ABŞ-la "Taliban" arasında sülh sazişi imzalanıb

ABŞ-la "Taliban" arasında sülh sazişi imzalanıbABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və "Taliban" liderinin müavini, Qətərin siyasi nümayəndəliyinin rəhbəri Abdullah Qəni Baradar ABŞ və "Taliban" arasında sülh sazişini imzalayıblar.

TASS-ın verdiyi məlumata görə, imzalanma mərasimi şənbə günü Dohada baş tutub.

Sənədi imzaladıqdan sonra Xəlilzad və Baradar bir birinin əllərini sıxıb.

ABŞ dövlət katibi Maykl Pompeo "Taliban"ı Əl-Qaidə terror qruplaşması ilə əlaqələrini kəsmək vədini yerinə yetirməyə çağırıb: ""Taliban"ın hansı addımları sazişi uğurlu edəcək? Əvvəla, sözlərinizi yerinə yetirin, Əl-Qaidə və digər terrorçularla əlaqəni kəsin. "İslam Dövləti" terror qruplaşmasına qarşı mübarizəni dəstəkləyin".(apa)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 580   Tarix: 29 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş