"Azəriqaz": Hamam otağındakı dəm qazından zəhərlənmələrin başlıca səbəbi hava çatışmazlığıdır

"Azəriqaz": Hamam otağındakı dəm qazından zəhərlənmələrin başlıca səbəbi hava çatışmazlığıdır"Dəm qazından zəhərlənmələr daha çox əvvəlki illərdə tikilmiş binalarda baş verir".

"Report"un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Müsavat TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, daha əvvəl tikilmiş binalarda qazlaşma vəziyyəti yeni inşa edilmiş binalardakı qazlaşmadan fərqlidir: "Dəm qazından zəhərlənmə daha çox fərdi yaşayış evlərində, kənd və qəsəbələrdə baş verir. Yeni inşa edilən çoxmərtəbəli binaların hamam otağının tüstü bacaları yeni qurulub, təmizdir və havalanma normal şəkildə gedir. Bu binalarda mərkəzi isitmə sistemi hamamda yerləşmir, isitmə çöl eyvanlarda quraşdırılan kombi sistemi vasitəsilə həyata keçirilir. Amma digər evlərdə qeyri-standart cihazlardan istifadə etməklə onları hamam otaqlarında quraşdırırlar".

C.Səfərov deyib ki, hamam otaqlarında baş verən dəm qazı zəhərlənmələrinin başlıca səbəbi hava çatışmazlığıdır: "Çünki bir kubmetr qazın yanması üçün 9 kubmetr havanın olması şərtdir. Əgər hamam otağında qapının altında müəyyən dəliklər yoxdursa, tüstü bacası açılmayıbsa və bərbad haldadırsa, dəm qazından zəhərlənmə qaçılmazdır. Hava çatışmazlığı nəticəsində natamam yanma prosesi gedir, hamam otağında olan insanın vəziyyəti dəyişir. Bəzən biz bunu iysiz və xəbər etmədən gələn ölüm kimi də qələmə veririk".

"Azəriqaz"ın sözçüsü bildirib ki, hamam otaqlarında detektorlardan istifadə etmək lazımdır: "Bu qurğunun qiyməti cəmi 15 manatdır. Dəm qazı zamanı siqnal işə düşür və özünü pis hiss edən insan dərhal hamam otağını tərk edə bilər. Hamam otağında qapıları çölə açılan vəziyyətdə qurmaq lazımdır. Çünki belə vəziyyətlər yarandıqda hamam otağından çıxmaq istəyən insan qapını çölə açmaq məcburiyyətində qalır. Əgər bu qapı daxilə açılırsa, onun vəziyyəti daha da gərginləşə bilər".

Dəm qazı ilə bağlı daha geniş danışmağın mümkünlüyünü qeyd edən C.Səfərov xatırladıb ki, 2016-cı ilin may ayından etibarən "Azəriqaz" İstehsalat Birliyi tərəfindən mənzillərdə və eyni zamanda fərdi yaşayış evlərində texniki baxış həyata keçirilmir: "Biz belə bir səlahiyyət sahibi deyilik. Bunu Energetika və Fövqəladə Hallar Nazirlikləri həyata keçirir. "Azəriqaz" texniki baxış həyata keçirmədiyi üçün hamam otaqlarında vəziyyətin nə halda olduğunun cavabdehliyi bizim üzərimizdə deyil. Amma bununla belə Birlik təbii qazın istifadəsi ilə bağlı əhali arasında maarifləndirmə işlərini mütəmadi olaraq aparır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 891   Tarix: 26 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608