"Taciri adam yerinə qoymuram, o, mənim gül kimi bacımı..." - İlahə Fədadan ağır sözlər

"Taciri adam yerinə qoymuram, o, mənim gül kimi bacımı..." - İlahə Fədadan ağır sözlərMüğənni İlahə Fəda ARB telekanalında yayımlanan "Ona qalsa" verilişində ifaçı Tacir Şahmalıoğlu ilə aralarında yaşanan qalmaqaldan danışıb.

BiG.AZ xəbər verir ki, o, "Ölkə.Az"ın əməkdaşı ilə söhbətində o, T. Şahmalıoğlunun fikirlərinin onun üçün heç bir əhəmiyyət kəsb etmədiyini bildirib.

"Mən, ümümiyyətlə Taciri adam yerinə qoymuram ki, onun dediyi hər hansı bir sözə, fikir bildirim. Mən səhər də canlı yayımda dedim, konkret fikrimi bildirdim- "İt hürər, karvan keçər",- deyə İ. Fəda bildirib.

Əməkdaşımızın bu anlaşılmazlığın hansı problemdən qaynaqlandığı barədə verdiyi suala müğənni belə cavab verib:

"Mənim Tacirin yanında və ya qeyri-birinin yanında başımı aşağı edəcək bir səhvim, günahım yoxdur ki, məni kimsə hədələsin. Sadəcə o, özünü yağ kimi suyun üzərinə çıxarmaq istəyir".

İlahə xanım bacısı, müğənni Fədayə Laçınla olan münasibətlərindən də danışıb.

"Biz Fədayə ilə çox mehribanıq. Söz verdiyim kimi el şənliklərinə də gedib, bir yerdə iştirak edəcəyik. Sadəcə, bildiyiniz kimi, yanvar- fevral aylarında toylar az olur. Ona görə, hələki bir yerdə toylarda görüşə bilmirik. Həm də mən əvvəldən toylara çox getmədiyimə görə, məclislərdə nadir hallarda iştirak edirəm".

"Ümumiyyətlə sizə bir şey deyim. Əlbəttdə ki, Fədayə xanımın fikri mənim üçün önəmlidir. Onun bu məsələ barədə bir fikri yoxdur, amma mənim var. Dediyimin sözün də üstündəyəm. Mən əqidəli insanam, harada və kiminlə necə danışmaq lazım olduğunu çox gözəl bilirəm",- bu fikirləri İ. Fəda Fədayə Laçının onunla Tacirin arasında yaşanan qalmaqala olan münasibətindən danışanda bildirib.

Daha sonra "Bundan sonra adını çəkmək istəmədiyim o məxluq mənim haqqımda nə deyirsə desin, mən ona baş qoşub, onun səviyyəsinə enməyəcəyəm. Bacım onunla el şənliklərinə də getsin, o onun şəxsi işidir. Ümumiyyətlə, mən bu məsələyə qarışmıram. Həm də onları məclisə bir yerdə dəvət edirlər. Axı, o, kimdir ki, Fədayə ona görə, qazancından imtina etsin? Sadəcə, mən deyə bilərəm ki, o insanın bacımın həyatında mənfi rolu olduğuna görə, mənim o insanla ürəyim barışmır və mən də bunu açıq şəkildə hər yerdə deyirəm", - deyə İlahə Fəda vurğulayıb.

Sonda müğənni Tacir Şahmalıoğlunun onunla, düşmənçilik etməyə savadının yetmədiyini də bildirib.

"Mən çox emosional insanam. Ümumiyyətlə, Tacirin mənimlə düşmənçilik etməyə, zəkası çatmaz. Mən bunu çoxdan bilirdim, ancaq bu gün mənə bir daha sübut oldu ki, o, çox savadsız insandır. Mən ona irad tutmuşam ki, duş qəbul edərkən, videosunu çəkib sosial şəbəkədə paylaşıb. Bu isə cavabında bildirir ki, "48 dərəcə istidə, əynimdə geyimlə, uşaqla çimmişəm. Burada nə var ki?" – Tacirin savadsızlığı elə buradan görünür. Sonra deyir " İlahəyə, bu "volyanı" kim verir? Baxın, bu insan azərbaycan dilində savadlı danışa bilmir. Deyə bilmir ki, İlahəyə bu icazəni kim verib? Tacir savadsızlığı ucbatından danışdıqca özünü batırır. Mənim ünvanıma deyir ki, mən kişiyəm, onun başına oyun açaram. (gülür)

Demək istədiyim odur ki, onun zəkası, İQ səviyyəsi mənimlə eyni səviyyədə olmağa imkan verməz. Ona görə, bu məsələdə artıq söz deməyə ehtiyac yoxdur. Hər şey göz önündədir. O, bilirsiz hansı səviyyədə mənimlə düşmənçilik edə bilər? Uzaqbaşı mən, bloka girəndə sifətimə "kislota" atdıra bilər. Bu qədər.

Vallah, heç mən də onunla düşmənçilik etmirəm, sadəcə mənim bu insandan, gül kimi bacımın həyatını məhv etdiyi üçün xoşum gəlmir. Bunu bizim musiqi camiəsində hamı bilir. Sonda bildirim ki, mən bacımı da, anamı da çox sevirəm. Necə hər zaman arxalarında olmuşam, bu, belə də davam edəcək. Mən onları doğruları ilə, səhvləri ilə hər zaman sevmişəm, hər zamanda sevəcəyəm",- deyə o, fikirlərini tamamlayıb.

Qeyd edək ki, Tacir Şahmalıoğlunun ARB TV-nin "Ona qalsa" proqramında İlahə Fəda haqqında dediyi sözləri, tərəflər arasında qalmaqala səbəb olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2252   Tarix: 28 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yıldız Tilbe qəzaya düşdü

Türkiyəli müğənni Yıldız Tilbe ötən gün qəza keçirib. Axşam.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Bildirilib ki, ifaçının idarə etdiyi maşın eyni istiqamətdə hərəkət edən digər avtomobilə çırpılıb. Qəza nəticəsində ölən və yaralanan olmayıb. Günah Tilbedə olduğu üçün o, cəzalandırılı

10:25 212
.

Üzeyir Mehdizadə kimdir? - Şəxsi həyatını sirr saxlayır

Üzeyir Mehdizadə Azərbaycanda ən çox tənqidlərə məruz qalan və eyni zamanda ən çox izləyici sayına malik, ən populyar müğənnilərdəndir. O Yotube platformasında Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçidir. "Bioqrafiya" rubrikasınd

03.05.2024 1264
.

"Yalı çapkını"na vida edəcək

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövsümün sonunda "Pelin" obrazına həyat verən aktrisa Buçe Buse layihəyə vida edəcək. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

11:24 185
.

"Deyirlər ki, başını açmaq fikrin varsa, bizim verilişdə et"

"Hamı özündən belə şey çıxarır ki, Xuraman başını açır, əvvəlki tərzinə qayıdır. İndi mən beləyəm, qəbullanın. Aparıcılar zəng edib deyirlər ki, "Belə fikrin varsa, bizim verilişdə et". Bu, oyun deyil! Sizin üçün uşaq deyiləm, ağlım başımdadır". Axşam.az xəbər verir ki, bu sözlər

30.04.2024 1060
.

Pərvin çəkilişlərdə xəstəlik tapdı

Aktrisa Pərvin Abıyeva filmlərə çəkilməməyinin səbəbini açıqlayıb. OLAY yazır ki, o, bu barədə "Xəzər axşamı" verilişində danışıb. Abıyeva çəkildiyi layihələrdə ondan sponsor istədiklərini deyib. "İlk dəfədir bunu deyirəm. Amma artıq deyəcəyəm. Bilmirəm səbəbi nədir, məndənmi istəyirlə

30.04.2024 1113
.

Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib

Türkiyəli müğənni Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib. xəbər verir ki, müğənni sosial şəbəkədə 2015-ci il Kolumbiya gözəli həyat yoldaşı Madelein Iopez ilə toy şəklini paylaşıb. "43-cü ayımız ailəmizə xeyirli olsun, canım yoldaşım" ,- deyə o bildirib

12:04 194
.

Murat Dalkılıç 9-cu dəfə əməliyyat keçirdi- FOTO

9-cu dəfə əməliyyat keçirən müğənni Murat Dalkılıç burun əməliyyatı olub. xəbər verir ki, əməliyyatdan sonra o ilk dəfə görüntülənib. Müğənninin yeni görünüşü Maykl Ceksona bənzədilib

29.04.2024 751
.

"Zeynəb Xanlarovanın mahnılarını oxumayın, hamısı mənimdir"

Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarovanın "Mələyimsən" mahnısını ifa edib. Axşam.az xəbər verir ki, o, ifasının sosial media hesabında paylaşaraq bu sözləri qeyd edib:. "Bu mahnı üçün ölürəm. Elə mahnı da mənim üçün ölür. Mən Zeynəb xanımdan və mahnılarından doymuram. Doymaram

01.05.2024 2200
.

Türkiyəli məşhurlarla filmə çəkilən azəbaycanlı aktrisa ilə MÜSAHİBƏ

Azərbaycanlı məşhur aktrisa Aysel Nazim Türkiyədə filmə çəkilib. O, bir çox məşhurların çəkildiyi "Çingene Kızı" adlı filmdə baş rolu ifa edib. Film 10 mayda Türkiyədə, 15 mayda isə Azərbaycanda təqdim olunacaq. Qeyd edək ki, filmdə türkiyəli məşhurlar İnan Ulaş Torun, Altan Erkekli, Orha

12:45 146