Nazilə ilə Aynur efirdə dalaşdı: "Mənə borcun var" - Video

Nazilə ilə Aynur efirdə dalaşdı: "Mənə borcun var" - VideoARB TV-də yayımlanan "Ona qalsa" proqramında qalmaqal yaşanıb.

Axşam.az xəbər verir ki, verilişin aparıcısı Nazilə Səfərlinin qonağı olan müğənni Aynur Dadaşovaya sual ünvanlaması onu özündən çıxarıb.

Musiqiçi Ruslan Səfəroğlunun musiqisinə söz yazan N.Səfərli həmin mahnını A.Dadaşovanın oxuduğunu, lakin şairənin pulunu ödəmədiyini bildirib:

"Mahnımın pulunu niyə vermisən? Mən söz satmıram. Aranjiman etdirib pul xərcləmişdim. Sənin mənə 1500 manat borcun var. Ruslan Səfəroğluna dedim ki, pulumu nə vaxt verəcəksiniz? Dedi ki, Aynur verəndə verəcəm. Mənə lazım idi ki, mahnını məşhurlardan biri var idi, o, oxusun. O zaman indiki qədər məşhur deyildim. O adam gəlmədi, bəlkə də dinlətmədilər. Dedilər ki, mahnını 1500 manata Aynura satmışıq. Mənə bax, əlimlə verib, ayağımla axtarıram. Gör mən nə gündəyəm. Ruslan bir mahnını mənə hədiyyə etmişdi, desə ki, pulu həmin mahnıya görə vermirəm, susaram".

A.Dadaşova isə N.Səfərliyə qarşı aqressiv hərəkətlər nümayiş etdirib və bu sözləri deyib:

"Mahnının pulunu bəstəkara 5 il öncə vermişəm. Aranjimanı isz ödəmişdinizsə, mən niyə ödəyirdim? Sizə borcum ola bilməz. Məni tanıyanlar bilir ki, kimin problemi varsa, hamısını həll edirəm. Respublikada nə qədər bank varsa, hamısı ilə əməkdaşlıq edirəm. Dəqiq insanlara həmişə banklardan təkliflər olur. O qədər dəqiqəm ki, heç kim deyə bilməz ki, mənə 20 qəpik borcu var. Sizin söhbətiniz Ruslanladır. Siz niyə aranjimanının pulunu vermisiniz? Efirlərə çıxmamışdan öncə Ruslandan mahnını almışdım. Efirdə də 1-2 dəfə oxudum. Çünki məndə həzin mahnını sevmirlər. Keçən dəfə də mənə dediniz, sizə vəziyyəti başa saldım".

Daha sonra veriliş reklam fasiləsinə ayrılıb və qonaqlar arasındakı dava sakitləşib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8315   Tarix: 21 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Toyda Şəbnəmin ovucuna GÖRÜN NƏ QOYDULAR- VİDEO

Müğənni Şəbnəm Tovuzlu paylaşdığı video gündümə səs salıb. Bizim.Media xəbər verir ki, sənətçi iştirak etdiyi toyda pul yağışına qərq olub. Mahnısını ifa edən Şəbnəmə ev yiyələri yaxınlaşaraq ovucuna 100 dollarlıq əskinaslar veriblər. Müğənni isə həmin pulları hər iki əlinin ovucunda tutaraq qonaqları

28.04.2024 2260
.

Xoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."

"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". BİG.AZ -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağını

28.04.2024 1235
.

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər

"Allah bircə balasını saxlasın, toy qismət eləsin. Allah onun sənət, həyat yolunu hamar etsin. Gözəl qadındır. Gözəlliyinə uyğun daha da gözəl həyat yaşasın". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev illərdir küsülü olduğu həmkarı Brilliant Dadaşova ilə bağlı suala cava

24.04.2024 1146
.

Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb. O, sözügedən videonu "Instagram" hesabında paylaşıb. Videoda Nərgizin avtomobilini cızdığını ifaçıya həyəcanla çatdırmaq istəməsi yer alıb. "Disiplinli Nərgiz idmanda qaldı. Maşın

27.04.2024 1053
.

Hüsniyyə Azərbaycandan köçdü

Aparıcı Hüsniyyə Məhərrəmova Azərbaycandan köçüb. Axşam.az xəbər verir ki, o, ABŞ-də yaşayır. Hüsniyyə artıq bir müddətdir ki, ora yerləşib. O bildirib ki, Bakıya yalnız tədbirlərə dəvət alanda gəlir

10:29 365
.

"Qaraca qız": "Ən çox qonorarı mən aldım"

"Qaraca qız" filmində "Tutu" obrazını iki uşaq oynayıb. Biri Sevildir, digəri isə başqa bir qız. Filmi diqqətlə izləsəniz, ilk 5 dəqiqəyə qədər olan bir neçə epizodda "Tutu" obrazının körpəliyini görmək mümkündür. Mən o qızı çəkilişlərdə də görmüşəm. Bir neçə il bundan önc

27.04.2024 849
.

Pərvin Abıyeva ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Tanınmış aktrisa Pərvin Abıyeva rəqsi ilə gündəm olub. BİG.AZ -ə istinadən bildirir ki, paytaxtdakı məclislərdən birində qonaqlıqda iştirak edən aktisa əsl rəqs şousu göstərib. Abıyeva məşhur ərəb mahnısı olan "Allah Allah Ya Baba"nın sədaları altında xeyli rəqs edib. Aktrisanın rəqs hərəkətlər

28.04.2024 799
.

Qonca Vuslateri ana oldu

Türkiyəli aktrisa Qonca Vuslateri ana olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın qızı dünyaya gəlib. O, övladına Asya adını verib. Qeyd edək ki, Qonca martda Levent adlı şəxslə ailə qurub

26.04.2024 504
.

"Sibel Canın verilişi kimi layihə edəcəyəm"

Müğənni Aygün Şükürova yenidən aparıcılıq edəcəyini deyib. OLAY yazır ki, ifaçı ötən il apardığı verilişdən bəhs edərkən, həyata keçirmək istədiyi yeni layihəsindən söz açıb. O, bu barədə "Xəzər axşamı" proqramında danışıb. "Nuşi can" verilişi idi. 9 ay apardıq. 5 gün canlı efir idi

24.04.2024 852