Bakıda taksi sürücüsünə və aptekdə satıcıya qarşı soyğunçuluq edən şəxslər saxlanıldı
Nəsimi rayonunda taksi sürücüsünə və aptekdə satıcıya qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Nəsimi Rayon Pois İdarəsinin (RPİ) əməkdaşları tərəfindən paytaxt ərazisində soyğunçuluqla məşğul olan şəxslər tutulublar.
Məlumata görə, paytaxt sakini Rahil Əliyev polisə şikayət edərək bildirib ki, idarə etdiyi "VAZ 21012" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman nəqliyyat vasitəsinə müştəri kimi əyləşən naməlum şəxs onu qorxudaraq 100 manat dəyərindəki "Samsung" markalı mobil telefonunu və 25 manat nağd pulunu əlindən alıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Elvin Əliyev saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib.
Nəsimi RPİ-nin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Tbilisi prospekti 13 ünvanında yerləşən aptekin kassasından soyğunçuluq yolu ilə 2 000 manat oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakini Vüsal Hüseynov tutularaq istintaqa təqdim edilib.
Qeyd edək ki, hadisə zamanı V.Hüseynov aptekə daxil olaraq satıcıdan əvvəlcə müxtəlif növ dərman vasitələri istəyib. Bundan sonra o, satıcının başının qarışıq olmasından istifadə edərək kassadakı pulu ələ keçirib. Araşdırma zamanı V.Hüseynov paytaxtın digər ərazilərində də eyni üsulla bir neçə aptekdən oğurluq etdiyi məlum olub.
Qeyd edilən faktlarla bağlı hər iki şəxs barəsində Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Elvin Əliyev və Vüsal Hüseynovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 575 Tarix: 27 fevral 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşRusiyadakı Slavyansk neftayırma zavodu dronların hücumundan sonra fəaliyyətini dayandırıb
Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk Neftayırma Zavodu ("Slavyansk EKO" MMC) ötən gecəki dron hücumundan sonra fəaliyyətini dayandırıb. "Report" xəbər verir ki, bu barədə "Slavyansk EKO" şirkətlər qrupunun kompleks təhlükəsizlik üzrə direktoru Eduard Trudne
17:40 157 Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
Ukrayna Prezidenti Volodimir Zelenski hərbi xidmətə göndərilmə üzrə müqavilə bağlanması yolu ilə məhkumların şərti azadlığa buraxılması haqqında qanun imzalayıb. Bu barədə qanun layihəsinin sənədində bildirilib. Qeyd edək ki, bir gün əvvəl ədliyyə nazirinin müavini Yelena Vısotskayanın bəyanatına görə
14:20 213 İranda 250-dən çox satanist həbs edilib
İranda 250-dən çox satanist həbs edilib. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib. IRNA-nın xəbərinə görə, FƏRACA (İran hökumətinin Hüquq-Mühafizə Qüvvələrinin Komandanlığı) polisi Tehran əyalətinin Şəhriyar qəsəbəsində satanist şəbəkə üzvlərinin həbs olunduğunu açıqlayıb
17:30 169 İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "X"dək
20:17 362 Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ
Türkiyənin Aksaray şəhərində M. Musa sevgilisi K. Ümmühan ilə evinə əşyalarını götürmək üçün getdiyi zaman həyat yoldaşı ilə mübahisə edib. Türkiyə mediasına istinadən xəbər verir ki, ərinin sevgilisi ilə evə gəldiyini görən qadın eyni məhəllədə yaşayan qardaşlarını çağırıb. Hadisə nəticəsində M. Mus
15:10 319 Prezident: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq
İndi Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Biz bu prosesin ilkin müsbət nəticələrini görürük. "Report" xəbər verir ki, bu barədə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağını
14:14 185 Gəncədə velosiped oğruları saxlanıldı
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisində bir neçə vətəndaşa məxsus velosipedi oğurlamaqda şübhəli bilinən 2007-ci il təvəllüdü K.Qasımov və həmyaşıdı C.Zülfüqarov saxlanılıb. xəbər verir ki, araşdırmalar zamanı K.Qasımovun daha bir cinayə
18:10 135 Aygün Kazımova saatlarla ASILI QALDI - VİDEO
Xalq artisti Aygün Kazımova türkiyəli müğənni-bəstəkar Genco Ecerlə duet şəklində oxuduğu "Maşallah" klipindən kadrarxası görüntüləri paylaşıb. xəbər verir ki, ifaçı ekran işində yaratdığı ən maraqlı və çətin obrazının hazırlıq məqamlarını yayımlayıb. Obrazı yaratmaq üçün uzun hörüklərdən istifad
14:06 1619 İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
Fəxr edirəm ki, missiyamın son günündə ölkənin ən böyük sərhəd layihəsi istifadəyə verilib. "Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi sosial şəbəkədə yazıb. "Fəxr edirəm ki, missiyamın son günü ölkənin ən böyük sərhəd layihəsi və su diplomatiyasında uğurl
19:10 151