Hər kəsi rahat buraxın

Hər kəsi rahat buraxınƏtrafınızdakı hər kəsi rahat buraxın, hətta özünüzü də… və görəcəksiniz ki, sizdə hər şey alınacaq.

Biz hamını öz qaydalarımızın və gözləntilərimizin çərçivəsinə salmaq istəyirik.

Başqalarına nələrisə isbat etməyə çalışırıq.

Biz təlaş keçiririk, müqayisələr edirik, başqalarının uğurları üçün narahatlıq keçiririk, geridə qalmaqdan qorxur və başqaları ilə yarışırıq.

Nəticə etibarı ilə, biz öz həyatımız boyu dincəlmədən həm özümüzü, həm də ətrafımızda olanları təlaşlarımız ilə narahat edir, özümüzə yer tapa bilmirik. Əslinə baxanda isə hər şey daha rahat və sadədir.

Həyatda hər kəs nə qədər istəyirsə və nəyi bacarırsa bizimlə paylaşır… Bundan narazı qalmaq lazım deyil, çünki biz də ətrafımıza bacardığımız və istədiyimiz qədər veririk…

Əgər kimsə daha çoxunu edə bilərsə, onu buna məcbur etməyi düşünmək ağılsızlıq olar. Çünki, səmimi şəkildə edilməyən hər şey hər zaman süni olaraq qalacaq.

Bizim bir çıxış yolumuz var – razılaşmaq, ya da ki, etiraz etmək. Dostlar, hamının belə seçimi mövcuddur…

Bir çoxunun qulağına pıçıldamaq istərdim ki; ömür boyu öz çatızmazlıqlarını axtarmasınlar, özlərini başqaları ilə müqayisə etməsinlər. Keçmişlə yaşamasınlar, ya da ki, gələcəyə tələsməsinlər. Keçmiş səhvlərinə görə özlərini qınayaraq mükəmməliyə can atmasınlar…

Övladlarınızı rahat buraxın…

Onların xoşbəxtliyi üçün onlara nələrin lazım olduğunu sanki daha yaxşı bildiyinizi düşünməyə son verin.

Onların yaxşı yaşamağı xatirinə yaşadığınızı düşünməyin…

Öz əmrlərinizə uyğunlaşdıraraq onları əhilləşdirməyə və sadəcə sizə qulaq asdıqları üçün mükafatlandırmağa çalışmayın.

Onlar üçün mübahisəolunmaz maneələr yaratmağa son qoyun, beləliklə onların özlərinin düşünmə bacarığı kimi yaxşı vərdişlərini əllərindən almış olarsınız.

Onları öz ambisiyalarınızla yükləməyin, öz keçmiş uğursuzluqlarınızın yerini onlara lazım olmayacaq hansısa uğurlarla doldurmağa çalışmayın.

Onların hər zaman sizin gözləntilərinizə cavab verməli olduqlarını düşünməyin.

Hər kəsi rahat buraxınSevdiyiniz insanları rahat buraxın…

Onlar sadəcə sizi sevirlər… Siz də cavab olaraq onları sadəcə sevin – onlara xas olmayan gözləntilərinizi tələb etmədən, yəni təmənnasız SEVİN…

Öz arzu və istəklərinizi heç zaman birdən tələb etməyin.

Onları tərbiyə etməyə və yenidən tərbiyələndirməyə çalışmayın.

Onlardan sonsuz sevgi etirafları tələb etməyin.

Onları nəzarət altına almağa çalışmaqla və pataloji qısqanclıqla alçaltmayın.

Onların özləri üzərindəki hüquqlarına və onlara aid şəxsi əraziyə müdaxilə etməyin.

Onların sahibinə çevrilməyin.

Tənqid və yersiz tələblərlə onları təngə gətirməyin.

Dünyanı sakit buraxın – öz xüsusi vacibliyinizi tələb etməyərək, onun bir hissəsi olaraq qalın.

Ondan sadəcə zövq alın.

Öz payınıza düşən işi görməyə çalışın.

Gücünüzün çatdığı qədər yaradın.

Həyatın axarını olduğu kimi qəbul edin.

Sadəcə, YAŞAYIN…

Bir daha xatırladım:

Özünüzü rahat buraxın!

Özünüzü rahat buraxın!

Özünüzlə harmoniyaya can atın – başqaları üzərində mütləq hakimiyyətə deyil…

Səhərləri şən əhval- ruhiyyə ilə yuxudan oyanmağa çalışın.

İnsanlarda yalnız yaxşıları görməyi öyrənin və yaxşı tərəfləri barədə onlar təqdir edin.

Siz onlara deməsəniz də, çatışmazlıqlarını özləri bilirlər.

Kimisə öz əsarətiniz altına almadan sevməyi öyrənin – azad və geniş ürəklə, boğucu və qısqanclıq olmadan…

Hər bir səvyyədə təmizlik içərisində – düşüncələrdən tutmuş silinmiş pəncərələrə qədər – yaşamağa çalışın.

Hər zaman bir iş görmədən əvvəl yenidən düşünməyi öyrənin; avtomatik şəkildə, kütlələri idarə etmək üçün nəzərdə tutulan şablonları deyil, hər bir fərd üçün nəzərdə tutulan individual yanaşmaları tətbiq etməyi bacarın.

Sevdiyiniz insanlara inamlı olmağı öyrənin və görəcəksiniz ki, nəzarət ilə alçaldılmayan insan necə minnətdar ola bilər.

Hər kəsi rahat buraxınTəbiətə inanın – bu, planetdə mövcud olan yeganə yüksək gücdür…

Möcüzə görmək istəyirsiniz? Torpağa bir buğda əkin.

Təbii gözəllik istəyirsiniz? Baxın görün hər fəsildə hansı dekorasiyalarla əhatə olunuruq…

Güc istəsəyirsiniz? Təbiətə güvənərək və onun yaratdığı vücudu olduğu kimi sevərək alacaqsınız bu gücü.

Yox, dostlar, sadalananlar əsla tövsiyyə deyil…

Bunlar illərin müşahidəsidir…

O şeylərin müşahidəsi ki, bir çox hallarda bədbəxtliyin səbəbi olurlar.

Əsas olan bax budur – özümüzü və ətrafımızdakıları xroniki olaraq rahat buraxa bilməmə bacarığı…

Sakitləşməyə çalışmaq lazımdır.

coaching.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1294   Tarix: 02 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055