan diqqəti yayındırmaq üçün cəbhə xəttində təxribatlara yol verirlər. Ermənistan vətəndaşlarının diqqətini Dağlıq Qarabağ məsələsinə bağlamağa çalışırlar. Yaddan çıxarıllar ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan üçün ümummilli məsələdir. Cənab Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Silahlı Qüvvələrimiz kifayət qədər güclənib. Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdikləri bütün təxribatlara layiqli cavab verilir. Təsadüfi deyil ki, gündəlik statistikada Ermənistan tərəfdən atəşkəs rejiminin 30 dəfəyə qədər pozulması barədə xəbər oxuyuruq. Vaxtaşırı cəbhə xəttinin müxtəlif mövqelərindən, o cümlədən Ermənistan Azərbaycan sərhəddində təxribat törədirlər. Hər dəfə də layiqli cavablarını alırlar. Düşmən iki gün əvvəl Goranboy istiqamətində təxribat törədib və layiqli cavabını alıb. Düşmən bir hərbi qulluqçusunun zərərsizləşdirilməsi Azərbaycan əsgərinin erməni provakasiyasına cavabıdır. Ermənistan bilməlidir ki, Azərbaycan Ordusu ermənilərin belə hərəkətlərinə həmişə cavab verməyə hazırdır".

Ekspertlər: "Azərbaycan Ordusu ermənilərin istənilən təxribatının qarşısını almağa qadirdir"Mövzuya münasibət bildirən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri, hərbi ekspert Əkrəm Bəydəmirli bildirib ki, ermənilər tarixboyu təxribatçı əməllərini davam etdiriblər:

"Tarixə nəzər salsaq görərik ki, ermənilər yaranmış fürsətdən hər zaman istifadə edib öz təxribatçı əmələrini həyata keçiriblər. İstənilən vəziyyətlərdə, bu toplum yalnız öz çirkin niyyətlərini həyata keçirmək üçün yararlanıb. Hazırda da dünyada koronavirusun yayıldığı məqamda dövlətlər, toplumlar bu problemin aradan qaldırılmasına çalışdığı zamanda ermənilər cəbhə bölgəsində təxribatlarından əl çəkmirlər. Ancaq Azərbaycan Ordusu bütün vəziyyətlərdə erməni təxribatının qarşısını almağa qadirdir. Biz ordumuza güvənirik. Ermənilər isə sivil qonşuluq prinsiplərindən, təəssüf ki, məhrumdurlar".

Ekspertlər: "Azərbaycan Ordusu ermənilərin istənilən təxribatının qarşısını almağa qadirdir"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 715   Tarix: 25 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu

İstanbul aeroportu Avropanın ən işlək hava limanı olub. Bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının ("Eurocontrol") 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatında bildirilib. Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1424 uçuş həyat

28.04.2024 236
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28.04.2024 244
.

Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI - VİDEO

Aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşının başına iş gəlib. xəbər verir ki, bu barədə Xatirə öz sosial şəbəkə hesabında paylaşdığı bildirib. "Bəli, mənim həyat yoldaşım siqaretlə alnımı yandırdı" - deyə o bildirib. Xatırladaq ki, cütlüyün iki övladı var

11:37 275
.

Aytən Səfərova evə buraxılıb

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb. -ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35"

10:58 311
.

Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?

"Üçüncü toydur, amma ümumiyyətlə, az adam çağırmadım. Məclisimdə özümə, qəlbimə, sənətimə yaxın adamlar çağırıram. Alim Qasımov xanımı ilə gəlin və bəydən də əvvəl gəlmişdi. Alim məndən əvvəl atamla, qardaşımla dost olub". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubov

10:23 509
.

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilə

09:58 275
.

Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı

Ulan-Udedə itkin düşənlər siyahısında olan dörd yaşlı uşağın meyiti tapılıb. Onun meyiti yaşadığı evin əlavə qarajında, paltaryuyan maşında gizlədilib. Körpənin ailəsi şübhə altına düşüb. Qeyd olunur ki, uşağın itməsi ötən gecə məlum olub. Polis və könüllülər onun axtarışına çıxıblar. Nəticədə oğlanı

28.04.2024 590
.

BMT: "Altı ayda Qəzzada 13 min uşaq ölüb"

BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb. O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir. "Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir

28.04.2024 173
.

KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır

İsrail, Fələstinin radikal HƏMAS hərəkatı ilə razılaşmalar üçün yeni təklifində Qəzza zolağında vəziyyətin davamlı nizamlanmasına hazır olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb. İsrail HƏMAS-ın saxladığı girovların aza

28.04.2024 205