"Biz torpaqlarımızı düşmənə döyüşsüz verməmişik" – "Dolu"nun Drakonu

"Biz torpaqlarımızı düşmənə döyüşsüz verməmişik" – "Dolu"nun DrakonuBir dövlətin keçmişdən bu günə qədər yaşadığı hadisələri, mədəniyyət, incəsənət, tarix və etnoqrafiyasına bələd olmaq, haqqında təssəvvürlər yaratmaq üçün onun istehsalı olan filmləri izləmək kifayət edir.

Ölkəmizin başına gələn qanlı faciələri dünyaya çatdırmaqda vaistəçi olan, Qarabağ problemlərini özündə əks etdirən bir çox filmlərimiz var.

Çəkilişlərinə 2011-ci ilin yayında başalanılan "Dolu" filmi Elxan Cəfərovun quruluşunda yazıçı-deputat Aqil Abbasın eyniadlı romanının motivləri əsasında "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılıb. Tammetrajlı bədii film Qarabağ müharibəsinin qanlı-qadalı günlərindən, heç nəyə baxmayaraq vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir.

Filmin əsas qəhrəmanlarından biri olan, "Drakon" ləqəbli aktyor Rza Rzayev BiG.AZ-a açıqlama verib. Aktyor bildirib ki, müharibə dövründə müxtəlif təvəllüdlü insanlar döyüşüb, şəhid olublar. Onunla yaşıd olanları daha çox olub:

"Son zamanlar Azərbaycanda Qarabağ problemlərini özündə əks etdirən bir çox filmlər çəkilib. Lakin bunların bir çoxu anti-müharibə mövzuludur. Eləcə də "Dolu" filmi. Bu filmin digər müharibə mövzulu filmlərdən fərqi ondadır ki, filmin ssenari müəllifi və rejissoru tamaşaçıya göstərdi ki, biz torpaqlarımızı düşmənə döyüşsüz verməmişik. Son damla qanımıza qədər torpaqlarımız uğrunda döyüşmüşük. Biz həmin dövrdə sadəcə olaraq siyasəti uduzmuşuq. Bizim Qarabağ müharibələrində qalib gəldiyimiz də olub. Həmin filmdə tamaşaçıya göstərildi ki, Azərbaycan əsgəri düşmən qarşısında hansı vaistələrlə durub. Açıq şəkildə göstərildi ki, bizim silah çatışmazlığımız olub. Həmin dövrdə mövcud olan hakimiyyətin yarıtmaz siyasəti nəticəsində bütün bunlar baş verib.

Aqil Abbas ssenaridə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, şəhid olmuş bütün qəhrəmanların ümumiləşdirilmiş obrazlarını verib.

Aktyor texnikası var. Yəni, obrazı yaratmaq üçün həm də o obrazın çəkdiyi əziyyəti hiss etməlisən. Bizim qarşımıza tapşırıq qoyulmuşdu ki, həmin hisləri tamaşaçıya çatdıraq. Mənim o filmdən öncə də Elvinlə çox yaxşı münasibətim var idi. Filmdə biz daha da yaxın olduq. Onu öz qardaşım kimi hiss edirdim. "Dolu" filmində Pələngin ölüm səhnəsi çəkiləndə bütün yaradıcı heyət, əsgər, zabit, rejissor da daxil olmaqla, hamı ağladı. Eyni zamanda mən də. Elə hiss etdim ki, mənim qollarımda ölən qardaşımdır. Həqiqətən də mənə elə gəldi ki, Pələng mənim qollarımda can verdi. Buna görə də uzun müddət filmin təsirindən çıxa bilmədim.

Müharibə dövründə müxtəlif təvəllüdlü insanlar döyüşüb, şəhid olublar. Amma mənimlə yaşıd olanlar daha çox olub. Mən özüm də həmin döyüşlərdə az da olsa iştirak etmişəm. Həmin mühitdə olmuşam. Bu gün yazdığım bütün ssenarilərdə demək olar ki, Qarabağ müharibəsi öz əksini tapır".

"Biz torpaqlarımızı düşmənə döyüşsüz verməmişik" – "Dolu"nun DrakonuLamiyə Məmmədova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2101   Tarix: 26 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447