"Divarın qalınlığı 30-40 sm olsa da..." – Aldadılan sakinlər, aldadan MTK-lar – VİDEO

"Divarın qalınlığı 30-40 sm olsa da..." – Aldadılan sakinlər, aldadan MTK-lar – VİDEOƏvvəllər digər mənzildə, qonşuda baş verənləri eşitmək üçün stəkanlardan istifadə olunurdu. Bunun üçün stəkanı divara tutmaq kifayət idi ki, hər şeyi eşidə biləsən. Amma zaman keçdi, dövr dəyişdi. İndi əksər çoxmərtəbəli binalarda bu cür stəkanlara ehtiyac yoxdur. Bu otaqda oturaraq, digər mənzildə baş verənləri rahatlıqla eşitmək mümkündür.

ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişi sözügedən məsələ ilə bağlı maraqlı sujet hazırlayıb.

Bu isə həmin binalarda yaşayan sakinlərin narahatlığına səbəb olur.

Sakin: "Əgər insan evində sərbəst yaşamaq istəyirsə, hər iki tərəfdən qonşu ona mane olmamalıdır. İnsan istirahət edəndə, saat 10-11-dən sonra istəyir ki, rahatlıq olsun. Amma divarın o biri tayından səs gələndə istər-istəməz insanın psixikasına mənfi təsir edir".

Ekspertlərin sözlərinə görə, tikintiyə başlamadan öncə layihədə 2 mənzil arasındakı divar 30-40 sm göstərilir. Lakin sonradan tikinti zamanı ara divar 20 sm və daha az qalınlıqda inşa edilir.

Məhəmməd Musayev – İnşaat mühəndisi: "Yalnız xarici divarı 30 sm və yaxud da 40 sm inşa edirlər. Mənzillər arası divar olur 20 sm. Bu da boşluqlu kərpicdən icra olunanda səskeçirmə daha yüksək olur və narazılıqlar olur. Hətta olur ki, qonşuda biri mətbəx montaj edir, digər qonşunun evini zədələyir".

Eyni zamanda layihədə 2 qonşu mənzil arasındakı divar 2 qat nəzərdə tutulur. Bəzi MTK-lar isə öz kvadratlarından itkiləri azaltmaq və daha az xərcə düşməkdən ötəri divarı tək qat edir.

Şirin Şərifov – Ekspert: "Tək divar olduğunda digər qonşunun səsi başqa bir qonşuya keçmə ehtimalı daha çox olur. Standartda əslində mənzillə mənzil arasındakı hörgüdə hər iki mənzilin ayrıca müstəqil olaraq divarları olmalıdır. Və o divarlar arasında hava boşluqları olmalıdır. Bu da müəyyən bir kvadratmetr yer tutduğuna görə bunu MTK-lar bir divarla əvəz edirlər. Həmin divar isə 20-lik, içiboş kərpiclərdən tikilir".

Məhəmməd Musayev – İnşaat mühəndisi: "Ümumiyyətlə bu gün FHN tikintidə çox yaxşı bir nəzarət həyata keçirir. Əsasən dayanıqlılığa ciddi diqqət yetirdikləri üçün bu tip komfortverici amillərə lazımi dərəcədə diqqət yetirmirlər. Əsasən dayanıqlılığın təmin olunması üçün FHN nəzarət edir ki, bina zəlzələ dayanıqlı olsun".

Məsələ ilə bağlı FHN-in mövqeyini öyrənmək cəhdlərimiz isə alınmadı. Qurumun mətbuat katibi Gülçin Mehdiyeva işlərinin çoxluğunu səbəb göstərərək, müsahibəyə şərait yaratmadı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1135   Tarix: 14 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ŞOK HADİSƏ: Toya hazırlaşan gəlin oğlan olduğunu ÖYRƏNDİ

Özünü kəşf etmək əksər insanlar üçün yavaş, lakin mənalı bir prosesdir. Ancaq Çində gələcək gəlin üçün 27 il sonra bioloji olaraq kişi olduğunu öyrənəndə bu proses onun həyatını tamamilə dəyişib. xarici mənbəyə istinadən xəbər verir ki, Li Yuan adlı 27 yaşlı gəlin yetkinlik dövründən bəri cinsi inkişafl

09.05.2024 658
.

Qəzzada ölənlərin sayı 34904-ə çatıb

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 34904-ə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 216 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamada İsrai

09.05.2024 160
.

Xocalıda insana məxsus sümük fraqmentləri aşkar edildi

Mayın 8-də işğaldan azad olunmuş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində həyata keçirilən tikinti-qazma işləri zamanı insana məxsus olması ehtimal edilən müxtəlif sümük fraqmentləri aşkar edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Fakt üzrə Xocalı Rayon Prokurorluğund

09.05.2024 200
.

Onlar da Prezident mükafatı alacaqlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Axşam.az-ın məlumatına görə, Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentini

09.05.2024 751
.

Sabah 25 dərəcə isti olacaq

Ölkə ərazisində mayın 10-na gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a bildirilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayi

09.05.2024 224
.

Naməlum şəhid kimi dəfn edilmişdi, kimliyi bilindi - Video

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Habil Oruc oğlu İsmayılovun qalıqları ailəsinə təhvil verilib. APA-ya istinadən xəbər verir ki, şəhidin qalıqları Lənkəranda dəfn edilib. Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Habi

08.05.2024 660
.

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanıyıb

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanımaq qərarına gəldiyini açıqlayıb. xəbər verir ki, Baham adaları Xarici İşlər Nazirliyindən verilən açıqlamada, hökumətin fələstinlilərin öz siyasi statuslarını sərbəst şəkildə təyin etmək və iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst şəkild

08.05.2024 285
.

Bakıda dörd dostun faciə ilə bitən əyləncəsi: Qaranlıqda gizlənən MƏQAMLAR - VİDEO

Paytaxtın Səbail rayonunda fəaliyyət göstərən hotellərin birində zəhərlənən dörd dostla bağlı əhali arasında müxtəlif fikirlər səslənib. Onların qidadan zəhərləndiyi bildirilsə də, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu məlumatı təkzib edib. Zərərçəkənlərin qohumları isə fərqli fikirdədirlər

09.05.2024 518
.

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Bu gün bütün türk dünyasının iftixarı, dünyaşöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasından 101 il ötür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıva

00:05 137