Milli Məclisə təkrar seçkilər keçiriləcək
Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilmiş dörd seçki dairəsində yenidən seçkilər keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, bu, Seçki Məcəlləsi ilə tənzimlənir.
Qanunun 172-ci maddəsində bildirilir ki, seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası (MSK) təkrar seçkilər keçirir.
Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında parlament seçkiləri ilə əlaqədar dörd seçki dairəsinin nəticələri etibarsız sayılıb.
Belə ki, 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edilib.
MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairələrdə müvafiq olaraq Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadi Rəcəbli və Çingiz Qənizadə lider namizəd idilər.
Xatırladaq ki, 2015-ci ilin noyabrında V çağırış Milli Məclisə seçkilərdə 90 saylı Ağdaş Seçki Dairəsinin də nəticələri ləğv edilmişdi.
Bundan sonra Prezident İlham Əliyev həmin dairə üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında (2016-cı ilin iyunun 18-nə) sərəncam imzalamışdı.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1123 Tarix: 14 fevral 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Almaniyada Milad bazarına hücum planlaşdıran beş nəfər saxlanılıb
Almaniya polisi ölkənin cənubundakı Dinqolfinq (Bavariya) yaxınlığındakı Milad bazarında hücum planlaşdırmaqda şübhəli bilinən 5 nəfəri həbs edib. "Report" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Qəzetin məlumatına görə, həbs cümə günü baş tutub. Şübhəlilərin üçü mərakeşli
14.12.2025 138 Bakıda ət bahalaşıb BU QİYMƏTƏ OLDU
Bakının Ramana qəsəbəsində ətin qiyməti bahalaşıb. Dünəndən etibarən dana, quzu və qoç ətinin qiymətində 2-3 manat fərq müşahidə edilir. BİG.AZ Mətbuat.az-a istinadən xəbər verir ki, Yeni Ramananın inzibati ərazi bölgüsünə daxil olan "Şuşa" şəhərciyində iki gündür müştərilərə nisbətən bah
14.12.2025 499 Tramp ABŞ-dəki aralıq seçkilərdə respublikaçıların çətinlik çəkəcəyini etiraf edib
ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, Respublikaçılar Partiyası üçün 2026-cı ilin payızında keçiriləcək aralıq seçkilərdən sonra Konqresin hər iki palatasında çoxluğu qorumaq asan olmayacaq. "Report"un məlumatına görə, Tramp bunu "The Wall Street Journal" qəzetinə verdiyi müsahibəd
14.12.2025 105 Tropik qasırğa Şri-Lankanı cənginə alıb: Ölənlərin sayı 643 nəfərə çatıb
Şri-Lankada bir neçə həftədir müşahidə edilən "Ditva" tropik qasırğası nəticəsində ölənlərin sayı 643 nəfərə çatıb. xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Hallar Mərkəzi yayıb. Bildirilir ki, təbii fəlakət nəticəsində daha 184 nəfər itkin hesab olunur. "Ditva" Şri-Lankad
14.12.2025 113 Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
"Mövcud hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında qar yağışı müşahidə olunur. Ayrı-ayrı ərazilərdə temperaturun aşağı düşməsi yolların hərəkət hissəsində sürüşkənliyin və buzlaşma ehtimalının artmasına səbəb ola bilər". xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyini
14.12.2025 126 Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib
Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər
14.12.2025 154 Tramp: "İŞİD ABŞ əsgərlərinin öldürülməsinə görə cavab verəcək"
"Vaşinqton Administrasiyası Suriyada iki ABŞ əsgərinin və bir amerikalı tərcüməçinin öldürülməsindən sonra terrorçu İŞİD qruplaşmasına qarşı cavab tədbirləri görəcək. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb. O, Suriyada "ABŞ-yə qarşı İŞİ
14.12.2025 148 Naim Qasem: "Hizbullah" İsrailin şərtlərini qəbul etməyəcək və ABŞ-yə təslim olmayacaq
İsrail ilə Livan arasında atəşkəs razılaşması qüvvəyə minəndən sonra başqa yanaşma tələb olunan yeni mərhələ başlayıb. "Report" xəbər verir ki, bunu "Hizbullah"ın baş katibi Naim Qasem "Al-Manar TV"nin canlı yayımında bildirib. Onun sözlərinə görə,Livan hökuməti ölkəni
14.12.2025 141 Nərimandan tənqidlərə "cavab"
"Qarabağ"ın ötən həftə Çempionlar Liqasında doğma meydanda "Ayaks"a böyük hesabla məğlub olması Qurban Qurbanovu və futbolçularını tənqid hədəfinə çevirdi. Bu tənqidlərdən ən çox ağdamlıların 21 yaşlı hücumçusu Nəriman Axundzadəyə "pay" düşdü. xatırladır ki, gənc futbolçunu
14.12.2025 364