Vasif Talıbovun deputat seçilən oğlu haqda maraqlı məlumatlar - FOTO

Vasif Talıbovun deputat seçilən oğlu haqda maraqlı məlumatlar - FOTONaxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovun deputat seçilməsi Talıbovlar ailəsini yenidən medianın gündəminə gətirib.

"Yeni Sabah" bildirir ki, bu, S. Talıbovun ilk deputatlığı deyil. O, 2015-ci ildə Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə də deputat olub.

S. Talıbovla bağlı internet resurslarda kifayət qədər informasiya mövcuddur. O, media üçün qapalı olmayan məmur övladlarındandır və zaman-zaman haqqında KİV-də məlumatlar yayılıb.

S. Talıbov kifayət qədər gənc olmasına baxmayaraq, elm sahəsində alimlik dərəcəsi alıb. Onun London Universitetində ali təhsil aldığı, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Beynəlxalq münasibətlər kafedrasında baş müəllim vəzifəsində işlədiyi haqda məlumatlar mövcuddur.

Oğul Talıbov 2014-cü ildə Ali Attestasiya Komissiyasına hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi təqdim edib. "Regional enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri" adlı elmi işdə Xəzər regionunda enerji təhlükəsizliyi məsələlərindən bəhs olunub.

S. Talıbov 2017-ci ildə dəbdəbəli toyu ilə gündəmə gəlib. Onun "Buta Palace"da etdiyi toy məclisinə ölkənin tanınmış şəxsləri dəvət alıb. Seymur Naxçıvan MR-nın daxili işlər naziri Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurub.

2019-cu ilin mayında S. Talıbov Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmovun əmri ilə Federasiyanın vitse-prezidenti təyin edilib.

Onu da qeyd edək ki, bir neçə ildir mediada S. Talıbovun atasının yerinə - Naxçıvan MR-nın Ali Məclisinin sədri postuna hazırlanması haqda iddialar yayılmaqdadır. Bu xəbərlərdə bildirilir ki, onun son zamanlar ictimai həyatda aktivliyi 9 fevral seçkilərindən sonra AM sədri olacağı ilə bağlıdır.

İddialara görə, Naxçıvan MR Ali Məclisi sədrinin bu planı rəsmi Bakı tərəfindən bəyənilməsə də, muxtar iradə öz arzusunu həyata keçirməkdə israrlıdır. Seymur Talıbovun Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyasına rəhbərlik etməsi də varis planı ilə əlaqələndirilir.

20 ildir Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Vasif Talıbovun isə Naxçıvandan Bakıya daha yüksək vəzifəyə gətiriləcəyi də iddialar sırasındadır. (oxu)

Vasif Talıbovun deputat seçilən oğlu haqda maraqlı məlumatlar - FOTOVasif Talıbovun deputat seçilən oğlu haqda maraqlı məlumatlar - FOTOVasif Talıbovun deputat seçilən oğlu haqda maraqlı məlumatlar - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5263   Tarix: 23 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

04.05.2024 430
.

Aybəniz Haşımova: "Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi" (VİDEO)

Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlaması ilə diqqət çəkib. Qaynarinfo xəbər verir ki, sənətçi dünyanın məşhur turizm və kurort zonası olan Maldivə bir daha getmək istəmədiyini bildirib. Buna səbəb adadakı böyük kərtənkələlərin ifaçını qorxutması olub. Haşımova bu barədə qonaq olduğu verilişlərdə

04.05.2024 697
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

04.05.2024 173
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 121
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

04.05.2024 128
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

04.05.2024 155
.

PA rəhbəri: "COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir"

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir". "Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri, COP29 Təşkilat Komitəsinin sədr

04.05.2024 141
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 175
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 178