Neft Daşlarında çalışanların DİQQƏTİNƏ - Əmək haqqı ARTIRILACAQ

Neft Daşlarında çalışanların DİQQƏTİNƏ - Əmək haqqı ARTIRILACAQ"Qadağalar qüvvəyə minənə qədər Neft Daşlarında olan işçilər aprelin 20-dək növbədə qalacaq və onların əmək haqları artırılacaq".

BiG.AZ xəbər verir ki, bunu İTV-də yayımlanan "Diqqət Mərkəzi" verilişində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

"Anlaşma əldə olunub ki, əməkhaqları artırılma şərti ilə qadağalar qüvvəyə minəndən Neft Daşlarında növbədə olanların növbə müddəti uzadılır. Növbə dəyişməyəcək və onlar aprelin 20-dək orada qalıb işləməyə razılıq veriblər.

Neftçilərə minnətdar olmalıyıq, bu, bir fədakarlıq, qəhrəmanlıqdır ki, həm öz ailələrini, iş yoldaşlarını yoluxma təhlükəsi altına qoymamaq üçün onlar öz növbə vaxtlarını uzatmağa razılaşıblar. Bu da vətəndaşların anlaşıqlı münasibətinin və milli həmrəyliyinin nümunələrindən biridir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5182   Tarix: 24 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Ustalar.az ustalar sayti