Sərxoş qadın evdə uşaq dünyaya gətirdi

Sərxoş qadın evdə uşaq dünyaya gətirdi

Litvanın paytaxtı Vilnüs şəhərində hamilə qadın evdə uşaq dünyaya gətirib.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, 39 yaşlı qadın bu zaman sərxoş olub.

Ana və körpəsi xəstəxanaya yerləşdiriliblər. Qadının qanında 2,65 promil alkoqol aşkar edilib.

Onun barəsində cinayət işi açılması məsələsi müzakirə olunur. Ananın günahı sübut olunarsa, onu üç ilə qədər həbs gözləyir.

Həkimlər spirtin yeni doğulmuş körpənin qanına keçib-keçmədiyini müəyyənləşdirməyə çalışırlar.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 373 Tarix: 18.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər