Ekspert: "Azəriqaz"dakı struktur islahatları, ilk növbədə, çevik idarəetməni təmin etməlidir"
"Azəriqaz" İstehsalat Birliyində struktur islahatları çərçivəsində idarəçiliyin təmərküzləşməsi istiqamətində iş aparılır. Son olaraq Bakı Regional Qazın Satışı Departamenti, Bakı Regional Qaz Ölçü Qurğularına Xidmət Departamenti və Qaz Kəmərlərinə və Cihazlarına Texniki Xidmət sahəsi birləşdirilməklə onların bazasında Bakı Regional Qazın Satışı Depatamenti yenidən formalaşdırılıb.
Bu barədə açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, qurumda gedən struktur islahatlarının ilk hədəfi çevik və keyfiyyətli idarəetmə sistemi formalaşdırmaqdan ibarət olmalıdır:
"Məlum olduğu kimi "Azəriqaz" İB 2009-cu ildə struktur islahatları çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) birləşdirildi. Bundan sonra qurumda xeyli işlər görüldü. Bura ilk olaraq ölkə ərazisində qazlaşdırmanın 96%-ə çatdırılmasını qeyd edə bilərik. Hətta sovet dövründə qazın bol vaxtında belə bir infrastruktur Azərbaycanda olmayıb. Bəlli məsələdir ki, sərbəst fəaliyyət göstərən qurum kimi ölkə başçısının göstərişini rəhbər tutaraq "Azərqaz"ın bu hədəfə çatması bir xeyli çətin olardı. Burada SOCAR-ın maddi və inzibati dəstəyinin böyük rolu olub.
Ümumiyyətlə, bu və ya digər qurumun strukturunda xidmət səviyyəsini qaldırmaq, keyfiyyət göstəricilərini və səmərəliliyi artırmaq istəyirsənsə, ilk növbədə, keyfiyyətli idarəetməni təşkil etməlisən. Belə ki, sərəncamında nə qədər vəsait və imkanlar olursa-olsun effektiv idarəetmə sistemi olmadıqca yuxarıda qeyd edilənləri təmin etmək mümkünsüzdür. "Azəriqaz" bu gün 2,3 milyon abonentə xidmət göstərir ki, bunların da mütləq əksəriyyəti əhali qrupuna aiddir. Göstərdiyi xidmət bu qədər geniş istehlakçı qrupunu əhatə edən bir qurumda idarəetmə ən yüksək səviyyədə təşkil edilməlidir. Qeyd olunan struktur islahatları ilk öncə "Azəriqaz"da çevik və keyfiyyətli idarəetmə sistemi formalaşdırmalıdır. Bu daha keyfiyyətli xidmət göstərməyə imkan verməklə müştəri məmnunluğu və rahatlığını təmin edəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 761 Tarix: 02 mart 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Tayvana 11,1 milyard dollarlıq silah paketi təsdiqlədi - bu, indiyə qədər ən böyük paketdir
ABŞ çərşənbə günü Tayvana 11,1 milyard dollarlıq silah satışını təsdiqləyib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, Çinin artan hərbi təzyiqi altında olan ada üçün ABŞ-ın indiyə qədər ən böyük silah paketidir. Tayvanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, təklif olunan silah satışın
11:14 156 Süni intellektli çatbot qətldə ittiham olunur
ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta
10:53 163 "Qala Sığorta" yanan BMW-yə sığorta ödəməyəcək: "Sürücü tamaşa edib..."
Bu ilin iyul ayında Goranboy rayonu, Qazanbulaq qəsəbəsində 77-LC-074 dövlət nömrə nişanlı "BMW 535i" markalı avtomobilin yanmasına görə "Qala Sığorta" Açıq Səhimdar Cəmiyyəti (ASC) sığorta ödənişi etməyəcək. Qaynarinfo-nun məlumatına görə, bu barədə məhkəmə qərar verib. 1995-ci təvəllüdl
17:26 83 Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi
Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira
11:05 222 Müəllimin sinif otağında ölməsinin təfərrüatı... (VİDEO)
Xəbər verdiyimiz kimi, Qaradağ rayon, Korgöz qəsəbəsində 29 ildir ibtidai sinif müəllimi işləyən Sevda Həsənova dünən elə dərs dediyi sinif otağında vəfat edib. Sevda müəllimi illərdir dərsə qayınatası aparıb gətirib, elə hadisə baş verən gün də səhər məktəbə sağ-salamat apardığı gəlininin ölüm xəbərin
10:11 336 Yeni il hədiyyələri alarkən diqqətli olun!
Uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulları
16:51 96 Rusiyanın həqiqətəndə Ukraynadan sonrakı hədəfi Avropadır? - POLİTOLOQDAN AÇIQLAMA
Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Avropada təhlükəsizliklə bağlı ən qaranlıq ssenariləri gündəmə gətirib. Yaşlı Avropa liderləri və aparıcı Qərb paytaxtları artıq uzun müddətdir eyni fikri təkrarlayır: Rusiyanın Ukraynadan sonrakı hədəfi Avropadır. Almaniya və Böyük Britaniya rəhbərliyi dəfələrl
10:42 280 Qida təhlükəsizliyi pozuntularına görə cərimələr
"İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyinin pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır". Bunu BİG.AZ-a açıqlamasında vəkil Turan Abdullazadə bildirib. O, qeyd edib ki, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalar, restoranlar, kafelər, barlar və s.) əhalini
14:34 149 "Hazırda "bomj" kimi bir həyat yaşayıram..."
"Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq. Bəlkə də. Bilmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov -a müsahibəsində deyib. Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmamas
17:20 101