"Kənan, balama yaxşı bax, oğlum"- Aybəniz Haşımovadan duyğusal paylaşım

"Kənan, balama yaxşı bax, oğlum"- Aybəniz Haşımovadan duyğusal paylaşımBu gün əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişanın qız toyudur. BiG.AZ-ın məlumatına əsasən, toy mətbuata qapalı olacaq.
Qızının toyu ilə əlaqədar əməkdar artist instagram hesabında qızına təbrik postu paylaşıb:

"Bu da ömrümün son, ən böyük imtahanı...Səni sevdiyinin mənzilinə yola salıram qızım. Bilmirəm ürək sözlərimi, arzularımı haradan başlayıb, harada bitirim...Titrəyən əllərim hərflərin əlində bahar yelinə bənzəyir...Özüm isə, donmuşam.... Nə baş verir?... Sən doğrudan böyüdün qızım?...Yoxsa, mən qocalmışam?... Əllərim niyə belə əsməyə başladı?...Yoxsa, səni 28 il qucağımdan, bağrımın başından qoparıb... Nə yaman çətinmiş sən demə. Həyatın ən çətin imtahanı bu imiş. Hər səhər yuxudan oyadanda, ayaqlarının altından ölməsəm ürəyim rahat olmurdu balam...Sənin doğum günün, doğum günümə çevrilən balam... Ən böyük sevgilim... Bilirsən?...Sən mənim ürəyimdə məskən quranda ürəyimdə dedim. "Sən mənimsən, mənim"... Səni bütün günü sevdim... Əlini sevdim, üzünü sevdim, gözlərini, o, bapbalaca vuran ürəyini sevdim.

Hal-hazırda bu sətrləri göz yaşlarımda boğularaq yazıram. Amma qurban olum, sən ağlama. Sən heç vaxt ağlama. Sənin gözlərindən sevinc yaşları axsın. Bilirsən, niyə kövrəldim? Çünki bir vaxtlar sağ qalacağıma, bu günü görə biləcəyimə heç ümidim yox idi. Şükür bu günə. Allah sayəndə Kənan kimi dəyərli bir oğul bəxş etdi mənə. Şükür ki, igidin əmanətini igidə əmanət edirəm. Kənan, balama yaxşı bax oğlum. O mənim varım-yoxum, bircə balamdır. Allah sizi xoşbəxt etsin".

Qeyd edək ki, oğlan toyu fevralın 8-i olacaq. Şəhər restoranlarından birində baş tutacaq məclis mətbuata qapalı keçiriləcək. Xatırladaq ki, Aynişan fitnes müəllimi Kənanla ailə qurur
Samirə Qasımova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3372   Tarix: 01 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş