"Tıxacların qarşısının alınması üçün ən ideal yol budur" - EKSPERT

"Tıxacların qarşısının alınması üçün ən ideal yol budur" - EKSPERT"Paytaxt nəqliyyatının ən "ağrılı" tərəflərindən biri də tıxac məsələsidir. Bu da təbii olaraq hər gün işə, dərsə və başqa yerlərə gedən milyonlarla insana təsir göstərir".

Mövzu barədə "MediaPost"a danışan yol-nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, tıxacın yaranması iki qrup səbəbdən baş verə bilər:

"Birinci qrup ənənəvi tıxaclar adlanır. Yəni bu tıxaclar yol infrastrukturu, müxtəlif ərazilərdə həyata keçirilən tikinti işləri və ya nəqliyyat axınlarının düzgün idarə olunmamaası ilə bağlıdır. İkinci qrup tıxaclar isə fantom tıxaclardır. Belə tıxaclar anidən - hər hansı bir yol-nəqliyyat hadisəsi baş verdikdə, avtomobil yolda xarab olduqda, yaxud da sürücü böyük nəqliyyat vasitələri ilə dönmə əməliyyatını yerinə yetirə bilmədikdə baş verir.

Tıxac həm də o deməkdir ki, hansısa bir yol sahəsi oradan hərəkət etmək istəyən nəqliyyat axınını buraxa bilmir. Yəni bir saatda 500 avtomobilin keçə biləcəyi yerdən 100 avtomobil keçməyə çalışır".

Ekspert tıxacların ekologiyaya və iqtisadiyyata təsirlərindən də bəhs edib: "Texniki olaraq hesablanıb ki, dayanmış nəqliyyat vasitələri konkret bir ərazidə işlək vəziyyətdə atmosferə daha çox zərər vurur. Çünki bir yerdə toplanmış yüzlərlə avtomobilin mühərriki işləyir və tullantı qazlar da həmin lokal ərazidə çirklənmə yaradır. Buna görə də uzun müddət tıxacda qalan insanların əhval-ruhiyyəsi pisləşə bilər.

"Tıxacların qarşısının alınması üçün ən ideal yol budur" - EKSPERTTıxacda qalmaq o deməkdir ki, hər bir nəqliyyat vasitəsi A nöqtəsindən B nöqtəsinə getmək üçün daha böyük vaxt itirir və bu zaman avtomobil daha çox yanacaq sərf edir. Bu da birbaşa cibə ziyandır. Digər tərəfdən yolda vaxt itirən şəxs işə gecikir və onda stress yaranır. Aqressivləşən insanın işgüzarlıq qabiliyyəti təbii olaraq aşağı düşür. Bundan əlavə, dövlətin tıxacın qarşısını almaq üçün çəkdiyi xərclər də iqtisadi itkidir".

Ə.Hüseynov qanunsuz parklanmaların da tıxaca səbəb olan amillərdən olduğunu deyib: "Şəhər ərazisində yolun hərəkət hissəsi parklanma nəticəsində zəbt olunduğu üçün yol nəqliyyat axınını götürə bilmir və nəticədə tıxac yaranır. Parklanma ilə bağlı tədbirlərin görülməsi tıxacın azaldılması istiqamətində irəliləyişə səbəb olsa da, bu, yalnız qanunsuz parklanma səbəbindən yaranan tıxacları aradan qaldıra bilir. Tıxacın aradan qaldırılması üçün ən ideal və sınaqdan çıxmış yol ictimai nəqliyyatın yaxşılaşdırılmasıdır. Yəni ictimai nəqliyyatı yeniləmək, çeşidini artırmaq, metro şəbəkəsini genişləndirmək, avtobus marşrutlarını yaxşılaşdırmaq, şəhərətrafı qatar və tramvayların işləməsi, velosipedlərdən istifadə və s. tıxacları azalda bilər. Belə olan halda insanlar şəxsi avtomobillərini qarajlarda qoyub ictimai nəqliyyata üstünlük verəcək ki, minik avtomobillərdindən istifadənin azalması da tıxacın azalması deməkdir.

Bakı Nəqliyyat Agentliyini imkan daxilində ictimai nəqliyyatın yaxşılaşırılması üçün işlər görülür. Hazırda ictimai nəqliyyatda avtobuslarla bağlı mövcud olan iki əsas problemdən biri texniki baxımdan yararsız avtobuslardır. Yeni gətirilən avtobuslar bu texniki məsələləri həll edir. İkincisi isə sərnişindaşıma ilə məşğul olan avtobuslara peşəkar sürücüləri cəlb etməkdir. Tıxacın yaranmaması üçün sürücülərin peşəkarlığı da önəmlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1299   Tarix: 25 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914