Təslim olmaq, yoxsa dincəlib yola davam etmək?

Təslim olmaq, yoxsa dincəlib yola davam etmək?Peşəkar kouç kimi nüfuzunuzu qorumaq, insanları dinləmək və onlarda məmnunluq yaratmaq üçün hər zaman çoxlu vaxt və enerji sərf etməlisiniz. Müştərilərinizə əlinizdən gələnin ən yaxşısını təqdim etmək üçün zaman-zaman fasilə etməli və diqqətiniz yayınmadan enerjinizi yenidən bərpa etməlisiniz. Gələcək mübarizələrin öhdəsindən gəlmək üçün daha hazırlıqlı olmalı və nüfuzunuzu qoruyarkən emosional bitkinlik (burnout) sindromuna yaxalanmaqdan uzaq durmalısınız.

Bu deyilənləri nəzərə alaraq, BiG.AZ coaching.az-a istinadən aşağıda diqqətinizi yayındırmadan enerjinizi yenidən toplamaq üçün 7 səmərəli üsul təqdim edir.

Sosial mediadan uzaq durmaq

Təslim olmaq, yoxsa dincəlib yola davam etmək?Çoxumuz bütün gün boyu ekran arxasında otururuq, həyatımız virtual aləmdə dövr edir. 10 fərqli pəncərəni bir yerdə açmaqla, bacardıqca sürətli işləmək istəyir, dayanmadan müştərilərimizdən gələn e-mailləri, mesajları yoxlayır, telefon zənglərini nəzarətdə saxlamağa cəhd edirik. Bundan əlavə, vaxtımızın çoxunu müştərilərimizlə video-görüşlərə sərf edirik. Lakin unuduruq ki, mümkün qədər sürətlə işləməyə meyllənmək bizi daha effektiv etmir. Əksinə, bu, enerjimizi tükənməsinə səbəb olur və bizi yavaşladır.

Bütün bunlardan kənarlaşmaq və beyninizi rahatlatmaq üçün nizamlı bir vaxt müəyyən edin. Özünüzü ən yaxşı hiss etdiyiniz yerə gedin, Wi-Fi olmayan bir yerdə – istər evinizin bir küncü, istər hansısa kafe olsun – sakitləşin. Eyni zamanda, tətildə və ya həftəsonları e-maillərinizi yoxlamayın, bu sizin istirahətiniz üçün ayırdığınız zamandır!

Özünüzü yaxşı hiss edəcəyiniz işlərlə məşğul olun

Təslim olmaq, yoxsa dincəlib yola davam etmək?Bunun necə vacib bir məsələ olduğunu sözlə ifadə edə bilmərəm. Siz kouçinqlə məşğul olarkən həvəsli ola və ondan həzz ala bilərsiniz, amma bəzən onun praktik tərəfləri bir az sıxıcı gələ bilər. Belə vəziyyətlərdə, sevdiyiniz başqa bir işlə məşğul olmağa yönəlin. Bu sizə daha motivasiyalı, məhsuldar olmağa və məmnuniyyət duymağınıza kömək edəcək.

Daha da önəmlisi, bu beyninizi sakitləşdirəcək. Təsdiqlənmiş bir faktdır ki, dincəlmiş beyin daha yaxşı yaddaşa malik olur, beləliklə, eyni zamanda yaddaşınızı da möhkəmlətmiş olacaqsınız.

Hər şeyi yerbəyer edin

Təslim olmaq, yoxsa dincəlib yola davam etmək?İş masanızın tamamilə dağınıq olmasına icazə verməyin, bundan sizə heç bir fayda gəlməz. Həddən artıq iş vərəqləri, sənəd və ya artan iş tələbləri, ev öhdəlikləri "heç vaxt tamamlanmayacaq işlər siyahısı"-nın yaranmasına gətirib çıxaracaq.

Hər şeyi qaydasına qoymaq və anlamaq üçün bir az vaxt ayırın. İnanın ki, daha az öhdəlik altında olduğunuzu hiss edəcək, məqsədlərinizə daha az vaxt sərf etməklə çatacaq, hər şeyi nəzarət altında saxlama hissinə sahib olmaqla stress səviyyənizi düşürəcəksiniz.

Meditasiya edin

Təslim olmaq, yoxsa dincəlib yola davam etmək?Meditasiya sizə istənilən vaxt və istənilən yerdə sonsuz fürsətlər yaradan, ən təsiri və sərbəst məşğuliyyətdir.

Bir gün Buddadan soruşurlar: "Siz meditasiya etməklə nə əldə edirsiniz?"

O, cavab verir: "Heç nə. Amma icazə verin nələr itirdiyimi deyim: qəzəb, təşviş, depressiya, güvənsizlik, yaşlanma və ölüm qorxusu."

Hər şeydən maksimal dərəcədə yorulduğunuzu hiss etdikdə, meditasiya məşqləri etməyə bir neçə dəqiqə ayırın; bu, dərhal gərginliyinizi azaldacaq və yenidən enerji toplamağınıza kömək edəcək. Meditasiyanın digər faydalarına isə, aşağı qan təzyiqi, gücləndirilmiş immun sistemi və yaşlanma prosesinin ləngiməsi daxildir. Eyni zamanda sübut olunmuşdur ki, stressin səbəb olduğu psixosomatik xəstəliklərə qarşı mübarizə aparmaq üçün meditasiya əvəzedilməz metoddur.

Həddən artıq vəzifə öhdəliyi ilə yüklənməyin

Təslim olmaq, yoxsa dincəlib yola davam etmək?İş prosesi zamanı həddən həddindən artıq öhdəlik götürmək o qədər də yaxşı fikir deyil. Tapşırıqlar çox olduqdan biz daim birindən digərinə keçmək məcburiyyətində qalırıq və bu zaman çoxlu enerji sərf edirik. Təbii olaraq, nə qədər çox enerji israf ediriksə, bizim üçün daha vacib bir tapşırığa bir o qədər az diqqət yetirə bilirik.

Günə siyahıdakı ən vacib və təcili işlərlə başlayıb, sıralamanı təmkinlə davam edin. Hər şeyi növbə ilə etməyə çalışdıqca, daha faydalı işləyəcəksiniz. Birincisi, daha çox enerjiniz olacaq, avtomatik olaraq özünüzü dincəlmiş kimi hiss edəcəksiniz və irəliləyən tapşırıqların öhdəsindən gəlmək üçün daha hazırlıqlı olacaqsınız.

Sağlam qidalanın

Təslim olmaq, yoxsa dincəlib yola davam etmək?Daim enerjili və həyatsevər qalmaq üçün düzgün qidalanma çox əhəmiyyətlidir. Əgər içinizdə bir boşluq olduğunu hiss edir və işləyə bilmirsinizsə, karbotidratlı qidalar qəbul edin. Bu beyninizi dərhal enerji ilə təmin edəcək. Həmçinin yaşıl çay, badam, yoğurt, acı şokolad və meyvələr də enerji bərpasına kömək edən məhsullar sırasındadır.

Özünüzü yorğun hiss etdikcə saqqız çeynəyin. Araşdırmalara görə, saqqız çeynədiyiniz zaman beyinə oksigen axını artar və bu beyində enerji yüksəlişinə səbəb olar.

Açıq havada çox vaxt keçirin

Təslim olmaq, yoxsa dincəlib yola davam etmək?Təbiət qoynunda olmaq – dincəlmək, təmiz havada nəfəs almaq və bütün narahatlıqlardan azad olmaq üçün ən yaxşı fürsətdir.

Məşhur fizik Albert Enşteyn deyirdi ki, hər şeyi daha dərindən anlamaq üçün sadəcə təbiəti seyr etmək lazımdır. Təbiət qoynuna çıxmaq üçün vaxt ayırırsınızsa, bu özünüzə etdiyiniz ən yaxşı hədiyyədir. Birincisi, təbiətdə özünüzü kəşf edirsiniz, fərqində belə olmadan dincəlməyə, daha aydın və məhsuldar düşünməyə başlayırsınız.

Bunu unutmamaq lazımdır ki, siz də insansınız və əgər özünüz üçün bir şey edə bilmirsinizsə, digərlərinə necə kömək edə bilərsiniz? Zaman-zaman enerjinizi yenidən toplamaq üçün bu ipucularından faydalanın. Əmin olun ki, həm şəxsiyyət, həm də kouç kimi daha mükəmməl olacaqsınız.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 838   Tarix: 05 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549