14 fevral sevgililər günü - Müqəddəs Valentin kim olub?

14 fevral sevgililər günü - Müqəddəs Valentin kim olub?Hə, bu gün 14 fevral sevgililər günüdür. Dünən və bu gün gül dükanları, hədiyyə və qır-qızıl, bər-bəzək əşyaları satan dükanlar sözün əsl mənasında bayram edirlər. Çünki əslində bu onların "bayramı"dır. İki gün ərzində 3-4 aylıq alver etmək sizə asan gəlir? Şəhər küçələrində qoltuğunda "mişka"sı, əlində hədiyyə paketi, gül buketi ora-bura qaçışan minlərlə, on minlərlə oğlan və qızları görmək adi hala çevrilib.

Sosial şəbəkələrdə isə bu bayramı qeyd edib-etməmək barədə fikir ayrılıqları var. 13 fevraldan başlayaraq iki qarşı cəbhə virtual döyüşə başlayır. Valentin gününü müdafiə edib qeyd edilməsinin tərəfdarı olanlarla əks fikirdə olanlar həm statuslarda, həm də rəylərdə müxtəlif arqument, fakt gətirirlər. Bizim fikrimiz bu bayramı qeyd edin və ya etməyin demək deyil. Biz sadəcə bu bayramın tarixçəsinə nəzər saldıq.

Topladıqlarımızı, araşdırdıqlarımızı BiG.AZ oxucuları ilə bölüşürük.

Müqəddəs Valentin haqqında əfsanə və miflər

Katolik kilsəsi Valentin adlı üç müqəddəs şəhidini ehtiramla yad edir. Amma onların həyatı barədə dəqiq məlumat demək olar ki, yoxdur. Məlum olan odur ki, Romalı Valentin keşiş olub və eramızın III əsrində xristianların təqibi zamanı şəhid olub. Digər Valentin İteramna yepiskopu (İtaliya, müasir Terni şəhəri) olub. 270-ci ilin 14 fevral tarixində dini inancına görə edam edilib və Roma yaxınlığında dəfn edilib. Həm katoliklər, həm də provaslavlar üçün müqəddəs sayılır. Üçüncü Valentinin Karfagendə həlak olduğundan başqa heç bir məlumat yoxdur.

XI-XV əsrlərdə bir az ətraflı məlumatlar ortaya çıxmağa başladı. Əvvəlcə bu məlumatlarda romantik abu-hava yoxdur. Çox güman ki, əfsanələrdə söhbət başqa müqəddəs və ya Valentin adı ilə fəaliyyət göstərən müxtəlif şəxslərdən gedir.

Qızıl əfsanə

Əfsanəyə görə, Roma İmperatoru II Klavdiy ordusuna kifayət qədər döyüşçü cəlb edə bilmirdi. İmperator başa düşdü ki, arvadlar ərlərini müharibəyə buraxmırlar. Bu səbəbdən də cavan kişilərə evlənməyi qadağan etdi.

Müqəddəs Valentin xristianlığın təbliğatçısı və vaizi idi. O, təkcə xəstələr üçün dua etmir, eyni zamanda da, Klavdiyin qadağasına baxmayaraq sevgililəri gizli surətdə evləndirirdi. Bir dəfə həbsxana gözətçisi kömək üçün ona müraciət etdi. O, Valentindən qızı Yuliyanın kor gözlərinə əlac etməyi xahiş etdi. Keşiş qıza məlhəm yazdı və bir müddət sonra gəlməyi tapşırdı.

Amma gizli evlənmələr barədə söz-söhbət imperatora qədər çatmışdı və Valentin həbsə atıldı. Tezliklə edam olunacağını bilən Valentin kor Yuliyaya məktub yazdı və ona sevgisini etiraf etdi. Valentin məktubu qızın atasına verdi.

Valentin 14 fevral günü edam edildi. Yuliya məktubu açanda, onun içində zəfəran və "Sənin Valentinin" imzasını tapdı. Qız zəfəranı əlinə götürdü və möcüzə nəticəsində gözləri açıldı.

Xristian şəhidi olduğu və inamına görə edam edildiyi üçün İnteramnalı Valentin də Katolik Kilsəsi tərəfindən müqəddəs elan edildi. 496-cı ildə isə Roma Papası Gelasius 14 fevralı Müqəddəs Valentin günü elan etdi.

Bu versiyanı uydurma saymaq mümkündür. Çünki Valentinin yaşadığı dövrdə, yəni III əsrdə nikaha girərkən kilsədə xeyir-dua almaq adəti hələ mövcud deyildi. Bundan başqa, bütpərəst Romada xristian dini qəbul edilmirdi. İmperator Klavdiy isə belə bir adətə çətin ki, əhəmiyyət verə bilərdi.

Bütpərəstliyə aid kökləri

Digər versiyaya görə, Müqəddəs Valentin günü Kilsəyə bütpərəstlik bayramını sıxışdırıb aradan çıxarmaq üçün lazım idi. Romalıların inancına görə, şəhərin təməlini qoyan Romul və Remi dişi canavar öz südü ilə böyüdüb. Bu heyvanın şərəfinə "luperkaliya" bayramı (lupus-canavar deməkdir) qeyd edilirdi. Bu bayramda canavar üçün keçi və it qurban kəsilirdi. Qurban kəsilmiş heyvanların içalatını çıxarır və dərilərindən nazik kəmər düzəldirdilər. İki çılpaq gənc kəməri də götürərək qaçmağa başlayırdılar. Onlar küçədə qarşılarına çıxan hərkəsi kəmərlə vururdular. Qadınlar və qızlar bədənlərinin müxtəlif nayihələrini qəsdən zərbə altına qoyurdular. Çünki inanca görə, bu kəmərlə vurulan qadın asanlıqla uşaq dünyaya gətirə bilərdi və bu zərbə hamilə qalmağa kömək edirdi.

Müqəddəs kəməri "februa" adlandırırdılar. Bu sözdən isə fevral ayının adı yaranıb. Bu ayın ortalarında luperkaliya bayramı qeyd edilirdi.
Müqəddəs Valentin günü XIX əsrdə Böyük Britaniyada populyarlıq qazandı. ABŞ-da bu bayram sonradan qeyd edilməyə başladı. Bu gün gənclər tanış qızların adı yazılan kasadan adları çıxarmalı idilər. Yaranan cütlüklər il ərzində "Valentin" sayılırdılar və bir-birinə hörmətlə yanaşır, görüşürdülər.

XIX əsrin ortalarında iş adamları bu bayrama maraq göstərməyə başladılar. Artıq 14 fevral tarixində sevgililər romantik görüşə çıxır, açıqcalar, oyuncaqlar, parfüm, gül buketi və s. hədiyyələr almağa başladılar.

Müxtəlif ölkələrdə Müqəddəs Valentin Günü müxtəlif adətlərlə qeyd edilir. Məsələn, Yaponiyada şokolad hədiyyə etmək adəti var. Bu gün yapon qız utanmadan sevgisini etiraf edə bilər.

İngiltərədə 14 fevral günü qızlar fala baxdırırdılar.

XIX əsrdə Amerikada gəlinlərə o dövr üçün çox bahalı şirniyyat sayılan marsipan hədiyyə edirdilər.

Fransızlar sevgililərinə bəzək-düzək və zinət əşyaları hədiyyə edirlər.

Valentin homoseksual olub?

Başqa bir versiyaya görə, Roma İmperatoru II Klavdiy fərman imzalayır. Fərmana əsasən, hərbi xidmətə yararlı şəxslər öz aralarında (eynicinsli nikah) evlənə bilməzdilər. Bu, ordunun hərbi ruhuna pis təsir göstərirdi. Valentin adlı keşiş imperatorun fərmanına qarşı çıxaraq döyüşçü homoseksualları evləndirirdi. Bu səbəbdən edam edildi. Ölümündən sonra isə katolik kilsəsi tərəfindən müqəddəs elan edildi.

Amerikalı homoseksuallar bu bayramı fəal surətdə 70-ci illərdə qeyd etməyə başladılar. Amerikalı homoseksuallar məhz 14 fevral günü rəsmi olaraq eynicinsli nikahlar bağlamağa başladılar...

Hikmət Həsənov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1598   Tarix: 14 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kral ailəsində növbəti addım: Endryu malikanəni tərk etməlidir

İngiltərə kralının kiçik qardaşı, keçmiş şahzadə Endryu Vindzor qəsri yaxınlığındakı malikanəsindən çıxarılacaq və Sandrinqemdə yerləşən kral mülkündəki bağ evinə köçməyə məcbur ediləcək. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb. Məlumata görə, Kral II Çarl

11:49 173
.

Panama sahillərində zəlzələ baş verib

Panama sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, zəlzələnin episentri Burika şəhərindən təxminən 155 km cənub-şərqdə Sakit okeanda, ocağı isə dərinlikdə baş verib. Hazırda ölən və xəsarət alan barədə məlumat yoxdur və sunami təhlükəsi ilə bağlı xəbərdarlı

16:01 174
.

Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal

15:10 212
.

Süni intellektli çatbot qətldə ittiham olunur

ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta

10:53 172
.

Avropa Rusiyaya xəbərdarlıq etdi

Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə

16:10 177
.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

14:04 245
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

19:45 65
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 207
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

10:35 217
.

TOP MP3