İzolyasiya qaydalarını pozan obyektlərin fəaliyyəti dayandırıldı - RƏSMİ

İzolyasiya qaydalarını pozan obyektlərin fəaliyyəti dayandırıldı - RƏSMİMəlum olduğu kimi, koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il 14 mart tarixdən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilir. Konkret olaraq, bir ay müddətində kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb, restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilib, eləcə də həmin vaxtdan sonra klub və barların fəaliyyətinə qadağa qoyulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, tətbiq olunan məhdudiyyətlər vətəndaşlar tərəfindən bütövlükdə anlayışla qarşılanır, dövlətin həyata keçirdiyi əlaqədar tədbirlər dəstəklənir.

Lakin respublikanın bəzi şəhər və rayonlarında ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozub saat 21:00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstəriblər. Həyata keçirilmiş nəzarət tədbirləri ilə həmin obyektlərin fəaliyyəti dayandırılıb, onların sahiblərinə bu məkanlar üçün müəyyən edilmiş qaydalara əməl olunmasının vacibliyi izah edilib.

Vətəndaşlardan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət etmələri, bütün tövsiyə, təklif və qərarlarının qeyd-şərtsiz icrası tələb olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2318   Tarix: 15 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda qadınların pensiya yaşı 57-yə ENDİRİLİR? - AÇIQLAMA

Bu gün ölkələrdə pensiya yaşı ölkəyə və qanunvericiliyə görə dəyişməkdə davam edir. Təqaüd yaşındakı dəyişikliklər əhalinin qocalmasına və doğum nisbətinədə öz təsirini göstərir. Bu gün Azərbaycanda qadınların pensiya yaşı 63 yaş 6 aydır. Ölkədə doğumun kəskin şəkildə azalması, boşanmaların artımı əhalini

12:04 6268
.

6-cı sinifdə məktəbdən çıxarılan qız 17 yaşında nişanlandı

Xaçmaz rayonunda erkən nikahın qeydə alınması ilə bağlı məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisənin rayonun Qusarçay kəndində qeydə alındığı bildirilir. Məlumatda bir neçə ildir məktəbdən yayınan 17 yaşlı qızın 37 yaşlı oğlanla toyunun olduğu qeyd olunur. Xaçmaz rayonunun Arif Məmmədo

10:23 677
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 251
.

Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub

"Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub". "Report" xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib. Onun sözlərinə görə, ölkənin enerji sistemi külək və Günəş Enerjisi Generatorları tərəfindən dəstəklənir:. "Yaz və yayd

05.05.2024 244
.

"ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir" - Politoloq

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib. Politoloq Turan Rzayev -a bildirib ki, ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir. Bu, tarixən də belə olub. İstə

16:37 176
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:

05.05.2024 239
.

Britaniyalı aktyor Bernard Hill öldü

"Üzüklərin Lord"unda Kral Teoden, "Titanik"də kapitan Edvard Smit kimi rolları ilə tanınan britaniyalı aktyor Bernard Hill vəfat edib. Hillin agenti Lou Koulson aktyorun bu gün səhər vəfat etdiyini bildirib. 1944-cü ildə Mançesterdə anadan olan Hill "Titanik" filmində gəmini

11:58 120
.

İtaliyada tələbələr Fələstinə dəstək üçün çadır qurdular

İtaliyada tələbələr Fələstinə dəstək və həmrəylik məqsədi ilə Bolonya Universitetinin rektorluq binası qarşısında çadırlar qurublar. BİG.AZ xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. Məlumata görə, İsrailin Qəzzada, xüsusilə ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrinin kampuslarında mülk

15:00 110
.

Çexiya Nazirlər Kabineti Rusiyadakı səfirini rəsmən geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb. "Report" xəbər verir ki, bu barədə "CTK" agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazirlik agentliyin müvafiq sualın

05.05.2024 238