Miri Yusif "Crystal Hall"da konsert verəcək

Miri Yusif "Crystal Hall"da konsert verəcəkAzərbaycanın Xalq artisti Miri Yusif solo konsertə hazırlaşır.
BiG.AZ xəbər verir ki, müğənni yeni solo konsertinin tarixini instaqram səhifəsində elan edib. "

"Konsert 2020-ci il mayın 24-də olacaq. İndi isə diqqət…Həmin solo konserti ölkənin ən böyük və nüfuzlu səhnəsində - "Baku Crystal Hall"da baş tutacaq".

Şou-biznes sahəsində səriştəli insanlar dərhal bildirdilər: bunun belə olacağı tamamilə gözlənilən hal idi, axı müğənni Miri Yusif dinləyicilərin hədsiz sevgisini qazanıb. O, əvvəlki illərdə də Azərbaycan paytaxtının böyük zallarında dörd günlük solo konsertləri ilə çıxış edib. Miri Yusif bizim səhnəmizdə ən çox tələbat olan ifaçı, 2010-cu illərin əsas ulduzudur.
Miri Yusif şou-biznes aləminə 2010-cu ildə solo müğənnisi kimi qayıtdı. Bu qayıdış o vaxt qəbul edildiyi kimi mərkəzi girişdən – televiziya və radio vasitəsilə deyil, "gizli qapı"dan – YouTube və sosial şəbəkələr vasitəsilə baş tutdu. Əgər xatırlayırsınızsa, bundan əvvəl, 90-cı illərdə Miri Yusif "Dəyirman" qrupunun solisti idi.

Onun uğuru şou-biznes aləmində yeni dövrün başlanması haqqında bir növ siqnal oldu: tamaşaçı yeni qəhrəmanı istəyirdi. O göstərdi ki, televiziyada və radioda məxsusi piar kampaniyası keçirmədən də ulduza çevrilmək olar. Bu gün Miri Yusif Azərbaycanın Xalq artistidir və bu da görünməmiş hadisədir: ona "Əməkdar artist" adı veriləndən çəmi bir il sonra müğənni "Xalq artisti" rütbəsinə layiq görüldü!
"SS Production" şirkətinin təşkilati dəstəyi ilə baş tutacaq yeni konsert proqramı Miri Yusifin solo karyerasının 10-illiyinə həsr edilmişdir. Bu illər ərzində artist bir-birindən uğurlu altı albom buraxıb. Həmin albomlara daxil edilmiş mahnıların hər biri hitə çevrilib. Bu kompozisiyaları məhz belə xarakterizə etmək olar, çünki bu gün artistin yaradıcılığını onlarsız təsəvvür etmək mümkün deyil.
Qarşıdakı konsertin Təşkilat Komitəsi artistin növbəti şousunun bütün detallarını vaxtından əvvəl açıqlamaq istəmir, amma 100 faiz əminliklə demək olar ki, bu, möhtəşəm şou olacaq. Məlumdur ki, həmin konsert proqramının əsasını Miri Yusifin son on ildəki coşqun fəaliyyəti dövründə ifa etdiyi bütün ən yaxşı mahnılar təşkil edəcək. Tamaşaçıları çoxlu sürprizlər gözləyir: parlaq xüsusi effektlər, gözəl dekorasiyalar, möhtəşəm installyasiyalar, işıq və lazer şousu, sevimli hitlər, artistin canlı ifası və inanılmaz energetikası!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 837   Tarix: 27 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Aysun İsmayılova: "İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın" - VİDEO

"İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın". Bu sözləri ATV-nin efirində yayımlanan verilişlərdən birində müğənni Aysun İsmayılova deyib. O, həyat yoldaşının musiqi zövqünün onun tərzi ilə üst-üstə düşmədiyini deyib. "Həyat yoldaşımın dinlədiyi musiqilər ta

24.04.2024 1123
.

Mələkxanım Eyubovanın yeni DƏBDƏBƏLİ VİLLASI - VİDEO

Xalq artisti Mələkxanım Eyubova dəbdəbəli villasını efirdə nümayiş etdirib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, sənətçinin Şağanda yerləşən yeni evində "Evdəkilərə salam" proqramı çəkiliş edib. Həmin görüntüləri təqdim edirik:

28.04.2024 1068
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntülərini yayımlayıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 3972
.

Kıvanç Tatlıtuğun oğlu ilə yeni fotoları

Aktyor Kıvanç Tatlıtuğun oğlu Kurt Efe ilə şəkilləri yayılıb. xəbər verir ki, aktyor şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer cütlüyünün oğlu 2 yaşındadır

20:30 128
.

"Mənə görə nə qədər insan pul qazanır"

"Çox zaman insanlar biz sənətçilərin pərdəarxasında olan həyatımızı görmürlər. Bizim gördüyümüz iş çox əziyyətlidir. Qaça-qovdayıq. Fatiməni tanıyanlar bilirlər ki, dayanmadan çalışır, fikirləşir və yeniliklər axtarır". Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Günaydın

27.04.2024 453
.

"Yaprak Dökümü"nün Ferhundesi ana olmaq istəyir

Aktrisa Deniz Çakır ana olmaq istədiyi deyib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Uşaq istəyirəm. Yaxşı ana olacağıma əminəm. Elə bir uşaq doğaram ki, bəlkə bütün dünyanı dəyişdirər hissi mənə motivasiya verir. Bu ölkəyə bir qız uşağı yetişdirmək istəyirəm" ,- deyə o bildirib

16:27 592
.

60 yaşında gözəllik müsabiqəsinin qalibi oldu, tarixə düşdü

60 yaşlı jurnalist və hüquqşünas Aleksandra Marisa Rodriges "Miss Argentina" müsabiqəsində Buenos-Ayres əyalətini təmsil edib. Axşam.az xəbər verir ki, ölkənin ən gözəl qızı adı uğrunda mübarizə aparmaq üçün Rodriges öz bölgəsində 34 digər namizədi geridə qoyub. Beləliklə, Rodriqes "Kaina

28.04.2024 654
.

İkinci övladı oldu

Bir vaxtlar məşhur olan "Hepsi" qrupunun keçmiş solisti Cemre Kemerin ikinci övladı olub. Axşam.az xəbər verir ki, bu barədə ifaçı özü paylaşım edib. O, ailəsi ilə olan fotosuna "Kerim, 22.04.2024" qısa şərhini yazıb. Qeyd edək ki, Cemre Emir Medina ilə ailəlidir. Cütlüyün 1 qız

28.04.2024 347
.

Günaydan sevgilisi ilə bağlı paylaşım - Video

Müğənni Günay İbrahimli paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sevgilisi ilə avtomobildən video yayımlayıb. Videoda sevfilisinin Günaya gül alması əks olunub. İfaçı onun üzünü göstərməməyə çalışıb

10:36 720