Ekspert Azərbaycan hərbçilərinin İrana səfərini şərh etdi

Ekspert Azərbaycan hərbçilərinin İrana səfərini şərh etdi"Azərbaycan və İran qonşu olmaqla yanaşı, həm də dost ölkələrdir. Bu ölkələr arasında hərbi sahədə əlaqələrin mövcud olması vacibdir. Hər iki dövlərin başçıları və güc strukturlarının rəhbərləri də bu məsələni nəzərə alaraq, daim öz təmaslarını davam etdirirlər".

Bunu "Report" açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli Azərbaycanın hərbi nümayəndə heyətinin İrana səfərini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin birgə işçi qrupunun Tehran şəhərindəki görüşü haqqındakı qərar hökümətlərarası komissiyanın toplantısında qəbul olunub:

"Bu prosedur qaydası hökümətlərarası komissiyanın toplantısında qəbul olunub. Azərbaycan və İran dövlətlərinin Silahlı Qüvvələri arasında əməkdaşlığın mövcud olması məqsədəuyğun hesab edilib. Bəzi şayiə xarakterli informasiyalara baxmayaraq, Azərbaycan və İran Müdafiə nazirlikləri arasında təmas daim var. Bu da regional təhlükəsizliyə, Silahlı Qüvvələr arasındakı əməkdaşlığın mövcud olmasına və zərurət yarandıqda hərbi-texnika baxımından müəyyən satınalmaların həyata keçirilməsi istiqamətindədir. Həm ordular arasında, həm də hərbi-sənaye istiqamətində Azərbaycan-İran əməkdaşlığı var.

Hərbi-siyasi icmalçı Ramil Məmmədli:

"Azərbaycan və İran Müdafiə nazirlikləri arasında təmas daim var. Bu da regional təhlükəsizliyə, Silahlı Qüvvələr arasındakı əməkdaşlığın mövcud olmasına və zərurət yarandıqda hərbi-texnika baxımından müəyyən satınalmaların həyata keçirilməsi istiqamətindədir".

Hələ 2016-cı il Aprel döyüşlərində Azərbaycan tərəfindən belə bir açıqlama yayılmışdı ki, döyüşlərdə istifadə olunan artilleriya vasitələrindən bəziləri məhz İran istehsalıdır, onlardan alınıb. Bu mənada iki dövlət arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də yaxşı münasibət var. Bu münasibətin qorunub-saxlanması da vacibdir. Görüşdə hansı məsələlərin müzakirəsi haqqında dəqiq müfəssəl məlumat olmasa da, onu bildirmək istəyirəm ki, bu səviyyədə olan hər bir görüş münasibətlərin daha da istiləşməsinə, yaranan suallara cavabların tapılmasına gətirib çıxarır. İran böyük və qədim dövlətdir. İran ordusu regionun ən güclü orduları sırasındadır. Bu ordunun döyüş təcrübəsi, silahlı texnika istiqamətində əldə etdiyi uğurlar bizim üçün maraqlıdır. Görüş həm Azərbaycan, həm də İran üçün yalnız faydalı ola bilər. Bu iki xalq bir-birinə genetik, milli kimlik, mədəniyyət baxımından da yaxındırlar. Bu xalqların dostluq, qarşılıqlı əməkdaşlıq, müsbət tendensiyalara əsaslanan əlaqələrinin olması çox vacibdir.

Azərbaycan ordusu qarşısına İran ordusuyla hər hansı inteqrasiyanı nəzərdə tutmasa da, bu məsələdə istənilən halda mənfi yanaşma olmamalıdır. Bizim ordular arasında informasiya mübadiləsi, texnika ilə bağlı müəyyən suallar yarandıqda bir-birimizlə əməkdaşlıq etməyimiz labüddür".

Hərbi ekspert İranda geniş yayılmış koronavirus təhlükəsi haqqında sualı da cavablandırıb:

"Virusla bağlı təhlükəli artıq hərbi məsələyə baxmır. Hərb yeganə sahədir ki, qarşıda ölüm olsa da ora istiqamətlənmək hərbçinin əsas vəzifəsidir. Yəni, hərbçi təhlükələrə qarşı gedən dövlət xidmətçisidir. Bu məsələ bir az fərqlidir. Hər halda təhlükələr hər zaman var və bu təhlükələrin qarşı bütün tədbirlər özlüyündə nəzərə alınıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 731   Tarix: 27 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

26.04.2024 153
.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

26.04.2024 635
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

26.04.2024 239
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26.04.2024 428
.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

26.04.2024 114
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

26.04.2024 473
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

26.04.2024 754
.

"Qardaşım efirə çıxmağa icazə vermirdi"

"Bilirdiniz ki, uzun müddət səhnəyə çıxmırdım. Atamın aşıq olmasına baxmayaraq sinəsindəki sazı ilə övladlarının hər birini oxudurdu. Biz Dostəliyevlər ailəsi sayılırdıq. Bacım rəhmətlik Zeynəb də oxuyurdu. Dörd qardaşımın hər biri musiqi alətlərinin sənətkarlarıdır". Axşam.az xəbər verir ki

26.04.2024 123
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

26.04.2024 313