Təhsil Nazirliyindən sinifdə rəqs edən müəllimlə bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən sinifdə rəqs edən müəllimlə bağlı AÇIQLAMAAzərbaycanın orta məktəblərinin birində müəllimin sinifdə "Məsti Xumar" mahnısına rəqs etməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən araşdırma aparılacaq.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Publika.az-a bildirib ki, hələ ki, sosial şəbəkələrdə yayılan görüntülərin hansı rayonda və təhsil müəssisəsində çəkildiyi məlum deyil.

O bildirib ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, sosial şəbəkədə qadın müəllimin sinifdə "Məsti Xumar" mahnısına rəqs etdiyi görüntüləri yayılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7085   Tarix: 29 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş