Türkiyəli ziyalılar "Xocalı üçün danışaq" dedilər – FOTOLAR

Türkiyəli ziyalılar "Xocalı üçün danışaq" dedilər – FOTOLARİstanbulda XX əsrin ən böyük faciələrindən biri olan Xocalı Soyqırımının 28-ci ildönümnə həsr olunmuş panel təşkil edilib.

Yenicag.az xəbər verir ki, İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, "Yeni Çağ" Media Qrupu ilə Azərbaycan-Türkiyə Evinim (ATEV) birgə təşkilatçılığı ilə İstanbul Universitetində "Xocalı üçün danışaq" adlı panel keçirilib.

Tədiri giriş sözü ilə açan Birliyin sədri Anar Can Kıtay günün anlam və mənasından bəhs edib, hər iki ölkədən panelə qatılan aydınlara öz təşəkkürünü bildirib.

"Yeni Çağ" Media Qrupunun baş direktoru Aqil Ələsgərin moderatorluğu ilə davam edən panelə Azərbaycan və Türkiyənin çox sayda nüfuzlu ziyalıları qatılıblar.

Paneldə giriş sözü deyən Aqil Ələsgər 28 il əvvəl Xocalıda azərbaycanlılara qarşı qanlı soyqırımıı törədən ermənilərin yanında olan qüvvələrin bu gün eyni qaydada Türkiyəyə qarşı açılmış cəbhələrdə yer tutduqlarını söyləyib:

"Regionda aktyorların deyil, maşaların dəyişdiyini görürük. Dünən həmin aktyorlar maşa kimi ermənilərdən istifadə edirdilərsə, bu gün həmin maşa funksiyasını terrorçu PKK, İŞİD-dir, Əsəd və başqaları icra etməkdədirlər. Eyni zamanda, dünən Xocalıda soyqırımı törədən ermənilərin yanında olan rus zehniyyəti bu gün İdlibdə türklərə qarşı olan qüvvələrin yanındadır".

Paneldə çıxış edən ATEV rəhbəri Tənzilə Rüstəmxanlı Türk dünyasının Xocalı Soyqırımına daha həssaslıqla yanaşmasının vacibliyini vurğulayıb:

"Xocalıda ermənillərin 28 il əvvəl törətdikləri soyqırımının hədəfi və qurbanları sadəcə, azərbaycanlılar yox, həm də bütövlükdə Türk dünyasıdır. Türk adlanan hər bir kəs ermənilərin və onları himayə edənlərin hədəfindədir. Bizləri yox etmək, sıradan çıxarmaq üçün gecə-gündüz yeni-yeni planlar hazırlayıb dövrəyə buraxmaqdadırlar. Ona görə də, Xocalı Soyqırımı kimi Türklərə qarşı törədilən bütün planlara münasibətimiz eyni olmalı, o planların gerçəkləşməməsi üçün sinəmizi birlikdə irəli verməlitik. Əks halda, bu, sonuncu faciəmiz olmayacq".

Tədbirdə söz verilən tanınmış vəkil, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin (AKMƏM) sədri Məlahət Qurbanova Xocalı Soyqırımının beynəlxalq aləmdə yetərincə tanıdılması üçün səylərin artırılmasına çağırıb:

"Çox təəssüf ki, Türkiyə istisna olmaqla, dünyanın əksər ölkələrində Xocalı Soyqırımı haqqında yetrəli səviyyədə məlumat yoxdur. Doğrudur, son illərdə bu istiqamətdə müüəyyən addımlar atılır. Ancaq bununla kifayətlənmək olmaz. Xocalı Soyqırımını dünyanın gündəminə yerləşdirmək və bu faciəni törədənlərin layiqli cəzalarına çatmasına nail olmaq üçün nə lazımdırsa, etməliyik".

Xocalı Soyqırımını bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirən professor Nesrin Sarıahmetoğlu diqqəti bu qətliamda əli olan hər kəsin cəzalandırılmasının vacibliyinə yönəldib:
"Bəli, Xocalı Soyqırımı bütün Türk dünyasına, bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Yüzlərlə günahsız insanın qətli, minlərlə insanın yaralanması və yurdlarından didərgin düşməsi ilə nəticələnmiş bu cinayət cəzasız qala bilməz, qalmamalıdır. Xocalı Soyqırımının dünya miqyasında yanıdılmasına çalışmaqla yanaşı, Xocalı qatillərinin də öz layiqli cəzalarını almaları üçün üzərimizə düşən hər şeyi etməliyik".

Paneldə söz alan gənc alim Aynur Hüseynova çıxışında Xocalı Soyqırımının dünyada tanıdılmasına yönəlik fəaliyyətin genişləndirilməsinə çağırıb:

"Əsrin faciəsi olan Xocalı Soyqırımının dünyada həm faktik, həm də hüquqi baxımdan, tanıdılmasına istiqamətlənmiş fəaliyyətin daha da genişləndirilməsinə ehtiyac var. Artıq dünyanın bir sıra dövlətlərinin parlamentləri Xocalı Soyqırımının tanınması haqda qərar qəbul ediblər. Bu yöndə göstərilən fəaliyyət daha da genişləndirilməli, Xocalı Soyqırımını tanıyan dövlətlərin sayı artırılmalıdır. Bu, diplomatik müstəvidə Azərbaycanın mövqelərinin möhkəmlənməsinə təkan verəcək".

Panelin sonunda təşkilatçılar gəncləri sosial mediada aktiv olmağa səsləyib və #HocalıyaAdalet, #HocalıiçinPaylaş, #JusticeforKhojaly, #ShareforKhojaly haşteqləri ilə paylaşım edib, rəy yazmağa çağırıblar.

Qeyd edək ki, panel sosial media çalışmaları ilə davam edəcək.
Türkiyəli ziyalılar "Xocalı üçün danışaq" dedilər – FOTOLARTürkiyəli ziyalılar "Xocalı üçün danışaq" dedilər – FOTOLARTürkiyəli ziyalılar "Xocalı üçün danışaq" dedilər – FOTOLARTürkiyəli ziyalılar "Xocalı üçün danışaq" dedilər – FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 675   Tarix: 26 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Murad bu kanalda xəbər aparıcılığına başladı

Aparıcı Murad Əzimzadə xəbər aparıcılığına başlayıb. OLAY yazır ki, o, çalışdığı "Space" kanalında xəbərlərin əsas buraxlışı ilə izləyici qarşısına çıxıb. Əzimzadə bu barədə feysbuk hesabında yazıb. "Qismətdə "Space Xəbər"in əsas buraxılışının aparıcısı olmaq da var imiş. Xəbə

03.05.2024 479
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

12:52 122
.

Ermənistan və Malta xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borqla telefon danışığı aparıb. xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, həmsöhbətlər ATƏT-in fəaliyyəti və Maltanın təşkilat çərçivəsində sədrliyi ilə bağl

12:39 98
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

14:07 0
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

03.05.2024 1772
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

14:09 0
.

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - VİDEO

Xalq artisti Afaq Bəşirqızının bu yaxınlarda iştirak etdiyi verilişlərdən birində səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. O, xanımlara səslənərək işi, savadı və evi olmayan oğlanla ailə həyatı qurmamağı məsləhət görüb. Verilişdəki tamaşaçılar onun sözlərini alqışlarla qarşılasalar da, Xal

10:31 358
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

03.05.2024 780
.

"WhatsApp" bəzi istifadəçiləri bloklayacaq

"WhatsApp" tərtibatçıları arzuolunmaz mesajların göndərilməsindən sui-istifadə edən hesablar üçün məhdudiyyətlər sistemi tətbiq etməyi planlaşdırır. -a istinadən bildirir ki, yenilik "WhatsApp"ın "Android" üçün 2.24.10.5 nömrəli beta versiyasında yoxlanılıb. O, istifadəçiləri

12:19 159