Bakıda özünü dənizə atan qızın atası: "Münasibətindən xəbərdar idik"

Bakıda özünü dənizə atan qızın atası: "Münasibətindən xəbərdar idik"

“Qızım Nəzakət Rzazadənin sevgilisi ilə münasibətinə razılıq verilmədiyi üçün intihar etməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bu barədə Axar.az-a açıqlamasında özünü dənizə ataraq, intihar edən Nəzakət Rzazadənin atası Müğdət Rzazadə deyib.

O bildirib ki, qızının hansı səbəbdən intihar etməsi məlum deyil:

“Qızımın Balahüseyn Məmmədovla münasibətindən xəbərdar idik. Üçüncü kursda oxuyurdu deyə, universiteti bitirdikdən sonra ailə qurmasını məsləhət görmüşdük. Sevdiyi oğlan öz kəndimizdəndir. Bu gün gecə saat 1-2 arası intihar ediblər. İntihar səbəbini isə bilmirik. Nəzakətin meyiti hələ tapılmayıb, axtarışlar davam edir”.

Qeyd edək ki, mətbuatda Tibb Universitetinin tələbəsi, 1998-ci il təvəllüdlü Nəzakət Rzazadənin bulvarda intihar etməsi və sevgilisi Balahüseyn Məmmədovun onu xilas etmək üçün özünü dənizə atması barədə məlumat yayılıb.

İntihara ailələrin onların münasibətinə qarşı çıxmasının səbəb olduğu bildirilir.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 7849 Tarix: 25.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 25.02.2020
gec


 
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər