Yüzlərlə insanın ölümünə səbəb olan təyyarədə yeni nasazlıq aşkarlandı

Yüzlərlə insanın ölümünə səbəb olan təyyarədə yeni nasazlıq aşkarlandı
ABŞ-ın “Boeing” korporasiyası “737 Max” təyyarə modeli üçün hazırlanan proqramda daha bir problem aşkarlayıb. Şirkət müəyyən edilmiş zəifliyin bu təyyarənin uçuşa geri dönməsini təxirə sala biləcəyini vurğulayıb.

Bu barədə “Reuters” agentliyi şirkətin bəyanatına istinadən xəbər verir.

Bildirilib ki, problem texniki yoxlama zamanı və yenilənmiş proqram təminatının işlənib hazırlanmasından əvvəl qeydə alınıb. Şirkət nümayəndəsinin sözlərinə görə, problem bəzi sistem monitorlarının düzgün işləməsini yoxlayan proqram funksiyası ilə əlaqədardır.

Xatırladaq ki, “Boeing 737 Max”ın uçuşları bütün dünyada ardıcıl iki dəfə baş verən aviaqəzalardan sonra (Efiopiya və İndoneziyada) dayandırılıb. Ümumilikdə 346 nəfərin ölümü ilə nəticələnən hər iki halda bu modelin təyyarələri qəzaya uğrayıb.

Bu səbəbdən yaranmış böhrana görə “Boeing” şirkətinin direktoru istefa verbi. 2020-ci ilin əvvəlindən şirkət “737 Max” təyyarəsinin istehsalını dayandırıb.(oxu)

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 991 Tarix: 19.01.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol