"Azərbaycanda 9 iqlim qurşağı yoxdur" - İllərdir səhv bilirdik

"Azərbaycanda 9 iqlim qurşağı yoxdur" - İllərdir səhv bilirdikBəzi mənbələrdə Azərbaycanda 9 iqlim qurşağının olduğu yazılır. Amma əslində, Azərbaycan ərazisi 3 iqlim qurşağında yerləşir.

BiG.AZ xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazisinin 65 faizi subtropik, 32 faizi mülayim, 3 faizi isə soyuq iqlim qurşağına aiddir.

M.Həsənov qeyd edib ki, Azərbaycandakı 3 iqlim qurşağının daxilində 8 iqlim tipi var. Bunlar yarımsəhra və quru çöl iqlimi, qışı quraq keçən mülayim-isti iqlim, yayı quraq keçən mülayim-isti iqlim, qışı quraq keçən soyuq iqlim, yayı quraq keçən soyuq iqlim, yağıntısı bərabər paylanan mülayim-isti iqlim, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim və dağlıq tundra iqlimidir.

Alim qeyd edib ki, bəzən mövcud iqlim qurşağının sayı ilə yanaşı, iqlim tiplərinin sayı barədə də səhv fikirlər yazılır: "Əslində ölkəmizdəki yarımsəhra və quru çöl iqlim tipi iki yerə (qışı soyuq, yayı isti, quraq keçən yarımsəhra və quru çöl və qışı mülayim, yayı isti, quraq keçən yarımsıhra və quru çöl) bölünür. Onların hər biri ayrıca iqlim tipi kimi qəbul edilir və beləliklə də yanlış olaraq, ölkəmizdə 9 iqlim tipinin olduğunu söyləyirlər".

Birinci yarımtip Naxçıvan MR-nın Arazboyu maili düzənliklərində, ikinci yarımtip isə Kür-Araz ovalığı, Qobustan, Ceyrançöl, Samur-Dəvəçi ovalığı və s. yerlərdə müşahidə edilir. M.Həsənov qeyd edib ki, iqlim tiplərinin sayı ilə bağlı yaranmış səhv fikir artıq bəzi mənbələrdən qaldırılır.

Alim kurrikulum əsasında hazırlanan yeni dərsliklərdə də iqlim tiplərinin sayının artıq 9 deyil, 8 göstərildiyini açıqlayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1531   Tarix: 01 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür. xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrı

26.06.2024 193
.

Niyə toydan sonrakı bir ay "Bal ayı"adlanır? - Belə yaranıb

Nə üçün toydan sonrakı bir ay sevgi ayı, şirin ay, konfet, noğul ayı yox, məhz "bal ayı" adlanır?. "Belə yaranıb" rubrikasında bu ifadənin mənşəyi barədə məlumat verir. "Bal ayı" ifadəsi 16-cı əsrdə Şimali Avropada,19-cu əsrdən etibarən isə Rusiyada tətbiq edilən bir ənənədə

26.06.2024 312
.

50 nömrəli avtobusun özbaşınalıq edən sürücüsü cəzalandırılacaq - RƏSMİ

"50 nömrəli sərnişin avtobusunun sürücüsü barədə inzibati tənbeh tədbiri görüləcək". Bu məlumat -ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilib. Qeyd olunub ki, 50 nömrəli marşrut xəttində fəaliyyət göstərən avtobusda nağdsız ödənişlərin qəbulunda texnik

26.06.2024 217
.

Allahverdi Yolçuyev əməliyyat olundu

Aktyor Allahverdi Yolçuyev əməliyyat olunub. Axşam.az xəbər verir ki, sənətçi beyin pili əməliyyatı keçirib. Qeyd edək ki, A.Yolçuyev parkinson xəstəliyindən əziyyət çəkirdi. Əli əsən aktyor bir müddət əvvəl əməliyyata ehtiyacı olduğunu açıqlamışdı

26.06.2024 489
.

Bakıda güclü külək ağacın budağını qoparıb lüks avtomobilin üzərinə aşırdı - VİDEO

Paytaxtda əsən güclü külək ağacın budağını qopararaq lüks avtomobilin üzərinə aşırıb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə saat 20:00 radələrində, Ziya Yusifzadə 8 ünvanında qeydə alınıb. Küləyin təsirindən ağacın budağı qoparaq "Toyota Land Cruiser"

26.06.2024 339
.

Sürət həddi endirildi

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Axşam.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Eyni zamanda bütün məlumat sürət tablolarında "Gücl

26.06.2024 130
.

Evlilik ildönümünə tort sifariş edilmişdi - Zaqatalada ölən gəncin ACI TALEYİ

Zaqatalada boğazında qalan alça tumundan dünyasını dəyişən 30 yaşlı oğlanla bağlı ürəkdağlayan məlumat yayılıb. sosial şəbəkələrə (Zaqatala News) istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində ölən Bəhruz Sulxayevin dünən evliliyinin 5-ci ildönümü imiş. Həyat yoldaşı bu münasibətlə rayondakı şirniyya

26.06.2024 988
.

Avropada ən çox satılan 10 smartfon

Avropada ən çox satılan 10 smartfon məlum olub. xarici mətbuata istinadən xəbər verir ki, "Canalys" tədqiqat şirkətinin analitikləri 2024-cü ilin birinci rübünə Avropada ən çox satılan smartfonların reytinqini tərtib ediblər. Məlumatlar ötən ilin eyni rübü ilə müqayisə edilib. "Samsung"

26.06.2024 282
.

Nazir Aybəniz Haşımovanı təltif etdi - FOTO

Elm və Təhsil Naziri Emin Əmrullayev Əməkdar artist Aybəniz Haşımovanı Fəxri Fərmanla təltif edib. xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə hesabında bildirib. Haşımova Fəxri Fərmanın fotosunu paylaşaraq nazirə təşəkkürünü bildirib:. "Hörmətli, dəyərli, Cənab nazir Emin Əmrullayev! Yaradıcıs

26.06.2024 572