Bu ölkədə vizasız qalan azərbaycanlılara müraciət edildi

Bu ölkədə vizasız qalan azərbaycanlılara müraciət edildiAzərbaycanın Almaniyadakı səfirliyi bu ölkədə vizasız qalan şəxslərə müraciət edib.

Məlumatda bildirilir ki, yaşayış icazəsi, yaxud milli vizanın ("D" vizası) müddəti bitən, eləcə də Almaniyada vizasız qalan üçüncü ölkələrin vətəndaşları (məsələn, azərbaycanlılar - red.) yaşayış icazələrinin/vizaların müddəti başa çatmadan əvvəl miqrasiya idarəsinə şəxsi görüş təyin etmədən yaşayış icazəsinin uzadılması üçün müraciət edə bilərlər.

Qeyd edilib ki, həmin idarələrin qərarı olana qədər yaşayış icazələri/vizaları etibarlı sayılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 994   Tarix: 25 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş