Əfqan Talıbov: "İndiki uşaqlar futbol yox, telefonla oynayırlar"

Əfqan Talıbov: "İndiki uşaqlar futbol yox, telefonla oynayırlar""Biz uşaq vaxtı səhər evdən çıxar, axşama qədər küçələrdə futbol oynayardıq. İndiki uşaqlar isə futbol yox, telefonla oynayırlar. Bu gün gənclər vaxtlarının çox hissəsini telefona, televizora, müasir texnalogiyanın yeniliklərinə ayırırlar".

Bu sözləri Fanat.Az-a açıqlamasında "Turan Tovuz" klubunun Müşahidə Şurasının üzvü Əfqan Talıbov Azərbaycanda son illər istedadlı futbolçuların yetişməməsinin səbəbləri barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, gündə cəmi 1 saat futbol oynamaqla uğur qazanmaq olmaz: "Futbolu səhər-axşam oynamalı, durmadan məşq etməlisən. Bu gün nisbətən gözə çarpan oyunçularımız "Zenit", "Qalatasaray" futbol akademiyalarının yetirməsidir. Çünki həmin ölkələrdə uşaqlar 13 - 15 yaşlarında, keçid dövründə bütün diqqətini futbola ayırır, gücünü ancaq bu sahəyə səfərbər edirlər. Əfsuslar olsun ki, bizdə belə deyil. Valideynlərin çoxu istəyir ki, uşağı Messi kimi olsun. Bu, alınan iş deyil. Yorulmadan çalışmaq lazımdır. Həmçinin bu gün qidalanma həddindən artıq böyük problemə çevirilib. Xüsusilə keçid dövründə buna ciddi diqqət yetirmək lazımdır".

Talıbovun fikrincə, akademiyaların sayı artdıqca bu problem aradan qalxa bilər: "Son vaxtlar bölgə futboluna münasibət yaxşı mənada dəyişib. Getdikcə AFFA rayonlarda futbolun inkişafına diqqəti daha da artırır. Düşünürəm ki, belə də olmalıdır. Hamı komanda sayının çoxalmasını istəyir. Bölgələrdə klubların, akademiyaların sayı artmalı, uşaqlar ora səhər girib, axşam çıxmalıdırlar. Eyni zamanda, ciddi nəzarət lazımdır. Çünki həmin uşaqlar 17-18 yaşlarında "itirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 626   Tarix: 17 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan Gürcüstandan qoyun idxalına çəkdiyi xərci 90 % azaldıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 23,4 min ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 90 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanın qoyu

27.04.2024 244
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

18:20 108
.

TƏBİB rəsmisi həkimlərin maaşından danışdı - VİDEO

Baku TV-də yayımlanan "Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur. Proqramda TƏBİB-in fəaliyyət göstərdiyi beş il ərzində ölkə səhiyyəsində baş verən dəyişikliklərdən danışılıb. Həmçinin həkimlərin maa

12:40 190
.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Bu barədə BİG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

11:20 177
.

Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 1,35 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 42 % çoxdur. Hesabat dövründə Gürcüstanda

10:10 165
.

Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu

Fars Körfəzi ölkələrində rekord miqdarda yağan yağışın səbəbi iqlim böhranıdır. Bu qənaətə "World Weather Attribution" (WWA) təşkilatının analitikləri gəliblər. Ərəbistan yarımadasının cənub-şərq hissəsində nadir hallarda, adətən El Ninyo fenomeninin təsiri altında güclü tufanlar baş verir

11:30 294
.

"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

Omanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib. Müqavilənin şərtlərinə görə, "Oma

17:10 126
.

Bakıda DƏHŞƏT: borclarına görə özünü asdı

Bakıda intihar hadisəsi olub. -ın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq adlanan ərazidə qeydə alınıb. 39 yaşlı E. Zamanov burada dostunun evinin həyətində özünü asaraq, həyatına son qoyub. Onun borcları olması səbəbilə özünü öldürdüyü ehtimal olunur

27.04.2024 642
.

BMT: "Altı ayda Qəzzada 13 min uşaq ölüb"

BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb. O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir. "Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir

18:50 94