Bazarda hansı maşınlar bahalaşır? - AÇIQLAMA

Bazarda hansı maşınlar bahalaşır? - AÇIQLAMAÖtən ilin sonundan etibarən 2020-ci ildə maşın bazarında qiymətlərin artacağı barədə məlumatlar dolaşırdı. Səbəb isə Dövlət Gömrük Komitəsinin rüsumları artıracağı haqda məlumatlar yayması və hökumətə bununla bağlı təkliflər göndərməsi oldu.

Belə ki, təkliflərdə istehsal ili 2013-cü ildən aşağı olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat rüsumunun yeni avtomobillərə nisbətən artırılması qeyd olunub.

Bundan əlavə, Rusiyada əsas istehsalçı olan "AvtoVaz" zavodunun 2020-ci ildən istehsal olunan avtomobillərin qiymətini artıracağı barədə açıqlaması Azərbaycanda sovet maşınlarının qiymətində artım olacağına nişanə verdi.

"Hazırda maşın bazarında durğunluq yaşanır. Bu durğunluq fevral və mart ayları da daxil olmaqla yaz aylarına qədər davam edəcək".

Maşın bazarında mövcud durum barədə avtomobil bazarını araşdıran Sərxan Qədirov Lent.az-a münasibət bildirib. Onun sözlərinə görə, son illər Dövlət Gömrük Komitəsinin rüsumları qaldırması ilə əlaqədar yeni il qabağı qiymətlər artıb:

"Hazırda maşın bazarında qiymətlərdə artım yoxdur. Deyilən bütün məlumatlar boş söhbətlərdir. Son illər hər yeni il qabağı qiymətlərdə artım müşahidə olunub. Səbəbi də Dövlət Gömrük Komitəsidir. Ona görə ki, son 2-3 ildə hər il gömrük rüsumları qalxıb. Camaat hər yeni ildən sonra qiymətlərin qalxacağını düşünür. Buna görə də bazara gedib ucuz maşın almaq istəyirlər. Ancaq əksinə, baha alırlar. Hazırda maşın bazarında durğunluq yaşanır. Bu durğunluq fevral və mart ayları da daxil olmaqla yaz aylarına qədər davam edəcək. Ümumiyyətlə, hər bir bayramdan əvvəl qiymətlərdə artım qeydə alınır. Qış ayları alver zəif olur. Maşın satan insanlar havanın yağışlı və ya soyuq olmasından dolayı bazara çıxmağa tərəddüd edirlər. Bu vaxtları əsasən, alverçilər maşın alırlar. Bu da alverçilərin dəyərindən ucuz avtomobil almasına şərait yaradır".

Sovet maşınlarının bahalaşdığını deyən S.Qədirov, mart ayından etibarən bazarda qiymətlərin artacağını bildirib:

"Sovet maşınlarının qiymətlərində artım müşahidə olunur. Çünki onları əvəz edən avtomobillər hələ ki, yoxdur. Olsa da, azlıq təşkil edir. Amma alman maşınlarının qiyməti stabil qalır. Səbəbi isə ölkəyə alman maşınlarını əvəz edən digər avtomobillərin gəlməsidir. Onları əvəz edən maşınlar əsasən, dizel mühərrikli "KİA", "Hyundai" avtomobilləridir. Hazırda bazardakı durğunluqla əlaqədar hibrid avtomobillərinin də bazarı dayanıb. Artım yaz aylarında olacaq. Rayon əhalisi əkin-biçinlə məşğul olub pul qazanıb maşın almağa gələcəklər. Onda bazar canlanır. Artıq mart ayından sonra maşın bazarında qiymətlərin qalxmasını görəcəyik. O vaxta qədər isə gömrük rüsumlarında artım olmasa, bazarda da qiymətlər artmayacaq. Ancaq hazırda dediyim kimi, sovet maşınlarının qiymətində artım müşahidə olunur". (oxu)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1750   Tarix: 26 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

05.05.2024 173
.

KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər

Ukrayna avrobondlarının bir qrup xarici sahibləri Kiyevdən dövlət borcuna görə faiz ödənişlərinin 2025-ci ilə kimi bərpa olunmasını tələb etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" məlumat yayıb. Kreditorlar komitəsinə Ukraynanı

05.05.2024 142
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 214
.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

05.05.2024 852
.

Göyçayda intihara cəhd hadisəsi baş verib

Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib. APA xəbər verir ki, hadisə nəticəsində rayon sakini 1993-cü il təvəllüdlü Nuranə Fəzail qızı İsmayılova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktl

05.05.2024 215
.

Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb. Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub

05.05.2024 168
.

Netanyahu girovların müqabilində Qəzzada atəşkəsə hazır olduğunu açıqlayıb

İsrail Qəzza zolağında atəşkəsdən əl çəkməyib və anklavda saxlanılan girovların azad edilməsi müqabilində hələ də atəşkəslə razılaşmağa hazırdır. "Report" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "İsrail girovları azad etmək üçün döyüşü dayandırmağa hazır id

05.05.2024 130
.

Bərdədə yanğın: Üçotaqlı ev külə döndü

Bərdə rayonunda yanğın hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafiz

05.05.2024 167
.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilə

05.05.2024 193