"Rəqəmsallaşmanın tətbiqi SOCAR-ın gəlirliliyini artıracaq"

"Rəqəmsallaşmanın tətbiqi SOCAR-ın gəlirliliyini artıracaq"Ötən həftə gənclərlə görüşü zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev rəqəmsallaşmanın şirkətin strateji inkişaf planında prioritet yerdə dayandığını və bu sahədə böyük proqramların həyata keçirildiyini bildirib.

Bu barədə açıqlama verən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bu gün sənayenin avtomatlaşdırılması və rəqəmsallaşmasının ən müasir formalarının məhz neft-qaz sənayesində tətbiq edildiyini deyib:

"SOCAR-ın prezidentinin də dediyi kimi, şirkət rəqəmsallaşmanı ən yüksək səviyyədə tətbiq edir. Bunu görmək üçün təkcə son 5 ildə şirkətin həm ölkə daxilində həm də onu hüdudlarından kənarda tikib istifadəyə verdiyi və ya modernizasiyasını həyata keçirdiyi obyektlərə baxmaq yetərlidir. İstər "SOCAR Polymer"in iki böyük müəssisəsi, istər "SOCAR Karbamid" zavodu, istər "SOCAR Metanol" zavodu, istər Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ), istər "Azərkimya" istehsalat birliyi, istər TANAP, istər "Petkim", istərsə də STAR neft emalı zavodu olsun, hamısı dünya səviyyəli ən müasir standartlara cavab verən sənaye obyektləridir. Bu cür obyektlərdə istehsal proseslərinin idarə edilməsi son dərəcədə mürəkkəbdir. Ona görə də həmin proseslər insan əməyi minimuma endirilərək maksimal dərəcədə rəqəmsallaşdırılır. NEZ özü modernləşdirildikdən sonra orada mövcud olan mürəkkəb proseslərin idarə edilməsini informasiya texnologiyalar öz üzərinə götürəcək. Bu, öz növbəsində, əmək məhsuldarlığını, onun nəticəsi kimi də gəlirliliyi artıracaq. Bu prosesin məntiqi davamı olaraq vergi daxilolmaları çoxalacaq və bu da iqtisadiyyatda yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.

Neft hasilatı sənayesində rəqəmsallaşmanın bu gün üçün kulminasiya nöqtəsi sayılacaq hadisələrdən biri Norveç sahillərindən 140 kilometr uzaqlıqda Şimal dənizində cəmi bir adamın idarə etdiyi hasilat platformasının istifadəyə verilməsini göstərmək olar. Cəmi 40 il əvvəl bu cür platformada 200 adam çalışırdı. Bu gün rəqəmsallaşma prosesləri keyfiyyətcə yeni səviyyəyə çatdıraraq, itkiləri azaldaraq istehsalı qənaətçil, prosesləri daha şəffaf, etibarlı edib. Eyni zamanda qərarların verilmə sürətini artırıb.

İtkilərin azaldılmasına dair konkret bir misal göstərmək istərdim: Azərbaycanda 2010 və 2018-ci illərdə əhali qrupu arasında qaz istehlakına nəzər salsaq, görərik ki, dövlət statistika komitəsinin məlumatına əsasən, həmin dövr ərzində əhali qrupunun sayının artmasına baxmayaraq, istehlak təxminən 20% azalıb. Burada söhbət faktiki olaraq itkilərin azaldılmasından və qaza qənaət edilməsindən gedir. Belə ki, 2,1 milyon abonetin 55%-i smart sayğaclarla təchiz edilib. Sayğaclaşma prosesi davam etdikcə qənaət edilən qazın həcmi də buna müvafiq olaraq artacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 499   Tarix: 14 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Somalidə 8 min insan təxliyə edildi

Somalidə güclü yağışlar səbəbindən insanlar evlərindən təxliyə olunub. BİG.AZ xəbər verir ki, ümumilikdə 8 min insan təxliyə edilib. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) bəyanat yayıb. Qeyd edilib ki, yağışlar Hiran bölgəsində effektiv olu

10:30 103
.

Putinin andiçmə mərasimi keçirilir - Canlı

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, tədbir Kremldə təşkil olunub. Rusiya liderinin andiçmə mərasimində minlərlə qonaq iştirak edir. Xatırladaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V.Putin seçkilərdə 87,28

13:01 116
.

Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ

Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib. Layih

12:52 147
.

"Bahar" serialı yayımlanmayacaq

Reytinqləri alt-üst edən və maraqla izlənilən "Bahar" serialının bu həftə yeni bölümü ekrana gəlməyəcək. OLAY yazır ki, bu barədə Birsen Altuntaş məlumat yayıb. Bildirilir ki, ekran işinin çəkilişləri və montajı bitmədiyindən bu həftəlik proqramda yer almayacaq. Qeyd edək ki, layihədə baş rollar

11:14 401
.

Bakıda hamilə ambulansda doğuş etdi

Bakıda xəstəxanaya çatdırılmalı olan hamilə qadının vəziyyəti ağırlaşdığı üçün doğuş prosesi təcili tibbi yardım avtomobilində idarə olunub. xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat yayıb. Məlumat

06.05.2024 587
.

Bakıda 17 min manata pişik satılır - VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir. -ın məlumatına görə, it 10 min manata, pişik 17 min manata satılır. Satışda olan "Kanqal", "Malino", "Alman iti" kimi cins heyvanlar ən bahalılar hesab edilir. Ev heyvanlarının satışı ilə məşğu

06.05.2024 525
.

"Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, "EDUAZ Co" MMC-nin və Türkiyənin Anadolu Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış "Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib. " platformasınd

12:19 103
.

Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO

Şahmat üzrə Avropa Çempionu olan qadın qrosmeysterimiz Ülviyyə Fətəliyevaya mahnı həsr edilib. bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan musiqi "Euphonious Tribute" adlandırılıb və sosia

06.05.2024 480
.

Direktor cərrahı işdən çıxardığı üçün cəzalandırıldı

Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib

10:45 350